Seksə baxış + futbol şəhvəti YAZI

03.06.2013 | 19236 dəfə oxunub

Deyirəm yaxşı ki, bu internet var. Arada oturub saytlara-filanlara baxırsan. Kimisi çatdaşır, bəzisi sosial şəbəkələrdə olur (biri elə mən), elm dalıyca interneti ələk-vələk eləyən az da olsa yox deyil.

O gün elektron mətbuatı izləmək üçün gecədən xeyli keçmiş noutbukumu açdım. Başladım saytlarda gəzişməyə. Gözümə Elçin Mirzəbəylinin bir yazısı sataşdı. Başlığın maraqlı olması sonacan oxumağıma səbəb oldu. “Seks haqqında yazıidi məqalənin adı. Vüsalə Məmmədova adlı bir qələm əhlinin sosial şəbəkədəToydan əvvəl sevişməlimi, sevişməməlimi? Bu haqda yazıram. Görək necə oluradlı status yazmasına fikir bildirmişdi. Daha doğrusu bu statusa yazılan rəylərə. Uzun-uzadı bu yazı barədə danışmaq istəmirəm. İstəyən olsa google-daSeks haqqında yazıqeyd edib axtarış verə bilər.

10-12 ilin söhbəti olar. Futbol üzrə Azərbaycan çemponatının növbəti oyununda idim. Hansı komandaların oynadığı yadımda deyil. Amma onu bilirəm ki, matç o vaxtkı SKİF (Sportivnıy Kompleks İnstituta Fiziçeskoy Kulğturı - yəni, indiki  Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası) stadionunda keçirilirdi. Mətbuat üçün loja olmadığından tamaşaçılarla bir yerdə oturmuşdum. Onlar arasında ikisi məni tanıması ilə bağlı qızğın mübahisə edirdi. Biri məni Elnur Əşrəfoğlu zənn etdiyi halda, digəri Fikrət Adıgözəlli (!) olmağıma bəlkə başıyla cavab verməyə razı idi. İdman marağı məni bu mübahisənin necə başa çatacağını gözləməyə məcbur edirdi. Bir sözlə, gözüm oyunda olsa da, qulağım həminmehriban düşmənlər idi. Axırda mənim özümdən soruşmaq qənaətinə gələndə 3- ahıl tamaşaçı, damağındakıAstra aramla sümürən yaşı 60-ı xeyli ötmüş ağsaqqal onların qanı arasına girərəkay uşaqlar, odu, o birisi, ANS-dən Asif Bağırovdu, Çempionlar Liqasını şərh eləyəndedi. Elə bunun ardınca cavanların səsi kəsildi... Ağsaqqal da sanki bunu gözləyirmiş kimi mənimlə söhbətləşməyə başladı. Dövlətin futbola diqqət yetirməməsindən (AFFA-da hələ Fuad Musayevin dövrü idi) futbolçuların da öz üzərində işləməməsindən gileyləndi. CavanlığıBMT triosunun (Banişevski-Markarov-Tuayev) oyun çıxardığı dövrə təsadüf etmiş ağsaqqal indiki oyunçuların etmək istədiyini anlamadığını dedi. Axırda hələ məndən belə söz soruşdu ki, Çempionlar Liqasını göstərirsiz. Görün necə səviyyəli oyunlar var. Baxıb öyrənsinlər , olmaz məgər? Cavab üçün hardasa 20-30 saniyə fikirləşdim. Ona görə yox ki, tapmağa çətinlik çəkirdim. Sadəcə olaraq atam yaşlı kişiyə deyəcəyim sözün onun xətrinə dəyəcəyindən qorxurdum. Kişi elə bil arif adam idi (sonradan adının da Arif olduğunu öyrəndim). Dedi ki, ay oğul gəlibsə de. Dedim ağsaqqal, min dəfə üzr istəyirəm, bu, impotentə gecə-gündüz seks göstərmək kimi bir şeydir. Əgər insan şəhvətdən düşübsə, ona heç kömək etməyəcək.

Bu həftə Qəbələyə getmişdm. Qəbələ sözünün kənarlarına dırnaq işarələri qoysaydım daha düz olardı. Bu klubun təşəbbüsü ilə keçirilən saycaII Gabala Cupturniri bu dəfə daha səviyyəli təşkil olunub daha səviyyəli komandalar dəvət edilib. Əvvəla bura gələndə həmişə türkün sözü bayılıram. Dağlar qoynunda yaranmış bu idman mərkəzi gündən-günə yox, hər saat böyüyür. Meydançalara baxdıqda, Allaha pis getməsin, hayatımın 10 il qısalmasına razı olardım. Təki məni 10 yaşında uşaqa çevirəydi. Bəlkə mənim ayağım top tutardı. Zira səd heyf ki, bu mümkünsüzdür futbol oynayan yeniyetmələrin oyununa baxmaqdan başqa çarəm qalmır. “Qəbələklubunun prezidenti Tale Heydərovdan da müsahibə götürdüm. Əmin oldum ki, o barəsində danışıldığından da sadə adamdır bəzi klublarınqondarmarəhbərləri ondan ibrət götürə bilər. isə meydançalar məni bu dəfə valeh etdi.

Turnirə gəlincə iştirakçıların səviyyəsi ötən illə müqayisədə yüksəkdir. Elə təkBarselonanın adını çəkmək bəs edər. Onu da etiraf edim, Qəbələyə gəlməyimdə ikinci səbəb (birinci başqa mətləblərlə bağlı idi) məhz katalonların oyununa baxmaq idi. 15 yaşlı uşaqların eyni fəlsəfənin daşıyıcısı olduğu əgər belədirsə, bu yaşda uşağın o boyda anlayışı necə dərk etməsi mənim üçün maraqlı idi. Amma həqiqətən BarselonaeləBarselonadır. İstəyir A komanda olsun, istər Ü komandası. Komandanın klassik 4-3-3-ü adamın gözünü deşir birtoxunuşlu ötürmələr, driblinqlər göz oxşayır. Bu oyuna baxdıqda yadıma Roberto Karlosun məşhur bir ifadəsi düşdü: “Mən topu qadın kimi sevirəm. Onunla qadınla sevişdiyim kimi davranıram.” Bax barselonalılar da topla elə davranırdılar ki, sanki futbol oynamırlar, meydançada məhəbbətlə məşğul olurdular.

Yadıma bir çobanın məhkəmədə ifadə verməsi ilə bağlı lətifə düşdü. Deməli ifadə verən zavallı çoban təsadüfən meşədə 2 nəfərin seksləşdiyini bildirir. Bu zaman hakim ona irad tutaraq, “şahid, bir qədər ədəbli olun, seksləşmək yox, cinsi əlaqədə olmaq”, deyir. Şahid çobanın cavabı isə radikal olur: “Möhtərəm hakim uzaqdan mən elə bildim ki, cinsi əlaqədədirlər. Amma yaxına gələndə gördüm ki, yox e, cinsi əlaqə gəzir, bunlar əməlli başlı seksləşirlər...”

Bax indi bu futbol da elədi. qədər ki, televizorda xarici futbola baxmırsan, yığma komandamızın seçmə ya yoldaşlıq oyunlarını, həmçinin avrokuboklarda səviyyəli komandaları görmürük, deyirik ki, bizimkilərdən yoxdur. Meydançada elə futbol nümayiş etdirirlər (yəni seksləşirlər), gəl görəsən. Amma elə ki, çox deməyək, Çempionlar Liqasını oyununu televizorda izləyirik, əmin oluruq ki, televizorda gördüyümüz nəinki seksləşməkdi, cinsi əlaqədi, hətta Kamasutradı. Bizim göstərdiyimiz isə seksləşməkdən o yana getmir. Bunun üçün bizdə futbol şəhvəti yoxdu...

Bayram günü növbəti futbol mövsümümüzə yekun vuruldu. Özü həmişəki kimi ölkə kubokunun finalı ilə. Kəhkəşanlı açılış mərasimi göz oxşadı. Bunu danmaq insafsızlıqdı. Bəs oyun? O da gərgin oldu. “NeftçininXəzər Lənkəranı penaltilər seriyasında məğlub etdiyi qarşılaşma vur-çatlasınla başlayıb vur-partlasınla başa çatdı. Sözün həqiqi mənasında. Əslində bu partlayış gözlənilirdi. Oyunun gedişində futbolçular arasında tez-tez baş verən toqquşmalar kimi ola bilərdi, mükafatlandırma mərasimindən sonra atəşfəşanlıq şəklində . Amma nədənsə vur partlasınXəzər Lənkəranın gənc futbolçusunun burnuna tuş gəldi. Araya qan düşdü. Komandalar oyunda sevişib, axırda seksləşdilər.

Növbəti mövsüm bizə vəd edir? Dörd dövrəlik mübarizə... Təsəvvür edin ki, “Xəzər LənkəranNeftçidörd dəfə bir-biri ilə seksləşəcək. Bu hələ Premyer Liqada. Onların ölkə kuboku yarışında da üzbəüz gəlməsi realdır bu da edir əlavə iki qarşılaşma. Təsəvvür edin bu komandalardan biri çempion, digəri isə kubokun sahibi oldu. gələn ilin yayında daha bir seksləşmə. Bir ildə 7 dəfə seksləşmə... Absurd. Azarkeşlər məcbur olacaq bu seksə baxmağa. Bax ...

Daha bir lətifə yadıma düşdü.

Fahişəxananın preyskurantı: Seks – 100 $, seksə baxmaq – 50 $, seksə baxana baxmaq 10 $.

Asif BAĞIROV, “Het-trik news”



  #1   Adınız: Orxan Memmedov;   E-mail: [email protected]

04.06.2013 11:03

Chox Maragli ve yaxshi yazidi . Xoshuma geldi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail