Şahgəldiyevdən Elnura "Aslanlar gibi" cavab YAZI

08.06.2013 | 8739 dəfə oxunub

Ötən həftə "İnterAz" televiziyasının"İdman Zamanı" verilişində qonaq olan futbol şərhçisi Elnur Əşrəfoğlu PFL prezidentini sərt şəkildə tənqid etmişdi. Həmin veriliş efirə gedəndən sonra PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Elnur Əşrəfoğlu ilə bağlı geniş formada yazı yazıb. Onu təqdim edirik:

Kimin sözlərinə münasibət bildirim axı? İşlədiyi Dövlət Televiziyasindan oğurluğa, rüşvətə görə qovulan şəxs haqqında? "Neftçi" futbol klubunda çalışdığı vaxtda klub tərəfindən saytlara ayrılan reklam pulunu mənimsəyib qumarda uduzan, işdən iti qovan kimi qovulan şəxs haqqında?

Pulunu oğurladığı junalist qardaşımızın stadiondan evə getməyə cibində 1 manat 40 qəpik pulu var idi. Dekabr ayında qaz pulunu verə bilmədiyinə görə evdə qazı kəsilmişdi. Körpə uşaqlarının soyuq havada evdə hansı halda yaşadıqlarını, yəqin ki, izah etməyə ehtiyac yoxdur. Bunu stadionda həmin jurnalistlə söhbət etdiyim zaman bilmişəm, öz gözlərimlə görmüşəm.

 "Jurnalist bir nəfərin fahişəsi olmalıdır" sözünü deyib özünü fahişə ilə müqayisə edən birisi barədə münasibət bildirim? Klubda çalışdığı dövrdə uğurlu bir işi olmayan, klubun ictimaiyyət arasında imicinə zərbə vuran, hamkarlarına "tülkü", "çaqqal" deyən birisi bü gün bizim işimizi bəyənmir. Sən öz çalışdığın dövrlə indikini müqayisə et, fərqi görəcəksən! İşimizdə qüsur və çatışmazlıqlar var, bunu danmıram. İndiyə kimi  verilişlərdə, saytlarda, qəzetlərdə kifayət qədər tənqid olunmuşuq. Ancaq mən heç vaxt bu təndiqlərə münasibət bildirməmişəm. Çünki, o tənqidləri şəxsiyyətinə hörmət etdiyim insanlar eləyiblər. Nəyisə səhv də deyiblər, ancaq həmişə əmin olmuşam ki, bu, onların öz fikirləridir. Kiminsə 3-5 manatına görə bu sözləri demirlər. Elnurun bizi tənqid etməyi bilirsiniz nəyə bənzəyir? Televiziyalarda ideal ailə haqqında verilişlər olur. Həmin verilişlərə dəfələrlə boşanmış, min oyundan çıxan şəxsləri ekspert kimi cağırıb münasibət öyrənməklərinə bənzəyir.

Televiziyalarda veriliş apardığın vaxtlar qapı-qapı düşüb özünə şantaj yolu ilə reklam axtarırdın, yadından çıxmaz! Qapılarını döydüyün "Qəbələ", "Simurq" kimi komandalardan "yox" cavabı eşitdikdən sonra öz verlişində onlar haqqında nə dediyin də, yəqin ki, yadından çıxmayıb. İndi də 15 yaşlılar arasında keçirilən "Qəbələ kuboku"na görə klubu tənqid edirsən. "Feyenoord", "Porto",  "Barselona" kimi klubların iştirak etdiyi turnirdə klubun 7-ci yeri tutmağını tənqid edirsən. Gülməlidir, vallah daha deməyə sözüm yoxdur! İnsan pula bu qədər həris olar?Peşəkarlıqdan danışan oğlan, “Dinamo Zaqreb” – “Neftçi” oyununu necə “peşəkarlıqla” göstərdiyini hamı gördü.Bütün Azərbaycana biabır elədin özünü.

Yaxın yoldaşlardan birinin toy məclisindən sonra Ramin Musayevə (aradan heç 1 il keçməyib) "Sən bizim böyüyümüzsən, kişi adamsan!  Hər şeyim sənə qurbandır!" sözlərini deməyini nə tez unutdun? Qarşındakının kim olmasından aslı olmayaraq heç kimə yaltaqlanma.

Utanmasan oynamağa nə var ki? Bütün bunlardan sonra klubda mətbuat katibi yox, vitse-prezident, idman direktoru kimi çalışmaq istədiyini bildirmisən. Səncə, bu həngamədən sonra kimsə sənə bu vəzifələri etibar edər?  Sənə klubda heç top daşıyan vəzifəsini də vermək olmaz, bütün topları oğurlayıb satarsan!

Tənqid edəndə də kişi kimi eləmək lazımdır. Rəhmətə getmiş insanın adını hallandırmaq, insanın hissiyatı ilə oynamaq kişilikdən deyil!

Veriliş efirə gedən kimi buna münasibət bidirmək istədim.  Ancaq düşündüm ki, bunu mənə Ramin Musayevin yazdırdığını düşünəcəksən. Ona görə bir neçə gün gözlədim, əmin ol ki, özüm münasibət bildirmək istəmişəm.  Səndən fərqli olaraq mənə heç kim heç nəyi yazdıra, dedirdə bilməz. Bilirsən niyə? Çünki, mənim heç vaxt işə ehtiyacım olmayıb, işin mənə ehtiyacı olub. Görürsən necə rahat yazıram? Çəkinmədən, qorxmadan. Təmiz insan olmaq böyük xoşbəxtlikdir. Müdirin səni çağıranda otağa sərbəst daxil olursan, sözünü rahat deyirsən, çünki təmizsən. Nəsə oğurladığından xəbər tutar deyə qorxmursan. Sən bunu bilməzsən Elnur! Bu xoşbəxtliyi Allah sənə də qismət eləsin! Amma... Çətin məsələdir. Bu nəfs ki, səndə var....




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail