Sözünün ağası, kişi sözü və şərəf

17.05.2011 | 11481 dəfə oxunub

Üçrnayınrnsöhbətidi, «Neftçi» kubokdarnmübarizənirndayandırandanrnazrnsonrarntelefondarnArifrnƏsədovlarndanışdım. Xeyli söhbətləşdik, ordan-burdanrnsözrnsaldıq,  dedim,rn«Neftçi»nin kubokurnqazanarnbilməyəcəyinərnsevinirəm. Yox ki, titulu digərrniştirakçılardanrnhansısarnqazanacaqdı. Sevinirdim ki, AFFA-lı, PFL-li, hakimlərli «day-day»ı olanrnkluburnbir «cəbhə»dərngerirnçəkilməyərnməcburrnedənrntapıldı. İki titul da onlara verilsəydi, məncə, bu, lap ağ olardı!

rnrn

Nəsə, ürəyimdən keçənləri dilə gətirdim, sağ olsun, fikrimə hörmətlə yanaşdı. Cavabı bu oldu ki, çempionat qurtarsın, media mənsublarına sözü olacaq. Demə, baş məşqçi işləyəndən bəri KİV-də barəsində çıxan yazı və xəbərləri özü üçün ümumiləşdirib, lazımı qeydləri götürüb. Danışığından hiss elədim ki, özünə münasibətdən hardasa narazı, ürəyi isə doludu. Nə deyəcəyi ilə maraqlandım, dedi, qalsın sonraya. «Sport Favorit»də yazdıqlarıma fikrini soruşdum, yenə dedi, onlar da qalsın özümdə.

rnrn

AZAL-ı Şüvəlanda udandan sonra Arif bəyin media əhli ilə görüşəcəyini gözləyirdim. Deyən, başı qarışıqdı, məqsədinə çatıbsa da, ürəyindəkiləri dilə gətirməyə tələsmir. Danışar nə vaxtsa, qulaq asarıq. Ortalıqda görünən nəticədə payını danmıram - mən Arif Əsədov kimi gənc yerli məşqçilərin işləməsinin tərəfdarıyam. Həmişə də demişəm ki, Qurban Qurbanov, Yunis Hüseynov və Ramiz Məmmədovla açılan cığırı kol-kos basmamalıdı, yaşlı nəslin bir çox nümayəndələri isə öz «missiya»sını çoxdan başa vurub.

rnrn

Gənc məşqçilər gənc oyunçulara üstünlük verməlidi. Arif bəy «İnter»lə heç-heçə edən gənclərini oyundan sonra çox tərifləmişdi. Demişdi, onlarla bu yolu getmək olar. Təcrübələri az olsa da, oynamaq, özlərini göstərmək istəkləri böyükdü. Mirhüseyn Seyidovla arasında problem yaranmadığını iddia eləyib, tezliklə, lap yaxınlarda bu kimi gənclərin parlayacağını söyləmişdi. Mən Arif bəyin yeni nəsillə işləmək bacarığına şübhə eləmirəm - bu, bir. İki il öncə əvəzedici heyətlə ölkə çempionu adını qazanıb - bu, iki. Üçüncüsü...

rnrn

Üçüncüsünü 3 gündən sonra yazmaq istərdim. Əgər ki, Şüvəlandakı mətbuat konfransında dediyi kimi eləsə. Əsədov demişdi, qalan 3 turda gənclərə şans verəcək ki, güclərini ona sübut eləsinlər. «İnter» və «Qarabağ»la oyunlar keçdi, sözünün üstündən çəkilmədi. Son tura «Xəzər Lənkəran» oyunu ilə yekun vuracaqlar. Dəyəri itmiş, parıltısı paslanmış «Böyük oyun»... Mirça Rednikin ismarıcı belədi ki, çempionluğun taleyini həll etməyən bu derbi onlar üçün şərəf imtahanıdı. Əsədov prinsipial rəqib önünə gənclərlə çıxsa, hə, bəlkə «Böyük oyun» böyük oyuna bənzədi.

rnrn

AFFA-nın arxasında dayandığı PFL bu mövsüm həqiqətən «böyük oyun» oynadı. Son «Böyük oyun» boy sırasına düzülən «böyük oyunlar»ın tərkib hissəsi olacaqsa, mənə elə gəlir ki, bu, qisas hissini, kini geri qaytaracaq. Keçmiş AFFA rəhbərliyi «Neftçi»nin acığına «Xəzər Lənkəran»ı 2007-ci ildə çempion eləmişdi, yenilər də indi bunları. Ssenari müəlifləri dəyişsə də, rollar dəyişməyib. Cari mövsüm «Böyük oyun»larla bahəm, əksər oyunlar meydandan kənardakı münasibətlərin badına getdi. Anar Salmanovları, Rövşən Əhmədovları, Əfqan Həmzəyevləri, heç olmasa, son oyunda atın kənara! Hakimləri əski əvəzi əksiltməyin! Rednik demir şərəf oyunu, bir dəfə də siz çəkilin kənara, «Neftçi»nin futbolçuları əsl bacarığını 90 dəqiqəyə təsdiqləsin. Bəsrneləyərrnyəqin.

rnrn

P.S. «Neftçi» yenə derbiyə 11 nəfərlə çıxıb, 14 nəfərlə davamrneləsə, qorxmasın. Quzanlıdakı 0:3-dən növbətisirnqeydərnalınsa, mən ArifrnƏsədovurnqınamayacam.rnAmmarno, sözünün ağasırnolacaqsa...

İLKin VAQİFoğlu


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail