...cənab prezident YAZI

24.07.2013 | 9403 dəfə oxunub

Hayat 90 dakika, 45-i siyah, 45-i bəyaz. "Beşiktaş"ın "Çarşı" azarkeş qrupunun sözlərini bu gün "Neftçi"yə aid edək. "Neftçi" İskəndəri yüz faiz aşıracaq, əminəm !..

Bu sözləri "Skenderbeu" - "Neftçi" oyunun başlamasından təxminən 6-7 saat əvvəl "facebook" sosial şəbəkəsində yazmışdım. Söz xatirinə yox, sadəcə əmin idim. Əmin idim və inanırdım ki, Bakıdakı oyunda qeydə alınan hesab qolsuz heç-heçə sadəcə, təsadüfdür. Nədənsə, həyat bizə ancaq qara üzünü göstərdi. Əslində, oyun epizodlarını nəzərə alsaq, ağ üzünü bizə çevirmişdi, amma o ağ üzü ağarda bilmədik. Həyat da əsəbləşdi, ağı qaraya çevirdi. Artıq olan oldu, hər şey geridə qaldı. "Neftçi" yeni mövsümə hazırlaşmalı, bir daha avrokuboklarda sözünü deməyə çalışmalıdır. Ötən ilki uğurun təsadüf olduğunu sübut, bu ilkinin isə təsadüf olduğunu hər kəsə göstərməlidir.

Bəs "Neftçi"nin bu uğursuzluğunda kimdir günahkar? Başlayaq elə klubun prezidentindən. Sadıq Sadıqov kimi kluba, futbolçulara ən yaxından dəstək ola bilən ikinci bir klub prezidenti yoxdur. Çünki bu adam az qala 24 saatını "Neftçi"nin bazasında keçirir. Klub prezidenti öz öhdəsinə düşəni canla-başla yerinə yetirirsə, uğursuzluqda onun adı hallanmamalıdır. Adi bir məsəl, "Barselona" ÇL-da iki oyunun nəticəsinə görə "Bavariya"ya 7:0 uduzandan sonra İspaniya və düya mətbuatı klub prezidenti Sando Rozeli tənqid etmədi. Futbolçular və məşqçi heyəti topa tutuldu.

Elə burda da belədir. "Neftçi" "Skenderbeu" qarşısında sadəcə acizanə futbol sərgilədi. Nizam-intizamsız futbol oynadılar, taktiki cəhətdən komanda meydanda varlıq göstərə bilmədi. Çünki rəqib səni meydanın hər qarışında bağlamışdı. Bilirdi nə edəcəksən, hətta etmək istədiklərini də... Çünki, "Neftçi"nin ikinci oyun planı yoxdur. Çətin vəziyyətə düşən kəşfiyyatçının canlandırdığı obraz Amerika filmlərində olduğu kimi, "B" planı yoxdur. Çünki məşqçilər heyəti bundan artığını bacarmır. Sadıq Sadıqov onlara bütün səlahiyyət verdi ki, gedin, istədiyiniz oyunçunu seçin, alın. Seçdilər, aldılar da. Amma Melvin Platje  elə ilk oyunda gülün içinə ... qoymuşdu.

Dostlar, "Skenderbeu" hüç də güclü komanda deyildi, sadəcə "Neftçi" Albaniya klubunun qarşısında varlıq göstərə bilmədi. Bu da məşqçilərin tam zəifliyini göstərdi. Yeni transferə startda bəslənən ümidlər komandanın Avrokuboklarla vidlaşmasıyla nəticələndi.

Çünki "Neftçi" olduqca nizam-intizamsız göründü...

Çünki klubda bu işə baxan idman direktoru artıq orda işləmir...

Çünki futbolçuların "ipi" boş buraxılıb...

Belə ifadələri o qədər uzatmaq olar... kifayət qədər, amma heç nə nəticəni dəyişməyəcək. Qalır bircə iş: Belə uğursuzluqların baş verməməsi üçün klubda köklü dəyişikliklər olmalıdır. Haradan başlayacağınıza isə özünüz qərar verin, cənab prezident.

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail