«Neftçi»nin «teatr tamaşası»

10.12.2010 | 7609 dəfə oxunub

Bir vaxtlar Bakının «Neftçi» adlı komandası varmış. Bu komanda hətta 1966-cı ildə SSRİ çempionatının bürünc medalını da qazanıb. Ölkənin ən adlı-sanlı klubu olub. Heyf, bəs hanı o klub? Yoxdu, artıq yoxdu. Dağıldı getdi, SSRİ-nin dağılmasıyla. Kərbəlayi demişkən, Nokolayın ev kimi, bu komandanın da evi dağıldı.

rn

Hə, lap yadımdan çıxmışdı, hazırda da «Neftçi» adlı komandası var, bizim ölkə futbolunun. Amma bu «Neftçi» komandası sözün hər iki mənasında dırnaqda yazılan bir komandadı. Hazırkı «Neftçi»də kimlər var? Yoldan azanlar, təzənlər, az qala 77 dəfə iş yerindən qovulanlar, keçmiş «Turan»lı Vidadi Əhmədovun puldaşıyanı, klublara yaramayan futbolçular (çox təəssüf ki, o komanda bir neçə yaxşı futbolçu da var) və daha nələr, nələr, nələr!.. hələ bu komandada kimlər işləyib? Adi bir məsəl, İstanbulda dükanda satıcı işləyən bir nəfər bu klubda vitse-prezident işləyib...

rn

Bax belə yerdə «vaaaay, cinnnn» deyə fəryad etməlisən!

rn

Bu komandadan söz düşmüşkən, «Neftçi» hazırda Premyer Liqa deyilən Azərbaycan futbolxanasının lideridi. Əvvəla görün bu futbolxana nə gündədir ki, «Neftçi» burada ağalıq edir... necə? Bu futbolxanada «Gəncə», MOİK kimi cılız komandalar pul naminə hər oyun «Neftçi»yə 3 xal hədiyyə edir. İndiki «Neftçi» də şellənir, eninə, uzununa, yuxarısına və aşağısına.

rn

Bunları sözgəlişi yazdım, keçim mustafaya. Vicdanını pula satmayan həmkarımız (adını bilərəkdən yazmıram) və saytımız «Neftçi»də  baş verən «obrazsız tetart tamaşası» barədə mütəmadi yazılar və ya xəbərlər yazır. Klubun bəzi üzdəniraq işçiləri də gündə bir idmançını, dünya və ya avropa çempionunu bizə qarşı danışdırır. Guya həmin idmançılar «Neftçi» haqda yazılanları qərəzli hesab edir, bunu pisləyirlər. Təbii ki, bunlar bizə hədə-qorxudu. Amma bizlərə keçməz bunlar. Özünüzü boş yerə yormayın. Bizə qarşı gündə bir çempionu danışdıra bilərsiz, hətta girdirmə yollarla çempion da ola bilərsiz, amma ÇEMPİON OLAN SÖZÜMÜZÜ kəsə bilməzsiz.

rn

P.S. Klubun prezidenti Sadıq Sadıqova da bir müraciətdə bulunmaq istəyirəm. «Neftçi»də oynanılan «tamaşanın» iştirakçısı olmayın. Rədd edin ətrayınızdakıları, çevrənizə halal insanları toplayın. Yoxsa gün görməyən dağ zirvəsində belə qar qalmaz, əriyər suya dönər, axar çaya gedər.

rn

P.P.S.  «vaaaay, cinnnn», amma bu cinin bığı da var...

el-NUR-suz futbol


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail