Ağsu aşırımındakı “Xəzər Lənkəran” YAZI

26.08.2013 | 7566 dəfə oxunub

Xəzər Lənkəranüçün nələr etmədik. Hansı fədakarlıqlardan keçmədik. “-yaşılgəmi hər dəfə qəzaya düşdükcə neçə yol ölüb-dirildik. Hər mövsümün əvvəlində xəyallar qurmadıq. Sonda bizə qalan elə xəyallar oldu.

Neftçiilə oyun öncəsi məşqə getmək lazımdı, getdik. “Bakıilə oyunda dəstək olmaq vacibdi, olduq. “İnter görüşdə kluba ruh vermək lazımdı, verdik. “Qarabağla vacib görüşdə dəstək olmaq lazımdı olduq. Sonu da belə.

İndi yollarda qalmışam. Səhər Neftçaladayam, günorta Ağsu aşırımında, axşam isə Şəmkirdə. Yəqin soruşacaqsınız ki, sənin Neftçalaya getməyinin, Ağsu aşırımını aşmağının, Şəmkirdə gecələməyininXəzər Lənkərana aidiyyəti var? “Xəzər Lənkəranklubu həmin şəhərlərin komandaları ilə ki, oynamır.

Düzdü, tam haqlısınız. “-yaşılbirinci divizionda oynamır. Amma belə getsə, oynayacaq. Klubdakı işlər Allah göstərməmiş belə davam etsə, “Xəzər Lənkəranöz meydanındaNeftçala qəbul edəcək. “Şuşailə oynamaq üçün Quzanlıya, “Energetik derbi üçün Mingəçevirə gedəcək.

Topaz premyer-liqasının ikinci turundaSumqayıtla oyuna baxandan sonra işimi möhkəm tutmağa başlamışam. Sərgilədiyi oyunla-yaşılgəmi onsuz da birinci diviziona tərəf üzəcək. Mən indidən gedib gələcək rəqiblərimizin şəraiti ilə yaxından tanış oluram, stadionların durumuna göz gəzdirirəm. Necə deyərlər, ehtiyat igidin yaraşığıdı

Xəzər Lənkəranpremyer-liqaya qədəm qoyan gündən Azərbaycan futboluna rəng qatdı, nüfuzunu qaldırdı, ölkə futbolunu abıra mindirdi. Heç kimə sirr deyil ki, birinci divizionun vəziyyəti acınacaqlıdı. “Xəzər Lənkəranaşağı divizionun çəkisini, hörmətini qaldıra bilər. “Xəzər Lənkərana könül verən sadiq azarkeşləri, bir anlığa təsəvvür edin ki, “Ağsuilə derbi oyununa baxmaq üçün səfərə çıxmısınız, Ağsu aşırımının gözəlliklərini göz önünə gətirin...  Bu reallaşsa illərdi aşağı divizionda yarışan komandalar necə inkişaf edəcək. “Şuşanın, “Şəmkirin, “Qaradağ-Lökbatanın gənc məşqçiləri dünya səviyyəli məşqçi Con Toşakdan qədər öyrənəcəklər

Xəzər Lənkəranın sadiq azarkeşi kimi kluba bu işdə kömək lazımdısa edə bilərəm. Heç vaxt bundan imtina etməmişəm, etmərəm . İlin-günün bu vaxtında bayaq dediyimi kimi, yollardayam. “Həm ziyarət, həm ticarətprinsipinə əməl edib səfərlərim zamanı klub üçün yeni bacarıqlı oyunçular axtarıram.

İnsan gərək hər yaşında öyrənə. Mən transfer işini yavaş-yavaş öyrənməyə çalışıram. Aşağı divizionunda top qovan bəzi futbolçuları gözaltı etmişəm. Onların bir neçəsi bu gün müqavilə bağlamağa razılaşsaXəzər Lənkəranrəqiblərinə güclü zərbə vurmuş olacaq. Götürək eləEnergetikin 34 yaşlı gənc hücumçusunu. Çox məhsuldar oyunçudu, yaxşı qol duyumu var. Aşağı dəstədə yuxarı məhsuldarlıq göstərib. Dəqiq məlumatlara görə, aşağı divizionda keçirdiyi 164 oyunda 4 qol vura bilib. “Şuşanın müdafiə xəttindəki bir oyunçu da diqqətimdədi. Çox etibarlı, səliqəli oynayır. Təsadüfi deyil ki, hər iki oyundan bir qırmızı vərəqə alır. Hər oyunda yox a, hər iki oyundan bir.

Daha bir neçə səviyyəli, “Xəzər Lənkəranın gücünə güc qatan oyunçuları gözaltı etmişəm. Amma hələ tam açıqlamaq istəmirəm. Hər şeyin vaxtı var. İmkan verək klubun avtobusu Ağsu aşırımını keçsin, sonra baxarıq...

Etibar Cəbrayıloğlu, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail