Şad başlayıb, bəd bitən Lənəran səfəri

28.08.2013 | 8684 dəfə oxunub

Bu dəfəki Lənkəran səfəri hamısından maraqlı oldu. Oyundan əvvəl də, sonra da.

Oyunqabağı "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması ətrafında böyük ajiotaj vardı. Oyundan sonra yaşananlarda göstərdi ki, heç nə əbəs yerə deyilmiş, amma bunlar barədə hələ sonra.

Lənkərandakı matç üçün meydan sahibi komanda jurnalistlər üçün avtobus da ayırmışdı. Bir gün əvvəl Lənkərana gedəcək qələm əhli orada otellə də təmin olunmuşdu. Şəxsi işlərim ucbatından Lənkərana avtobusla gedə bilmədim, Bakını günorta namazından sonra tərk etdim, təxminən saat 20 radələrində artıq Lənkəranda mərkəzi stadionda idim. Elə orada Bakıdan gedən jurnalistlərin sıralarına qoşuldum. Komandaların məşqlərini bir neçə dəqiqə izlədikdən sonra bizim üçün ayrılan otelə yollandıq. Bir qədər yerbəyer olduqdan sonra otelin "mini" stadionunda futbol yarışması da təşkil edildi. İki komandaya ayrılan qələm əhlinin oyunu heç də maraqlı alınmadı. Qarşı tərəf bəndənizin də yer aldığı komandaya heç bir müqavimət göstərə bilmədi. Final fiti səslənəndə "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun da yer aldığı rəqib heyəti 17:5 hesabıyla məğlub etməyimiz rəsmiləşdi. Sizcə buna maraqlı oyun demək olar? Təkəbbürlükdən uzaq olsun, amma 6 qol vurmağımıb xususi yeri vardı. Xüsusən də bir "Beşiktaş"lı olaraq oyunun son dəqiqəsində rəqib qapıçı -  qatı "Qalatasaray"lı olan "Fantaz.az"lı həmkarım Pərvinin ayaqları arasından qapıya yolladığım topun sevinc ləzəti isə tamamən başqa idi.

Daha sonra birgə axşam yeməyi, ardından isə hərə öz otağına yollanmaq istəyində idi ki, mafiya oyunu ideyası ortaya atıldı. Gecə yarısına kimi maraqlı mafiya oyunu isə ayrıca rəng qatdı, səfərimizə. Yatmaq, durmaq və oyun günü. Səhər yeməyindən sonra otelin hovuzunda doyunca çimdikdən sonra Talış dağlarının ətəyində - çay qırağına günorta yeməyinə yollandıq. İnsaf naminə demək lazımdır ki, "Xəzər Lənkəran"ının mətbuat xidmətinə jurnalistikadan gələn Hüseyn Cəbrayıloğlunun həmkarlarına ayırdığı diqqət xüsusi təqdirə layiq idi. Çoxlarının bu insanı gözü götürməsə də, Hüseyn qələm əhlinə hər cür qağını əsirgəmirdi, hamının nazıyla oynayırdı demək isə daha yaxşı çıxar.

Yeməkdən sonra yenə mafiya oyunu və stadiona yollandıq.

Oyunu yəqin ki, televiziyadan izlədiz. Meydan sahibləri nəticəni ilk hissədə qazanmalıydı. Nəinki ilk hissədə, elə  90 dəqiqə ərzində bəxt çubuğunun "Neftçi"nin yanında olması bu komandanın qorxaq futbol oynamasını kölgədə qoydu. Elə oyunla Lənkərandan 1 xal gətirməyə bit quzunu güdaza verib ətini ehsan paylamağa dəyər, məncə. Oyunu qoyaq bir kənara, başlayaq azarkeşlər arasında baş berən insidentdən. Bu, gərginlik deyildi, sadəcə kütləvi dava idi. Sanki savannada aslanlar analarını yanında hərlənən kiçik gərgədan balalarına baxırdı. Təbii ki, daxili qoşunun əsgərləri və polis olmasaydı, azğınlaşmış yerli azarkeşlər "Neftçi"lilərin ətindən qovurma etməyə hazır idi. Heç kimin əməyini yerə vurmuram, amma həmkarlarım mətbuat konfransı zalında olarkən, olayların episentrində hadisələrə şahidlik edirdim. Dəmir qapıların necə qırılmasını, onların polis və əsgərlərin üzərinə necı hücum çəkməsini, əlbəyaxa davaları gözlərimlə gördüm. Təbii ki, Lənkəran xalqına bununla qiymət vermək olmaz. Heç "Xəzər Lənkəran" azarkeşlərinə də. Bəlli idi ki, bu insanlar kimlərinsə "tırkasına" gedənlər idi. Nə qazandız? Sizi, namus və qeyrətinizi düşməndən, ermənidən qoruyan əsgəri ölümcül yaralamaq sizə nə qazandırdı? Baş ucalığı? O başlara ar olsun!

Heç şübhəsiz ki, burada "Neftçi" faktoru rol oynamırdı. "Neftçi" adı və sonb ölkə kuboku finalında yaşananlar bunun üçün sadəcə bəhanə idi. İranla sərhəddə fars və rus işbirliyi öz sözünü yenə dedi. Bunlar barədə sadəcə onu demək olar ki, millət və xalq adına zərrə qədər də xeyirli bir şey qazandıran nəyinsə şahidi olmadıq. Əvəsində hansısa ağır yaralanan əsgərin anası, bacısı, atası, qardaşı, bəlkə də həyat yoldaşı oyundan sonra və ya sabahısı əzizindən bu xəbəri alaraq göz yaşlarına boğuldu. Bəyəm siz bunu ana və bacınıza rəva görərdiz?

Sizə səslənirəm, ey ədəbsiz, söyüşcüllər. Bir neçə ildir anası rəhmətə gedən oyunun baş hakimi Fariz Yusifovun qəbirdəki anasının ruhunu narahat etmək sizə yaraşırdı? Heç bundan xəcalət çəkdiz? Utanmalısız, vallah utanmalısız. Qəbirdə olan bir nəfəri söydüyünüz üçün. Həmişə "Xəzər Lənkəran" azarkeşlərini bütün klublara örnək hesab etmişəm, onların ölkədə rəqibsiz olmasını fikrini səsləndirmişəm. Amma buna layiq deyillərmiş. İndiyədək gördüyünüz bütün işləri bir saatın içində xərclədiz, bu, sizə yaraşmazdı.

AFFA İntizam Komitəsinin bu insidentlərlə bağlı çıxardığı qərara da haqq qazandırıram. Çünki federasiya rəhbərliyi hər şeyi yaxşı analiz edib. Ölkə prezidenti İlham Əliyev cənablarının Cənub bölgəsinə, xüsusən də Lənkərana yaxın günlərdə səfərinin gözləndiyini nəzə alsaq, o zaman odun üstünə benzin tökməkdən çəkinmək ən yaxşı variant hesab olunur. Əks halda Lənkəranda İsmayıllı və Quba hadisələri yaşana bilərdi.

P.S. Oyundan sonrakı hadisələrin ardından yalnız bir şeyə sevinmək olar: Şükürlər olsun ki, bu hadisələr milli ayrı-seçkiliyə  gətirib çıxarmadı.

P.P.S. Daha Bakıya necə qayıtmağımızı yazmayacam. Çünki yediyimiz burnumzdan gəldi, stadionda...

Vüsal BƏBİRLİ

Bakı, Lənkəran, Bakı.



  #2   Adınız: Vüsal Bəbirli;   E-mail: ---

28.08.2013 10:34

Adın Azəridirsə yaxşıca oxu. Bu yazıda açıq şkildə bildirilir
ki, olay ümumi halda "Xəzər Lənkəran" azarkeşinin adına
çıxılmamalıdır. Çünki insident fars-rus kəşfiyatının birgə
layihəsi idi ki, bununun tırkasına gedənlərdə tapıldı. Amma
istənilən halda olay "Xəzər Lənkəran" azarkeşinin adına
ünvanlanır. Bunu mən yox, hər kəs deyir. O gün Moskvada 28
yaxşı azərbaycanlı 75 yaşındakı kişini təpikləyir və hər yedə
azərbaycanlə gənc rus qocanı döydü dedilər, heç bir yerdə
fərdə ayırmadılar. "Xəzər Lənkəran" azarkeşləri bu olaya yol
verməməli idi, amma bacarmadılar.
Kubokun finalıda baş verən olaylarla bağlı da kifayət qədər
sərt yazı yazıb "Neftçi"ni qınamışam. Sizin gözünüz kor olub
ki, oxumamısız, amma buyurub baxa bilərisz:

http://www.stadium.az/index.php?dil=az&cat=yazilar&id=25457

Sənin şərhimi verməyə bilərdim, amma verdim. Bu da "Xəzər
Lənkəran" azarkeşinə etdiyim hörmətə görədir.
Hava məsələsinə gəlincə, Lənkəranın və ya Lerikin havasını
sənin atan-baban istehsal eləmir ki, ona sahib çıxasan. Mənim
üçün hər yer Azərbaucandır. Ağıllı ol, kompyuter arxasından
xoruzlanmaq asandır, cürətin varsa gəl üzbəüz danışaq.

  #1   Adınız: Azeri;   E-mail: [email protected]

28.08.2013 08:46

Ele burnundan gelse yaxshidir. Jurnalist haqqi yazmalidir ve eger sene gore men indi butun jurnalistleri tehqir etsem sehv ederem. Chunki her kes layiq olduqunu alir. Niye 28 may olayi yadindan chixdi ve ya o vaxt susdun? Sene kim haqq verib ki azqinlashmish deyesen bu xalqa? Mahir bizleri stadionda tehqir edib niye demirdin ki millinin oyunchsu oz oyununu oynamalidir hech bir azarkesh haqqinda fikir soylemeli deyil. haramin olsun Lenkeran havasi sene.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail