Məlikməmməd

11.12.2010 | 5324 dəfə oxunub

AFFA-dan çıxan informasiyalarda Elçin Məmmədovun əvəzsiz rolu var. İddianın müəllifi Orucəli Durmuşovdu. Orucəli müəllim bəyan edir ki, Elçin Məmmədov ictimaiyyətin AFFA-dakı qulağıdı. İngilislər demiş: "Ho comment!"

rn

Durmuşovun dediklərinə şərh vermək niyyətində deyiləm. Amma əminəm ki, Məmmədovun ötən həftə AZAL - "Neftçi" oyununu heç-heçə bitirməsi hələ uzun müddət başına bəla açacaq. Axı Elçin Azərbaycan futbolunun gücünə qarşı güc göstərmiş oldu. Palaza bürünüb, el ilə sürünməkdənsə... Sonrasını açıb-ağartmaq istəmirəm.

rn

Məlikməmməd bizim ən çox bəyəndiyimiz nağıl qəhrəmanımızdı. Gözünə döndüyüm ara-sıra quşa, ara-sıra ata minirmiş. Minmədiyi yalnız "hummer", bir də Hakimlər Komitəsi imiş. Onun edə bilmədiyini müasir Məlikməmmədlər edir və görünən odu ki, hələ uzun müddət edəcək.

rn

Həftəiçi etibarlı mənbələrdən məlumat daxil oldu ki, indən sonra heç bir klub rəsmisi hakimlər əlehinə kəlmə kəsməsin. Bunu kimin və nə üçün etdiyi bilinməsə də, nəyə hədəfləndiyi məlumdu. Azərbaycan futbolunun təpəsi qərara gəlib ki, senzuranı yenidən bərpa etsin. Söhbət ulu öndərimiz Heydər Əliyevin vaxtıyla yerli-dibli ləğv etdiyi senzuradan gedir. Çox güman ki, rəsmi "Şüşəbənd" heç kimi saymamaq qərarına gəlib. Gələn gəlir nəinki adamı, hətta burunlu-qulaqlı eşşəyi də dingildətməyə qadirdi. Artıq dingildədir.

rn

Cari 7 gün kubok oyunları ilə yadda qaldı. "Bakı" "Muğan" önündə sərgilədiyi oyunla "Neftçi"yə məğlubiyyətin, yəni 3 xalın müjdəsini verdi. "Gəncə" isə "Neftçi"yə yenilməklə bakılılara "Xəzər-Lənkəran"a müqavimət göstərəcəyinin muştuluğunu verdi. "PUL ŞİRİN ŞEYDİ".

rn

İndi isə keçim əsas məsələyə. Yəni, hakimlər Komitəsinə. Duyduğum qədər kimlərsə Xaqani Məmmədovun "qələmini sındırıb". Gəl ki, Elxan Məmmədov kimi "zalenti" açmaq o qədər də asan deyil. Elə bu səbəbdən də Xaqani bəyi tərpətmək hələ mümkün deyil. Maraqlıdı ki, Məmmədovun yerinə hazırlanan namizədin yanında indiki hakimbaşı toya-bayrama gedəsidi. Namizədin kimliyini açıqlamağın məqamı deyil. Çünki məsələ o qədər də qəlizləşməyib. Və ola bilsin ki, Xaqani Məmmədovu işdən çıxarmaq planı təxirə düşsün. Belə ki, Əgər Məmmədov AFFA-dakı gücləri birləşdirib Sadıq Sadıqovun "şüşəbənd"ə gedən yolunu qapasa, onda Abdullayev hakimiyyətinin sonunadək yerində qalacaq, toxunulmaz olacaq. Olacaqmı? Sualın cavabı naməlumdu. Axı Sadıq müəllimin qabağına çıxmaq asan məsələ deyil!

rn

Asan olmayan digər iş isə "6-lığ"ı müəyyənləşdirməkdi. Həftəiçi xəbər yayıldı ki, guya futbol rəsmilərimizdən biri iddia edir ki, "Bakı" məhz onun xahişi ilə çempionluq uğrunda yarışdan çəkiləcək. Zeynal Məmmədovla qısa söhbətim sonrası anladım ki, kimsə özünü yaxşı oğlan göstərmək üçün ona-buna ağlına gələni danışır, boş-boş iddialarla çıxış edir. Nəzərinizə çatdırım ki, bənzər iddia ötən mövsümün sonunda da yayılmışdı. Deyilirdi ki... Söhbəti dərinləşdirmək istəmirəm. Çünki tükənən şansları bir az daha tükəndirmək, kəndiri kəsən olmaq istəməzdim. Odu ki, hadisələrin axarını izləməkdə, saytda gedən yazıları təqib etməyə davam edin.

RƏŞAD FƏRHADOĞLU


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ