“Pele”nin oğlu, “Qəbələ”nin “lipa”sı və “Topaz”ın La Liqaya təsiri YAZI

07.10.2013 | 8723 dəfə oxunub

Bu həftə futbolumuzda idman mətbuatında xeylimaraqlıhadisələr oldu, darıxmadıq. Təəssüf ki, həmin hadisələrin heç biri sevindirici deyildi. İstər sosial şəbəkələrdə idman mətbuatında yaşanan hakim-jurnalist, jurnalist-jurnalist atışmaları, istər medaida gedən qərəzli yazılar, istər hakim hoqqaları, istərsə futbolçu tərbiyəsizliyi... Jurnalistlərlə bağlı nəsə demək fikrində deyiləm. Yəqin bildiniz söhbət kimdən nədən gedir? İdman medasının bir çox nümayəndələrininəmideyə çağırdığı Natiq Muxtarlı  ilə ANS-in əməkdaşı Xəyal Azərioğlundan onlar arasında yaşanan söz savaşından. Hər ikisi həmkarlarımdı, həm məndən yaşda böyükdülər. Məsləhət verməyə haqqım çatmır, kimin haqlı olub-olmadığını isə dəqiq bilmərəm. Çox istərdim ki, hər şeyhappy end bitsin. Atalar demişkən, “dartışmasan, bərkişməzsən”. O cümlədən, Mahir Şükürovun qəbələlilərə göstərdiyibarmaqməsələsinə münasibət bildirməyəcəm. Bu haqda yenitransferimiz Qarabalanın yazısında oxuya bilərsiz.

Qalanlarından isə danışacam. BaşlayaqQəbələiləİnterin aşağı yaş qrupları arasında baş tutan oyunda olan hakim hoqqasından. Verilən penalti epizodunun videoyazısına baxanda doğrudan da deməyə söz tapa bilmədim. O qədər hakim səhvinin hoqqalarının şahidi olmuşam ki... Bu dəfə ki səhvin tamam başqaləzzətivardı. Xəbəri olmayanlara qısaca xatırladım ki, həmin oyunda baş hakim Elməddin İsgəndərov heç bir qayda pozuntusu olmadan, qeyri-adi penalti təyin etdi. “Bala, başa bəlada deyildiyi kiminiyə, nöşün”? Heç özü bilmədiniyə, nöşün”. Oyundan bir neçə gün sonraŞəfadazərərçəkənlərin baş məşqçisi Vəli Hüseynovla qarşılaşdım. Elməddinin keçmiş hakim Emin İsgəndərovun oğlu olduğunu Vəlidən öyrəndim. “Ot kökü üstə bitər” – bu məsəli Vəli çəkdi. Yadıma 19 il əvvəl baş verən bir hadisə düşdü. 1994- ildə GəncədəKəpəziləTuranqarşılaşırdı. Həmin oyunun baş hakimi məhz Emin İsgəndərov idi. Hər iki komanda çempionluğa oynayırdı Kəpəzqələbə qazanmalı idi. Amma tovuzlular Qurban Qurbanovun dublu ilə qalib gəldilər – 3:1. O biri qolun müəllifi yadımda deyil. isə... “Pelenin (Emin İsgəndərovun ayaması) hakimliyinin ilk dəfə şahidi orada olmuşam. Necə hakimlik etdiyini deməyəcəmməlum məsələdi. Amma onu bildirim ki, oyundan sonraTuranın oyunçuları ilə yanaşı onu da əməlli-başla döymüşdülər. Niyə, nöşün? Çünki, “Kəpəzudmalı olduğu oyunu uduzmuşdu. Deyirəm, kaş o vaxt meydanda Elməddin olardı. Atasına göstərərdi ki, necə hakimlik etmək lazımdı.

Emin müəllim bir neçə ay əvvəl məndən qəzetimizdə Azərbaycan futbolunun problemləri, hakimliyizin səviyyəsi ilə bağlı fikir bildirmək üçün tribuna istəmişdi. Söz vermişdim ki, imkan olan kimi onunla müsahibə götürəcəm. Emin müəllim, sözümün üstündə dururam. İstədiyiniz vaxt müsahibə verə bilərsiniz, amma bəri başdan deyim ki, ilk sualım oğlunuzun verdiyi qərarla bağlı olacaq.

Elməddin hakimlikdən uzaqlaşdırılıb. “Qəbələnin heyətindəlipatapıldığına görə isə komandaya texniki məğlubiyyət verilib. Bunları da ilk dəfə Vəlidən eşitdim: “Qəbələnin 4-5 oyunçusulipaidi. Cəmi birini sübut eləyə bildik. Vəlini aldatmaq olar?”. Bu dəfə Bəyin oğurlanmasından sitat gətirəcəm – “olar, niyə olmur?”. Vəlini aldatmaq olar, məni , hətta AFFA-da bu işə cavabdeh olan şəxsləri . Amma xalqı yox. Ayıbdı. Klub bu qədər xərc çəkib akademiya yaradıb. Hər yerdə Azərbaycan futboluna xidmət etdiklərini deyirlər. Budu xidmət? Nəticə qazanmaq üçünlipalazımdır? “Qəbələnin rəsmiləri deyirlər ki, uşaqMKT Arazdan gəlib. Bizim xəbərimiz olmayıb. Başqa deməli idilər, qəsdən eləmişik? Fikrimcə, ən böyük qəbahəti həmin uşağın yaşını saxtalaşdıranlarda axtarmaq lazımdı. İndiyə kimilipaolmaqla məşhurlaşan futbolçuya rast gəlməmişəm. Göz görə-görə öz övladınızı məhv edirsiniz. HörmətliQəbələrəhbərliyi uşaq futboluna cavabdeh olan şəxslər. Dəfələrlə qəzetimizdəQəbələFutbol Akademiyasının fəaliyyəti, gördüyü işlər barədə yazılar dərc etmişik, müsbətyönlü işləri işıqlandırmışıq. Vəlinin sözünü qeyri-ciddiyə almayın. Bəlkə, akademiyadakı uşaqlarınlipaolub-olmadığını bir araşdırasınız. Məncə, pis olmaz.

Lap yadımdan çıxmışdı, Elməddin artıq deyəsən məşhur olmağa başlayıb. Artıq bir neçə əcnəbi saytlar onun verdiyi qərarın videosunu öz səhifələrində yerləşdiriblər – “Azərbaycanlı hakimdən qeyri-adi qərar”. Bravo! Yaxşı ki, orada deyilən sözləri tərcümə etməyiblər. Vəlininçıxışı nəzərdə tuturam. Yoxsa, lap biabır olardıq.

Hakimlikdən söz düşmüşkən, srağagün baş tutan AZAL – “Simurqoyununda yenə haqsızlıq oldu. Amma bu dəfəki hal Elməddinin etdiyinin yanında şükürlü idiMeydan sahiblərinin vurduğu təmiz qol qeydə alınmadı. Oyunun baş hakimi Ramil Diniyev günahı köməkçisi Coşqun Həsənovda görə bilər. Çünki, ofsayd qərarını onun bayrağının qalxmasından sonra vermişdi. Coşqun Həsənov da bilirsiniz kimdirHakim-inspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun köməkçisi Qürbət Həsənovun oğlu. Gəncəbasarlılar demişkən, “di get”. Yəqin ki, Hakimlər Komitəsinin sədrinin Xəqani Məmmədov olduğunu yaxşı bilirsiniz. Bir sözlə Azərbaycan hakimliyi iri addımlarla irəliləyir

Daha birbravoöz portallarımıza düşür. Yəqinki, hamınız Premyer Liqanın 8-ci turunda qeydə alınan antirekorddan xəbərdarsınız. 5 oyunda cəmi 2 qol! Tur başa çatan kimi bəzilərininbeyinlərinə belə bir fikir gəldi – “Topazoyunların nəticələrini əvvəlcədən müəyyənləşdirib. Əsas kimi isə, “Topazın çempionatımızın sponsoru oyunların nəticələrinə təsir etmək imkanında olması önə çəkildi. Hörmətli həmkarlarım, bəlkə, “Topazİspaniya La Liqasında baş tutan son turun nəticələrini əvvəlcədək müəyyən edib? Axı, 10 oyundan 9-u, özü ardıcıl olaraqaltgəldi. HəttaBarselonaRealkimiqol maşınlarının oyunlarında cəmi 1 qol qeydə alındı. Əgər elədirsə, halaldıTopaza! Heç inandırıcı deyil ki, “Topazrəhbərliyi misal üçünXəzər Lənkərana deyir ki, bu oyunu mütləq alt oynamalısan. Ya da ki, “Qarabağa. OQarabağa ki, baş məşqçisi futbolumuzunQaQasıdı.

İlqar TAĞIYEV, “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail