“Polufabrikat çempionat”a ekskursiya YAZI

07.10.2013 | 8913 dəfə oxunub

Birinci dəstənin çempionatı tədricən sürət yığmağa başlayıb. Adı 1-ci dəstə olan, lakin daha çoxpolufabrikatbirinciliyini xatırladan bu yarışmada, demək olar peşəkar komanda yoxdu. Əksər klublar (əgər onlara klub demək olarsa) “Azərbaycanda futbol varnaminə yaradılıb. Belə olmasaydı, AFFA-nın himayəsində olan komandalara rast gəlməzdik. Əslində bu, anormallıqdır ki, federasiya hansısa komandaya bu ya digər formada maddi dəstək verir. İnsan məvacib aldığı yerdən istənilən sifarişi yerinə yetirmək məcburiyyətində qalır. Lap deyək ki, AFFA pul verdiyi klublara heç bir tapşırıq verməyəcək. Ancaq fakt faktlığında qalır ki, federasiyanın maliyyələşdirdiyi kollektiv istənilən uğursuz oyundan dərhal sonra bu, şübhələrə səhnə olacaq.

Açığı, yazını hazırlayarkən, internetdə beynəlxalq təcrübədə bu cür praktikanın olub-olmaması ilə sorğu apardım. Bir analoji belə hala rast gələ bilmədim. Ölkəmizdə olduqca populyar olananaloqu olmayan inkişafifadəsi necədə burada yerinə düşür... cüzi dəyişikliklə. Yalnız Azərbaycan futbolunda analoqu olmayan hadisə ilə rastlaşa bilərik: klubları ali futbol qurumu maliyyələşdirir. Səbəb sadədir. Bütün sahələrin monopiyalaşdırılması yekunda acı reallıqları ortaya qoyur: ancaq dövlət məmurları klub saxlamaq iqtidarındadırlar. , bir Mübariz Mənsimov.

... isə, qayıdaq 1-ci dəstə söhbətinə. Çünki siyasət mənlik deyil. Hərçənd gətirib siyasəti pərçim ediblər idmanın içinə. Komandaları bir neçə qrupa bölmək olar. “Mil-Muğan”, “Karvan”, “Göyəzən”, “Energetik” – bu kollektivləriDartanyan üç muşketyorfilmində Portosun dediyi bir cavabla müqayisə edərdim. Dördlüyün komandiri AtosunSiz üçün dalaşırsınız, Portos?”, sualına bədən quruluşu ilə Elçin Əlibəylini xatırladan Valentin SmirnitskiNiyə dalaşıram? Niyə dalaşıram? Dalaşıram, çünki dalaşıram!”, cavabını verir. Bax bu 4 komanda da sadəcə iştirak üçün oynayır. “Karvannın baş məşqçisi Kənan Kərimov da ölkə mətbuatına verdiyi açıqlamayla bunu dolayısı ilə etiraf edib: “Uşaqları küçədən yığmışam”. deyəsən? Buna ad verib, hansı don geyindirəsən? Yox e, qardaş, donu geyindirisən geyindir, bu kvartet çılpaqdı ki, çılpaqdı!

Şəmkir”, “Şuşa”, “Şahdağ”, “Bakılı” – bu kollektivləri isəgələcəyin göyərçinləriadlandırardım. Komandanı yaşadırlar ki, bəlkə vaxtsa yağlı sponsor tapıldı. Lakin yuxarıda qeyd etdiyimiz 1-ci qrup üzvləri kimi, ŞŞŞB-nin Premyer Liqaya yüksəlmək şansları yoxdu. Aşağı divizonda mübarizə aparan komandaların maliyyə dayaqları zəif olduqda, daha çox yeniyetmə futboçu hazırlayıb elita təmsilçilərinə satmaqla məşğul olurlar. Azərbaycan futbolundakı “1 illik müqaviləsindromu bu cür addım atmağın da mümkünsüzlüyünü ortaya qoyur. Çünki mövsümün sonunda bütün azərbaycanl futbolçular azad agent statusu ilə istənilən komandaya kompensasiyasız keçə bilərlər. Qısası, bu qrupa dabir quş.”

Əslində bu qrupa MOİK-i əlavə etmək olar. Çünki hərbi xidmətdə olan gənclərdən düzəldilmiş bu komandanı peşəkarların çempionatına buraxmaq düzgün deyil. Hər il heyəti dəyişən kollektivdən klub olar? Baxmayaraq ki, əsgərlər hazırda 7 xalla liderlər qrupunda qərarlaşıblar, nəzərə almaq lazımır ki, ilk 3 turdakı rəqiblərin hamısızəiflər arasında ən zəiflərolublar. Qısası, MOİK-in liderlər qrupunda qərarlaşması müvəqqəti xarakter daşıyır.

Turan-TKəpəzbarədə o qədər yazılıb, o qədər danışılıb ki, əlavə şərhə ehtiyac görmürəm. Bir onu bildirim ki, bölgələr kağız üzərində yox, həqiqətdə inkişaf etməyənə qədər, bu komandalar elə 1-ci dəstədə papaqlarını günə verəcəklər.

Nəzərə alsaq ki, “Qaradağ Lökbatanda AFFA-nıntörəmə şirətidir, indidən federasiyanın çaldığı havaya oynayacağını əminliklə söyləyə bilərik. “NeftçalaAğsuda yuxarıda qeyd etdiyimİnkişafdan geri qalmaproblemi səbəbindən klub deyillər.

Qaldı təkcə NaxçıvanArazı. Əsgər Abdullayev başda olmaqla, peşəkar klub yaradanKiçik torpaqtəmsilçisi 1-ci dəstədə elə öz kölgəsi ilə mübarizə aparacaq. Doğrudu, ötən turArazİmişlidə 2 xal itirdi. Lakin heç kəs deməyib ki, naxçıvanlılar çempionatda 100 faizlik nəticə göstərəcək. Sadəcə, klubda yer alan bir sıra şəxslər məhz bu amilə diqqət yetirməlidirlər. Yəni hər itirilmiş xalı faciə kimi qəbul etməməli xırda nüanslara görə, qalib gəlmədikləri oyunlarda günahkar axtarmamalıdırlar. Əsgər müəllim belə incəlikləri yaxşı bilir. qədər deyilsə ki, hakimlər qərəzsizdir, bu, həqiqəti əks etdirmir. Yəni klublar referilərdən qədər çox şikayət etsələr, ədalət təmsilçiləri bir o qədər həmin komandalara qarşı kinli olurlar. Xaqani Məmmədovun kadrları da ki, maşallah, istənilən vəziyyəti 2 variatda yozmaqda müəllimlərindən geri qalmırlar. Məsələn, top əli tapdı əl topu tapdı.

Lakin bir qədər irəliyə gedərək, qeyd edim ki, bupolufabrikat çempionatı” “Araza baha başa gələcək. İndi yox, gələn il. Komanda buradabişməyəcək”. Alaçiy vəziyyətdə çıxacaqlar Premyer Liqaya orda mövqelərini qorumaq olduqca çətin olacaq... Lakin bu, başqa bir mövzudu...

Ceyhun Əliyev, “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail