Xaqani&Toşak: Balqabaq, ya dal-qabaq? YAZI

13.10.2013 | 12372 dəfə oxunub

Xaqani Məmmədov Con Toşakı "savadsız" adlandırıb. Hakimbaşı "Xəzər Lənkəran"ın baş məşqçisini başqa cür tərif etməyib, elə-belə də deyib barəsində. Gözünə döndüyüm Hüseyn Cəbrayıloğu da "facebook"dakı profilində əks cinsin (tfu, əks tərəfin demək istədim) nümayəndəsini salıb qır qazanına, 40 bardaq su ilə yaxalayıb. Hüseyn hər il bir klub prezidentinin ağuşuna atılan "Çekist" Səfqulunun törəməsinə çatdırıb ki, ay güllü oğlan, Toşakın yanından toz olub ötə bilməzsən.

Lənkəranlı press-ateşe anlaması üçün Xaqanani öz dilində qandırıb. Tənbehedici statusunda göstərib ki, sən Toşakın 35 il əvvəl geyindiyi butsının iplərindən danışa bilməzsən, savadından, təcrübəsindən, biliyindən ümumiyyətlə.

Doğrudan da, Xaqani, sən hara, savaddan danışmaq, başqasının savadına qiymət vermək hara! Uzunqulaq bir palçığa bir dəfə batır, ikinci dəfə palçığa tərəf getmir. Sən isə artıq neçəndi dəfədi Hakimlər Komitəsinə sədr təyin olunursan. Toşak "Xəzər Lənkəran"da nəticə verə bilmirsə, bunun savadına nə dəxli? Məşqçidi, işi alına da bilər, alınmaya da. Visente Del Boske "Real"dan getdi "Beşiktaş"a, İstanbulda gətirmədi. Luis Araqones İspaniyanı Avropa çempionu etdi, gəldi "Fənərbaxça"ya, Türkiyə çempionu olmadı. Onlarla belə misal çəkərəm, bəyəm bunların hansısa biri o deməkdi ki, ölkə və klub dəyişən məşqçilər savadsızdı? Toşakın gözündən hakimlik bağlı nəysə bir məqam qaça, səhv irad tuta bilər, bu, savadsızlığına dəlalət edirmi?

Toşakı savadsız adlandırmağa qalanda, Xaqani,  böyüyün də gəlsə, bu sözü dilinə gətirə bilməz. Avropanın elit çempionatlarında nəticə qazanmış, məşqçi deyəndə xatırlanan 5-10 nəfərdən biridi Toşak. Bəs sən kimsən, Xaqani? Rəhmətlik Şahbaz Süleymanovun qapısında yatan. Yunis İldırımzadənin ayaqqabısının balağını təmizləyən. Anatoli Konkovla bir kupedə gecələyən. Və yaxud Mehman Allahverdiyevin puluna Moskvada nə etdiyini bildiyimiz adam.

Başın onda harda itmişdisə, bax, indi də səsin ordan gəlir. Toşak sənin kimiləri o qədər ora (stolun altına) salıb-çıxarıb ki! Düzdü, sənin gördüklərinə, elədiklərinə savad lazım deyil. Onun üçün bir balaca alçaqlaşmaq gərəkdi. Maşallah, bu cür şeylərin ustasısan. Ramin Musayevə üz vur, "sənətkar" epiteti aldırsın sənə, as döşündən.

Azərbaycana dünən neçə mütəxəssis gəlib, bu gün neçəsi var, heç biri Toşakla bir cərgədə dayana bilməz. "Real"ı, Uels millisini çalışdırıb o.

Dünya dağılsın ki, "Real"ı vaxtilə çalışdırmış biri üçün qıcqırmış pendik iyi verən "Çekist Səfqulu"nun törəməsi "savadsız" ifadəsini işlədir! O, savadsızdı, bəs sən nəsən? Hər tur, hər oyun yetişdirdiyin hakimləri döyüb-söyürlər, sillə-təpiyə qonaq edirlər. Hakimdi bunlar? 99 faizi kududu, kudu! Balqabaqlaşmış balqabaqlardanmısız?.. 

Tanış gəldi? Ye, dibinəcən ud, bir də dal-qabaq qatıqlama!

Mənbə : Sport Favorit



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail