“Qəbələ”nin Tale Heydərov problemi VƏ YA PREZİDENTİN QILINCSIZLIĞI - YAZI

17.10.2013 | 9776 dəfə oxunub

“Qəbələ”də futbol üçün hər şey var. İnfrastrukturun içində olan, olacaq hər şey. Stadion, baza, futbolçuların qalması üçün dünya səviyyəli otellər, əylənməsi üçün əyləncə mərkəzləri və daha nələr, nələr...

Məsəli bu komandadan uzaq, nədənsə “Qəbələ” kor at kimi bir yerə gedib çıxa bilmir. Elə həmişə yerində sayır...

Mövsümün əvvəlində komandaya baş məşqçi gətirilən Yuri Syomində hazırda ondan gözlənilənləri vermir. Baxmayaraq ki, bu komanda hazırda turnir cədvəlində üçüncüdür və liderdən cəmi 2 xal geri qalır. Komandaya çəkilən əziyyəti, xərclənən pulları göz önünə gətirsək, bu, heç də uğurlu nəticə sayılmır və sayılmamalıdır.


Bilirsiz bu komandanın dərdi nədir? Açıqlayaq da... “Qəbələ” Azərbaycanda yeganə klubdur ki, burda istənilən uğursuzluğa görə rəhbərlik futbolçulara ciddi sanksiyalar tətbiq etmir. Yəni başlarının üzərində qılınc yoxdur. Bu səbəbdəndə komandada böyük boşluq var. Əslində, komanda elə bu cür olmalıdır, amma bizdə tamam başqadır. Uzun illər bünövrəsi qoyulan ənənə hələdə davam edir. Futbolçuların başı üzərində qılıncla dayanmasan, onlardan heçnə almayacaqsan. Necə ki, “Qəbələ” bunu illərdir sübut edir. Bilirsiz bu nədən irəli gəlir? Klubun prezidenti Tale Heydərovun Avropa mədəniyyəti görməsindən. Hörmətli Tale bəy İngiltərədə ali təhsil alıb və Londonda mədəniyəyətin bizdən daha fərqli olduğunu, yanaşmanın fərqli prinsiplərlə həyata keçirildiyini, idarəetmədə hansı üsullardan yararlanmalı olduğunu yaxşı görüb. Və özüdə indi onları tətbiq edir, amma yanılır. Tale bəy, bu idarəetmə arxada qalan illər ərzində klubunuza heç bir uğur gətirmədi, əvəzində sahib olduğunuz komandanın adı xoşagəlməz olaylarda hallandı. Odur ki, xoş rəftarın başın buraxın. Çəkin sivri qılınci, alın başlarının üzərini. Bizə boş yerə qılın müsəlmanı deməyiblər. Bəy, qılıncsız alınmayacaq...

Mehdi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail