Gedin, yatın, futbol başa çatdı! YAZI

22.10.2013 | 13605 dəfə oxunub

Yay aylarından bir gün idi. Məhəllədə futbol oynayırdım. Zədələndiyimdən evə getməli oldum. Anam dizimin yarasına yod çəkib, məni əzizlədi. Təxminən 10 yaşım var idi. Televizorda futbol göstərilirdi. Atam damağında siqaret, diqqətlə oyuna baxırdı. 2000-ci il Avropa Futbol Çempionatının qrup mərhələsi çərçivəsində Hollandiyayla Yuqoslaviya qarşı-qarşıya gəlirdi.  Atamın səsi gəldi:

- Bax bu hollandlara azarkeşlik etmə, Yuqoslaviya komandasına diqqət et!

Atamı dinləyir, ekranda ora-bura qaçan futbolçuları izləyirdim. Hesab 4-0 idi:  hollandlar artıq qələbəyə doğru irəliləyirdilər.

- Ata,, axı Hollandiya güclüdür. Niyə Yuqoslaviyaya azarkeşlik edim?

- Hollandiya güclü, inkişaf  etmiş bir ölkədir, – atam dedi. Bir çox turnirlərdə də uğur əldə edib. Ancaq Yuqoslaviya kasıb ölkədir, müharibələr, faciələr görmüş bir xalqdır. Ona görə də mən kasıb, zəif ölkələrə “balet” edirəm.

Oyunun axırına kimi baxdım. Hesab 6-1 Hollandiya millisinin böyük hesablı qələbəsi ilə sona çatdı.

***

Yadıma düşür, uşaq yaşlarımda futbola baxmaq üçün necə də böyük  həyəcan keçirdirdim. Buna görə də çox vaxt anam oyunları izləməyi mənə qadağan edirdi. Çox vaxt gecələr yata bilmir, matçların nəticəsi haqqında fikirləşirdim.

Bir dəfə Çempionlar Liqasında “Qalatasaray” -  “Real” oyununa baxırdıq. İlk hissədə “kral klubu” “Cim Boma” iki qol vurdu. Anam televizoru söndürmək istəyirdi.

-Söndürün, yataq. Onsuz da uduzduq!

Ancaq atamın israrı ilə ikinci hissəyə baxa bildik və türk klubu sözün həqiqi mənasında möhtəşəm çevriliş edərək, hesabı 3-2 etdi, tarixi bir qələbə qazandı. Evdə hər kəsin üzü gülürdü.

***

2002 – ci il Dünya Çempionatında Türkiyənin tarix yazması da mənim uşaqlıq illərimin ən gözəl və unudulmayan bir xatirəsidir. Türkiyə - Brazilya oyununda Hasan Şaşın ilk qolu yadınızdadır? Yəqin o qoldan sonra ekran qarşısında çığıra-bağıra sevincinizi bölüşmüşdünüz. Hamımız qələbəyə inanmışdıq. Hətta yazıçı Şərif Ağayar öz dostlarını daha da ruhlandırmışdı: “Mənə elə gəlir, Qarabağı alacağıq!”. Bütün avropa türklərdən qorxmuşdu, sanki Osmanlı ordusu yenidən bərpa olunurdu. Bu oyun uşaqlığımın son məğlubiyyəti idi.

***

Bir dəfə soyuq günlərin birində yenə “Qalatasaray”ın oyununa ailəlikcə baxırdıq. Hesab hələ açılmamışdı, amma oyun olduqca həyəcanlı və maraqlı keçirdi. Sonra evimizdə işqlar zəifləməyə, lampa əsməyə başladı. Atam “zəlzələdir, qaçın” deyə qışqırdı. Televizoru söndürmək o an heç birimizin ağlına gəlmədi. Ev paltarlarımızla özümüzü küçəyə atdıq. Hava olduqca soyuq və küləkli idi. Kişilər damaqlarında siqaret püfüldədərək “Qalatasaray”ın oyunundan danışırdı, insanların arasında panika sanki yoxa çıxmışdı. Bu oyuna baxmaq eşqi zəlzələ qorxusunu silib aparmışdı. Atamın əllərindən tutmuşdum, həm üşüyürdüm, həm də qorxurdum. Daha sonra gecə saatlarında evə gedə bildik. Oyundan isə xəbərimiz yox idi.

***

Atam beynəlxalq futbol çempionatlarına tamaşa edərdi. Həmişə kasıb, iqtisadi cəhətdən zəif ölkələrə daha çox azarkeşlik edərdi və bu sevgini bizə də aşılayardı. Heç unutmaram, daha çox Afrika ölkələrinin tərəfində olardı; Qana, Kamerun, Seneqal, Fildişi Sahili, Anqola və s. Bir də yadımdan çıxmayan bir cümləsi var: “Kasıbların futbolu da kasıb olur!”

İndi futbol haqqında xatirələrim yaddaşımda rəqs edərkən düşünürəm ki, burjuaziya öz kirli əlləri ilə futbolun həyəcanını pula bulaşdırdı. Mənə elə gəlir, uşaqlığımla bərabər, saf, təmiz, unudulmaz futbol da həyatımdan çıxıb getdi...

Oğuz Ayvaz



  #5   Adınız: Elnur Həsənov;   E-mail: [email protected]

23.10.2013 22:06

Hasan Şaşın qolunu heç unutmuram, doğurdanda qələbəyə çox inanmışdıq. Uğurlar, Oğuz bəy sizə!

  #4   Adınız: Vidadi Aslan;   E-mail: [email protected]

22.10.2013 21:09

Maraqlı və yaxşı yazıdı, uğurlar.

  #3   Adınız: Ali Asğar;   E-mail: [email protected]

22.10.2013 18:35

Yazını oxudum, çox xoşuma gəldi, halaldı Oğuz davamlarını arzu edirəm. Uğurlar!

  #2   Adınız: Ali Asğar;   E-mail: [email protected]

22.10.2013 18:25

Afərin Oğuz maraqlı bir yazıdır. Uğurlar!

  #1   Adınız: Ayaz;   E-mail: [email protected]

22.10.2013 15:25

Yaxşı yazıdı Ayxan, malades! Xeyli irəliləyiş var, uğurlar
sənə...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail