... manatlıq futbolçular, qaz... , utanmaz baş məşqçi

19.11.2013 | 10727 dəfə oxunub

Azərbaycan millisi son günlərdə keçirdiyi iki yoxlama oyununda qələbəyə həsrət qaldı. Əslində, ilinin son oyunlarında qapını bərk çırpa bilmədilər. Təbii ki, bacara bilərdilər, amma.. bu barədə biraz sonra.

Berti Foqts Eestoniya ilə oyundan sonra deyir ki, rəqib iki səhvimizdən istifadə edib qol vurdu. Biz də bir məsəl var: utanmasan, oynamağa nə var ki?! Bu alman tülküsündə nə utanmaq var, nə də qızarmaq. 700 min kişinin yaşadığı Estoniya millimizlə tək qapıya futbol oynayıb və iki gözəl qolla (xüsusən ilk qolu vurğulamaq lazımdır) bizə qalib gəldi. Əslində isə millimizdə Rauf Əliyevin vurduğu qol rəqibin kobud səhvindən sonra baş tutmuşdu. Foqts ya özünü gicliyə qoyub, ya da milləti axmaq sayır. Yoxsa deməzdi, rəqib iki səhvimizdən sonra qol vurdu...

Qırğızlara isə qol vura bilmədik. Halbuki bu komandaya hansısa bir ərəb ölkəsinin U-21 millisi də qalib gəlmişdi. Millimiz bu qədər acizdir. Əslində isə aciz deyillər. Necə olur ki, Rusiya kimi milliylə Bakıda 1:1 oynayırlar, Şimali İrlandiyanı 2:0 udurlar? Necə olur bunları bacaran komanda qırğızlarla bacarmır? Çünki onda bu iki oyuna görə futbolçular AFFA tərəfindən 170 min manat mükafat almışdı. Amma qırğızlarla yoldaşlıq oyununa görə mükafat yox idi. Buna görə də, Foqtsun dediyi kimi, milli oyunçular rəqibi ciddiyə almadı, oyuna ciddi yanaşmadı. Bax, budur bunlar. Millinin şərəf yeri  olduğunu deyib, millidə pula görə oynayan “kişilərdir”. Bunlara 3 manatlıq futbolçu demək olmaz, çünki çox bahalıdırlar. Heç olmaya 17 manatlıq de...

Futbolçuları ataq bir kənara, millidə pula görə oynayan varsa, tam bişərəfdir!

Bəs Berti Foqts? O, hələ də Azərbaycanı nağıllar diyarı hesab edir. Əminəm ki, Azərbaycan millisindən gedəndən sonra, alman yerlilərinə müsahibəsində “Azərbaycan qazlar diyarıdır” ifadəsini də işlədəcək. Ona ayına 100-150 min avro verən qazdır, qanadsız. Qırğızıstanı uda bilməyən də qazdır – qasız.


Vüsal BƏBİRLİ 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail