Hafiz Məmmədovu istəməyənlər... - YAZI

29.11.2013 | 9800 dəfə oxunub

Sosial şəbəkələrdə “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov barədə bəzi fikirlərə, saytlarda isə yazılara rast gəldim. Təəssüf...

Bilirsiz, amma yenə də məlumat üçün deyim ki, Hafiz Məmmədov Azərbaycanın ən zəngin iş adamlarından biridir və adı çəkilən şəxs Fransanın “Lans” klubunu alıb, bu komandanın sahibidir. Elə bu səbəbdəndir ki, Fransanın ünlü  “Canal + Sport” televiziyasının əməkdaşları Hafiz Məmmədovun “Lans”ı almasından verliş hazırlayıblar və dolayı yollarla onun nüfuzuna xələl gətirməyə çalışıblar. Bəndənizin fikrini soruşsaz, bu, onlarda heç cür alınmayıb. Çünki məkirli və planlı şəkildə bura da elə onun üçün gəlmişdilər. Sadəcə onların oyununa getmək lazım deyildi. 

Əvvəlcə qarşı tərəfin çəkliş planı ilə tanış olub, daha sonra buna razılıq vermək lazım idi. O da, məsləhətli olduğu halda.

Hafiz Məmmədov “Lans”ı almaq istəyəndə, az qala bütün Fransa erməni disporasının təsiri ilə ayağa qalxmışdı ki, bu ölkədə bir kişi yoxdur, azərbaycanlı gəlib orda klub alır?! Sizcə niyə Fransa əsas liqasında mübarizə aparan PSJ və “Monako” kimi klubların ərəb və rus kişisi tərəfindən alınmasına heç kim etiraz etmədi? Bəs nə üçün Fransa aşağı liqasında oynayan “Lans”ın həmyerlimiz tərəfindən alınmasına Fransada belə kəskin narazılıqlar oldu? Bunu bilmək üçün alim falan olmaq lazım deyil. Lansda ermənilər olduqca çox yaşayırlar və yaxşı da bilirdilər ki, bu gün “Lans”ı alan, sabah da bu klubun stadionundan Azərbaycan bayrağını asacaq. Ermənilər bizim bayrağımızın “Lans”ın stadionundan dalğalanmasına etiraz edirlər, qanları götürmür, əzab çəkirlər, çünki bizim – türkün düşmənidir. Bəs siz bizim nəyimizsiz? Düşmənsiz, yoxsa soydaş – dost? Bu barədə düşünməyə dəyər, məncə!

Hafiz Məmmədovun kimin pulunu hara xərclədiyi bəndəniz üçün heç bir əhəmiyyət kəsb etmir. Bildiyim odur ki, bu pulu özü qazanır və özü də xərcləyir. Bu mənada kiminsə yazdığı, dediyi də əhəmiyyətsizdir. Əsas olan odur ki, Məmmədov Azərbaycanı qısa müddətdə bütün dünyaya tanıdıb. Məncə Azərbaycanda ən böyük hadisə olan zaman belə, Cənubi Amerikada bundan heç kim xəbər tuta bimirdi və Azərbaycanın harda yerləşdiyini, ümumiyyətlə ölkə adı olduğunu çox az adam bilirdi. “Atletiko”nun forması üzərinə yazılan “Land of Fire Azerbaijan” sözlərindən sonra isə bu ölkəni milyonlarla insan tanıdı.

Deyə bilərisz ki, camaat acdırsa, bu tanıtım nəyimizə lazımdır? Onda Hafiz Məmmədov gəlib sizin ağzınıza su tökməlidir, süd tökməlidir? Yer sündə elə bir millət nümayəndəsi var ki, bütün xalqını o saxlasın? Məmmədovu müdafiə etmirəm, belə bir niyyətim də yoxdur. Bildiyim isə odur ki, onun üzərinə gedən heç bir ehtiyacı olan geri boş qayıtmayıb. Məmmədov şəhid ailələrinə, kimsəsizlərə, ehtiyacı olanlara yadımın əsirgəmir. Sən də şikəstsən? (üzürlü sayın, qüsurlu deyəcəkdim) Get işlə, qazan, ailəni özün saxla. Bakıda az qala hamı 400-500 manatlıq telefon işlədir. Hara baxırsan əlində bahalı telefon, qoltuğunda bahalı kompyuter. Biri də nə isə iş görəndə, yadlarına yalan düşür. Onda millətin acından öldüyü yadlarına düşür bunların.

Rəhmətlik, ulu öndər Heydər Əliyev bir dəfə yaxşı demişdi, “mən yaxşı bilirəm, bizim xalq çox yaxşı yaşayır”. Düz də demişdi.

 Hafiz Məmmədovun ölkə və Azərbaycan futbolu üçün gördüyü işlər hazırda milyonlarla da ölçülməz. Bu gün “Lans”a yolladığı 5 azyaşlı, sabah da yollayacağı 10-larla futbolçunu Azərbaycan üçün yetişdirir. Gələcək nəsli üçün yox. Bu futbolçular gələcəkdə Hafiz Məmmədovun nə qapısında işləyəcəklər, nə də şirkətində - Azərbaycan bayrağı üçün – Azərbaycan millisi üçün meydana çıxacaqlar. Bunları unutsaq, o zaman Hafiz Məmmədov barədə düşüncə sahibi olan Fransada yaşayan erməniylə bizim fərqimiz olmaz. Vaxtınız olanda, həqiqət olan tərəfə də baxın...

Vüsal BƏBİRLİ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail