«Donqili» AFFA və «donqili» Berti Foqts

17.06.2011 | 38270 dəfə oxunub

Bu dəfə uzun yazıb gözünüzü və beyninizi çox yormayacam. Sadəcə olaraq, bir sözdən-kəlmədən bəhs edəcəm.

rnrn

Son zamanlar «donqili» sözü yaman dəbə minib. Bir müddət əvvəl Milli Məclisin üzvü Qüdrət Həsənquliyev, daha sonra AFFA və SOCAR-ın prezidenti Rövnəq Abdullayev və bu yaxınlarda da «Bakı» klubunun vitse-prezidenti Nail Əliyev «donqili» sözünü işlədib. Əslində, bu üç nəfər arasında yalnız Nail Əliyev «donqili» sözünü yerində işlədib. Baxmayaraq ki, hər üçü də Naxçıvandandır.

rnrn

Əvvəla bilmək lazımdır ki, «donqili» sözü nə deməkdir?

rnrn

Bu barədə qısa bir araşdırma bəs etdi ki, «donqili»nin nə olduğunu bilək. Görkəmli lüğətçi, bioloq, həkim, tibb mətbuatının inkişafında xüsusi əməyi olmuş Məmməd və Yusif Əhmədov qardaşlarına həsr olunmuş atalar sözlərindən ibarət «Naxçıvan Şivələrinin Lüğəti» kitabında (müəllif Zemfira Əhmədova) bu «donqili» sözünün açılışı çox gözəl şəkildə göstərilir. Nədir «donqili»nin mənası?: keyfiyyətsiz və zay.

rnrn

Deməli, naxçıvanlılar keyfiyyətsiz və zay olan bütün zaddara «donqili» deyirlər.

rnrn

Nail müəllim də elə son müsahibəsində bildirib ki, ölkə futbolu «donqili» vəziyyətdədir. Kişinin oğlu düz də deyir. Çempionat keyfiyyətsiz, AFFA-da işləyənlər zay adamlar, mili komanda və baş məşqçi isə həm zay halındadı, həm də keyfiyyətsiz. Necə deyərlər, «donqili» AFFA və «donqili» Berti Foqts.

rnrn

... elə bu qədər...

rnrn

P.S. Düzünü desəm, bu yazını elə başlığına görə yazdım.

Vüsal Gözəlov


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail