Foqtsdan növbəti tülkülük

16.01.2014 | 12079 dəfə oxunub

Ötən gün “Neftçi”nin Albaniya klubu “Partizani” ilə oyununu izləməyə getmişdim. Antalyada olan Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da stadiona gəldi. Oyunun fasiləsində Almanın tərcüməçisinə yaxınlaşaraq, Foqtsdan müsahibə almaq istəyimizi ona çatdırmasını xahiş etdik (bəndəniz və bir neçə jurnalist). Nöcavan da bunu etdi, amma gözlənilmədən Foqtsdan rədd cavabı aldıq: “Mən sizə müsahibə vermirəm”. Tərcüməçi yoldaşdan bunun səbəbin soruşduqda cavabı belə oldu: “Ötən gün “Futbolpress.az” saytına müsahibə verib, o jurnalist də (Elçin Cəlilovu nəzərdə tutur)  Foqtsun dediklərini yox, ağzına gələni yazıb. Elə şeylər yazıb ki, heç Foqts bu cür sözlər deməmişdi. Buna görə də müsahibə vermir”.

Cənab Foqts, əvvəla, sizin kimə və ya hansı sayta müsahibə verməyiniz bəndənizi maraqlandırmır. Çünki AFFA-nın mətbuat xidmətinin rəhbəri başqa yoldaşdı. Hərənin öz sualı, fikri var. Əgər o jurnalist sizən müsahibə alıb və fikirlərinizi təhrif edibsə (inanmıram edib, edibsə əgər) bu, sizinlə həmin jurnalist arasında olan problemdir və bundan digər həmkarlarımız əziyyət çəkməməlidir. Yoxsa, bunu anlamaq bir o qədər çətindir? Çətin deyil, sadəcə siz özünüzü tülkülüyə vurmusuz. Çünki elə tülküsüz, hətta deyərdim ki, şərəfsizsiz. Niyə? Ötən ilin sonlarına yaxın müqaviləniz bitmək üzrə idi, o ərəfədə mətbuat işçilərin görəndə elə bil, ən əzizinizi görürdüz. Bəs indi nə oldu? Hə... axı müqavilə bağlamısız, ən azı iki il burdasız və 2015-in sonuna kimi tülkülüyünüzdən əl çəkməyəcəksiz. Çünki ikiüzlüsüz. Bəndənizin aləmində isə ikiüzlü insanla çərəfsiz arasında heç bir fərq yoxdur. Müsahibə vermirsiz, cərə verin, cəhənnəmə verin...

P.S. Dostlardan birindən eşitmişdim ki, şərəfsiz sözünün mənası heç kimə şər və böhtan atmayan insana deyirlər. Foqtsu da çox istədiyimdən, onu bu cür qiymətləndirdim.

P.P.S. Bu arada “Bozbash Pictures Gürcüstan”dan Şöşü məllimin dediyi bir sağlıq yadıma düşdü:

Çıxdım qız qalasına,

İnək süd verirdi balasına.

Bundan sonra müsahibə verənin, xalasına...


Vüsal BƏBİRLİ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail