Elxan Məmmədovun uğursuz əməkdaşlıq layihələri

AFFA-nın BAŞ KATİBİ HEÇ BİR LAYİHƏNİ HƏYATA KEÇİRƏ BİLMƏYİB

20.02.2014 | 10840 dəfə oxunub

Dünən AFFA-nın baş katibi Elxan Məmmədov “Mançester Yunayted” klubunun ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Antoni Banerjee ilə görüşüb. Görüş zamanı ünlü klubun Bakıda futbol məktəbi açması müzakirə olunub.

Belə xəbərləri oxumaq artıq şəxsən məni bezdirir. Ola bilər ki, “Mançester Yunayted” Bakıda futbol məktəbi açsın. Ancaq məsləhət görürəm ki, AFFA bu layihəni həyata keçirsin, sonra isə ictimaiyyətə bununla bağlı açıqlama versin. Biz yorulduq, siz yorulmadız?
 

Müəmmalı Berlin futbol məktəbi
 
2009-cu ildə AFFA Berlində yaşayan 3000 nəfərdən artıq azərbaycanlıların övladlarının futbolla məşğul olmasına şərait yaradılması üçün futbol məktəbi açdığını elan etdi. Lakin o vaxtdan bəri bu layihədən heç bir səs çıxmadı. AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu deyir ki, Berlindəki məktəb fəaliyyət göstərir. Maraqlıdır ki, AFFA-nın əməkdaşlarının ən əhəmiyyətsiz səfərləri barədə xəbərləri rəsmi sayta yerləşdirən qurum bu illər ərzində Berlindəki futbol məktəbi haqqında heç bir məlumat yerləşdirməyib. Bilməyənlər üçün deyim ki, ölkəmizdə ən böyük futbol akademiyalarına sahib “Qəbələ” və “Bakı” klublarında heç 3000 uşaq futbolla məşğul olmur. Əgər belə futbol məktəbi həqiqətən mövcuddursa, AFFA niyə bu layihəni işıqlandırmaqda maraqlı deyil?
 
“Ayaks”ın iki ayı nə uzun çəkdi?
  
 
Uşaq futbolunun inkişaf etdirilməsi yolunda bir neçə layihə hazırlayan “Bakı” “Atletiko” ilə müqavilə bağlayandan sonra yenə səhnəyə AFFA-nın baş katibi Elxan Məmmədov çıxdı. Məlumat yayıldı ki, AFFA ilə “Ayaks” Futbol Akademiyası arasında əməkşalıq barədə müzakirələr aparılıb. Əsas müzakirə mövzusu isə “Ayaks”ın Bakıda Futbol Akademiyasının açılması olub. Yaxın iki ay ərzində bütün şərtlərin müzakirə olunması və müvafiq qərarlar qəbul ediləcəyi deyilsə də, heç nə olmadı.
 
Rossellə şəkil çəkdirmək iş görüşməsi kimi qələmə verildi?

 
Daha sonra Elxan Məmmədov “Barselona”nın o vaxtkı prezidenti Sandro Rossellə görüşdü. Görüşdə AFFA ilə “Barselona” klubu arasında qarşılıqlı əlaqələr müzakirə edildi. Bəs, sonra? – Sonra isə həmişəki kimi heç nə olmadı!
 
“Sportinq”dən də səs çıxmadı

 
Futbol adamları ilə görüşüb çay içməyi və səmərəsiz söhbətlərini ictimaiyyətə futbol hadisəsi kimi təqdim edən Elxan bəyin növbəti həmsöhbəti Portuqaliyanın “Sportinq” klubunun baş direktoru Valdelmar Barreto və klubun inkişaf direktoru Virgilio Lopes oldu. Artıq dəb halını almış məlumat yayıldı: “Sportinq”in Bakıda uşaq futbol məktəbinin açılması müzakirə olunu. Bəs, nə oldu? – Yenə heç nə!
 
Emin ABBASOV, 
sportal.az

P.S. “Mançester Yunayted”in Bakıda futbol məktəbinin açılacağı daha inandırıcıdır. Çünki arada “Bakcell” var. Layihəni şirkət həyata keçirəcək, nəticə isə Elxan Məmmədovun adına çıxacaq.



  #2   Adınız: Sahin Musayev;   E-mail: ---

20.02.2014 16:40

Əhsən qardas duz deyirsiz. bunlarin isi ancaq pul yemekdir.
Hec futbolu qozuna alan var ki

  #1   Adınız: Tima;   E-mail: ---

20.02.2014 15:52

Berlin lahiyesi Fogsnan bir yerde pul silmek meselesidir!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail