Rəşad, oğulsan!..

02.03.2014 | 12947 dəfə oxunub

Futbolçu Rəşad Sadıqov...

Bu adı Azərbaycan futbolunda, ümumiyyətlə bəlkə də, Azərbaycanda tanımayan yoxdu, yəqin. Tanıtıma çox ehtiyacı olmasa da, bəzi məqamlara toxunmağı özümə borc bildim. Atası Kəlbəcərdən, anası İçəri Şəhərdən olan, Bakıda doğulan 31 yaşlı Rəşad Sadıqov. Futbol həyatının qürub çağlarını yaşamasa da, onun peşəkar futbol həyatına son qoymasına çox il qalmayıb. Çünki Rəşadın sürünə-sürünə futbol oynamayacağına, bir qədər ağırlaşdığını hiss edən kimi, futboldan gedəcəyinə əminəm. Necə ki, bu qərarı Rəşadın dostu, hazırda baş məşqçisi olan Qurban Qurbanov da zamanında vermişdi.

SSRİ dövrünə yaşım çatmır, amma Rəşadın müstəqillik dönəmində Azərbaycan futbolunda ən xarizmatik, liderlik bacarığı olan ən önəmli azərbaycanlı futbolçu olması fikrimi heç kim dəyişə bilməz. Onunun dövlətini, millətini, vətənini də sevən bir vətandaş olduğuna son dərəcə yəqinim var. Vaxtilə Rəşada qarşı futbol funksionerləri çox haqsızlıq etdi, buna baxmayaraq, Sadıqov ayaqda qalmağı bacardı. Bax bu da onun üstünlüyü idi. Vaxtilə Naci Şensoyun Rəşad barədə dediyi sözlər hələ də yadımdadır: “Futbolçu olaraq Rəşadın yeganə problemi odur ki, o, azərbaycanlıdır. O, Rəşadoviç olsaydı, indi Avropada adlı sanlı müdafiəçilərdən biri idi. Çünki Avropada azərbaycandan normal futbolçu çıxacağına inanan yoxdur. Mən “Barselona”da baş məşqçi işləsəm belə, Rəşadı komandama apararam”.

Naci hoca Rəşadın futbolçuluğun çox gözəl xarakterizə etmişdi. Bunu o qədər uzatmaq olar ki...

Rəşad məni yenə yanıltmadı. İki gün əvvəl “Neftçi”ylə oyunda Rəşad, Rəşad olduğun bir daha sübut etdi. Araz Abdullayevə qırmızı vərəqə göstərən Vüsal Əliyevə yaxınlaşaraq “xahiş edirəm, qırmızını ləğv et, 11-11-ə oynayaq, qoy yaxşı oyun getsin” sözlərini bəlkə də çempionluq oyunu olan bu qarşılaşmada ancaq Rəşad deyə bilər, bu jesti ancaq Rəşad edə bilərdi...

Bundan dərhal sonra “Qarabağ” oyuna başladı qol vurdu, amma qırmızı alan Araz hələ meydançanı tərk etməmişdi. Bunu görən Rəşad yenə hakimə yaxınlaşaraq qolu qeydə almamasını ondan istədi. Bu jestləri Azərbaycan futbolunda ancaq Sadıqov Rəşad edə bilər, başqasına inamım yoxdur.


P.S. Bəlkə də, bunu yazmağa lüzum yox idi, amma gərək bildim. Rəşada bir qara da onda yaxırlar ki, bu oğlan vəhabidir. Sizcə düzdür? Özünüz düşünün, oğlunun birinin adı Mühəmməd (RəsulAllahın adı), digərininki isə Əli (İmam Əli (ə) olandan vəhabi olar? Vəhabi ki, Əlinin (ə) düşmənidir!...

Səddam HÜSEYNLİ (Stadium.az saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail