Hesabat verildi, hesab verən isə olmadı! - YAZI

08.03.2014 | 8680 dəfə oxunub

20 milyonluq büdcəsi olan AFFA-nın qəzeti klubların əlinə baxırsa, digər mətbu orqanlar nə etməlidir?

AFFA 2013-cü il maliyyə hesabatını təqdim etdi. Aydın oldu ki, büdcənin təxminən yarısı milli komandalara xərclənib. Lakin 9 milyonu aşan büdcə ilə əsas yığmamız 9 xal qazanıb, U-17, U-19, U-21 millilərimiz yenə də heç bir ciddi uğura nail ola bilməyiblər. AFFA prezidenti Rövnəq Abdullayev  özü də çıxışında qeyd etdi ki, xərclənən pulların qarşılığında əldə olunan nəticələr böyük deyil.

Ötən ilin xərcləri arasında bir çox qaranlıq rəqəmlər gözə dəydi. “Cross Culture” layihəsi və Alman məktəbinə ötən il ərzində 182 min manat xərclənib. Hansı alman məktəbinə? Belə bir məktəb həqiqətən varsa, AFFA həmin məktəbin ünvanını versin, orada görülən işlərlə tanış olaq.  Bəs, “Cross Culture” nə layihədir? Nə qədər axtarışlar etsəm də bu layihə ilə bağlı ümumiyyətlə heç bir məlumat tapmadım. Almaniyadakı məktəbin və “Cross Culture” layihəsinin adından başqa ortada heç nə yoxdur. Bu pulun hesabını kim verəcək?

Daha bir absurd rəqəm AFFA-nın nəzdində fəaliyyət göstərən “Futbol dünyası” qəzetinin xərcləri kimi göstərilib. Həftədə 3 dəfə çıxan qəzetin illik xərcləri 216 min manat təşkil edib. Maliyyə hesabatını hazırlayan, audit yoxlamanı həyata keçirən şəxslər bu absurd rəqəmi necə təsdiqləyiblər? Məndə olan məlumata görə, Mikayıl Nərimanoğlunun baş redaktoru olan qəzet klublardan alınan reklamlar hesabına yaşayır. AFFA-nın rəsmi qəzetinin klublardan reklam alması özü də ayıb sayılmalıdır. Təsəvvür edin ki, 20 milyonluq büdcəsi olan AFFA-nın qəzeti klubların əlinə baxırsa, digər mətbu orqanlar nə etməlidir? İndi sual yaranır ki, əgər “Futbol dünyası” klubların hesabına maliyyələşirsə, 216 min manat hara gedib? Rövnəq Abdullayevə də bu barədə sual verdim və bu an federasiyanın mətbuat katibi Mikayıl Nərimanoğlu kəkələyə-kəkələyə “reklamlar da veririk” deyə mızıldandı. Əlimdə dəqiq fakt olmadığı üçün Nərimanoğlunu yeyintidə  ittiham edə bilmirəm, ancaq saxtakarlığını sübut edə bilərəm. Birincisi, 216 min manat çox ciddi rəqəmdi və bu pula 20 dənə “Futbol dünyası” kimi qəzet yaratmaq olar.  İkincisi, əgər 216 mini başqa istiqamətdə xərcləyiblərsə, bunu “Futbol dünyası”-nın adına yazmaq saxtakarlıqdı. Üçüncüsü, AFFA mətbuata reklamlar verirsə, niyə bunu açıq şəkildə etmir və hansı şərtlər altında reklam siyasəti apardığını açıqlamır? Uzun illər mətbuata qarşı ayrı-seçkilik edən Elxan Məmmədov jurnalistlərin başını bir-iki səfərlə aldatmaqla mətbuata ayrılan pulların əsas hissəsini dost-tanışının cibinə basır. Bu, saxtakarlıq deyilmi?

AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu barədə də qeydlərim var. Həmkarlarım onu çox tənqid ediblər, hətta zaman-zaman təhqirlərə də layiq görüblər. Yaxşı da olsa, pis də olsa, mən Mikayıl bəyi mətbuatın (yad) nümayəndəsi saymışam. Bəzən mənə elə gəlir ki, bu adam AFFA-da hansı vəzifəni daşıdığının mahiyyətini anlamır. O, AFFA-da mətbuatın nümayəndəsi olmaq, mətbuat nümayəndələri ilə fedarasiya əməkdaşları arasında  körpü yaratmaq, jurnalistlərin maraqlarını müdafiə etmək əvəzinə, “mətbuatın düşməni” adını mənimsəyib qələm əhli arasında. Mikayıl bəy anlamır ki, Elxan Məmmədovun köməkçisi kimi fəxri adlar qazana bilər, ancaq həmkarlarının hörmətini qazana bilməyəcək. Ancaq bu yaşdan sonra o, çətin dəyişər.

Emin ABBASOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail