“Rəvan”ın aqibəti necə olacaq? - YAZI

06.05.2014 | 9180 dəfə oxunub

Çempionatın başa çatmasına cəmi 3 tur qalıb. Əksəriyyətin fikrinin çempionluğa, Avroliqaya yönəldiyi bir vaxtda Premyer Liqanı hansı komandanın tərk edəcəyi bir qədər arxa plana keçib. Doğrudan, yüksək dəstə ilə hansı komanda vidalaşacaq – “Sumqayıt”, yoxsaRəvan”? Turnir cədvəlinə nəzər salsaq, “Rəvanın vəziyyəti daha acınacaqlıdır, komanda sumqayıtlılardan 3 xal geridədir. Ümumiyyətlə, bu mövsüm hansı komanda Premyer Liqa ilə vidalaşacaq ya vidalaşacaqmı?

Mətbuata verdikləri açıqlamalarında həm AFFA prezidenti Rövnəq Abdullayev, həm PFL rəhbəri Ramin Musayev dəfələrlə Premyer Liqada komandaların saylarının artırılmasının tərəfdarı olduqlarını bildiriblər. Amma bu gün sponsor qıtlığı, klubların maliyyə vəziyyətlərinin kimlərdənsə asılı olması üzündən yüksək dəstəyə daha çox normal komanda buraxmaq mümkün deyil. Ötən mövsümKəpəzTurankimi köklü, amma dilənçi günündə olan komandalar Premyer Liqanı tərk etdi. Onların yerinə isə gətirilməyə pullu klub yox idi. Əgər bu iki komanda sonuncu yerləri tutmalarına rəğmən özlərinə samballı sponsor tapsaydılar, əminliklə demək olar ki, 1-ci Diviziona düşməyəcəkdilər bu gün çempionatda 10 deyil, daha çox komanda iştirak edəcəkdi. mövsüm liqanı tərk etməyə ən real namizədRəvandır. “Rəvanın isəKəpəzTurandan fərqli olaraq yaxşı sponsora sahibdir. Komandanın əcnəbi məşqçisi, legionerləri, uşaq futbol məktəbi, bir sözlə lazım olan çox şeyi var. ƏgərRəvansonuncu yeri tutsa, gələn il 1-ci Diviziona düşəcəkmi? Maraqlı sualdı. Yəqin ki, yox. Bu, şəxsi fikrimdir. Çünki, belə himayədar hər dəqiqə ələ düşmür. “Rəvanaşağı dəstəyə göndərilərsə, sponsorun kluba indiki vəsaiti ayırmayacağı məlum məsələdir. 1-ci Divizionda bu qədər legionerə, əcnəbi məşqçiyə ehtiyac var? Nəticədə AFFA rəhbərliyinin arzuladığı imkanlı komandanın daha birini itirəcəyik. Yeri gəlmişkən, AFFA-nın İcraiyyə Komitəsinin son iclasından sonra keçirdiyi mətbuat konfransında Rövnəq müəllim gələn mövsümdən Premyer Liqada komandaların sayının artacağına ehyam vurmuşdu. Sonradan bəlkə bu açıqlamanın bir qədər tələsik atılan addım olduğunun fərqinə varan AFFA çempionta marağı artırmaq məqsədilə reqlamentə əsasən sonuncu yeri tutan komandanın 1-ci Diviziona düşəcəyi ilə bağlı açıqlama verdi. Böyükağa Ağayevin təbirincə, “demişəm, deməmiş olum”.

Məsələyə bir qədər fərqli rakursdan yanaşaq – “Rəvanöz gücünə Preymer Liqada qala biləcəkmi? İlk növbədə bu, komandanın özündən Sumqayıtdan asılıdır. Qalan 3 turda bakılılar Bakıdan kənara çıxmayacaqlar. EvdəSimurqla oyundan sonraNeftçinin qonağı olacaqRəvanson turdaBakı qəbul edəcək. Nəzəri cəhətdən hər 3 komandadan xal almaq mümkündür. “Simurqun Avrolqaya vəsiqə qazanmayacağı çoxdan məlumdur. “Neftçiisə böyük ölçüdə Avroliqada iştirak edəcək. Digər tərəfdən son vaxtlar bu komandanın daxilində baş verən neqativ hallar 2-ci yeri tutmaq şansının azalması bir növ çempionata marağı söndürüb. “Neftçinin fikri kuboka yönəlib. Belə bir komandadan xal almaq mümkündür. Həm Rəvankubok qarşılaşmasındaNeftçi məğlub olmamağın mümkünlüyünü sübut edə bilmişdi. QalırBakıilə sonuncu tur. Burada 35-ci turdan sonraBakının vəziyyəti oyunun nəticəsinə böyük ölçüdə təsir edə bilər. “BakısəfərdəQəbələni, daha sonra AZAL-ı məğlub edərək 4- yer uğrunda mubarizədəQəbələilə yarışdan vaxtından əvvəl qalib ayrıla bilərsə, “Rəvanın işləri rəvan olacaq.

Sumqayıta gəlincə, növbəti tur iddiasızXəzər Lənkəranın qonağı olacaq komanda 35-ci turdaQarabağla qarşılaşacaq. HansıQarabağla, çempion, yoxsa çempionluğa namizəd? Bunun böyük əhəmiyyəti var. Əgər ağdamlılarSumqayıtla oyuna kimi çempionluğu rəsmiləşdirsələr, onda sumqayıtlılar hansısa nəticəyə ümid edə bilərlər. Əks təqdirdə, xal qazanmaq mümkünsüz görünür. Sonuncu turda isə bu komandaQəbələilə qarşılaşacaq. Özü səfərdə. Buna baxmayaraq, çətin ki, “Sumqayıt” 1-ci Diviziona düşsün. Həm nəticə, həm day-day baxımından.

Artıq yeni mövsümAraz Naxçıvanın Premyer Liqada çıxış edəcəyi dəqiqdir. Naxçıvanlılar son tur bu vəzifənin öhdəsindən vaxtından əvvəl gələ bildilər. Bayaq da qeyd etdiyimiz kimi gələn mövsümdən yüksək dəstədəRəvanSumqayıtda daxil olmaqla 12 komandanın mübarizə aparacağı gözlənilir. 12-ci komanda kim olacaq? Bax, bu suala cavab tapmaqda bir qədər çətinlik çəkirəm. Həmin komanda 1-ci Divizionda 2-ci yeri tutan da ola bilər, başqa birisidaha yaxşı sponsora malik olan da.

Mil-Muğanyın yaranmasını yada salın...

İlqar TAĞIYEV


“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail