Anar Məmmədovun ulu öndərin xatirəsinə həsr olunan ən bərbad turniri barədə - YAZI

11.06.2014 | 11348 dəfə oxunub

Ötən həftə Azərbaycan Qolf Federsiyası Quba Qolf Klubunda turnir keçirdi. Özlərinin beynəlxalq dedikləri bu turnirdə iştirak edən iştirakçıların adları isə heç it dəftərində də yox idi.        Hələ buna keçməmiş bəzi mətləblərə toxunum...

Heç vaxt nə qolfa baxmışam, nə də oynamışam. Bu dəfə çox maraqlı gəldi. Fikirləşdim, Qubaya gedəcək digər iki həmkarımla ora yollanıb, bu idman növüylə də yaxından tanış ola bilərəm. İnsafən demək lazımdır, Qubaya getmək üçün təşkilatçılar çox yüksək səviyyədə nəqliyyat vasitələri ayırmışdı və gediş gəliş olduqca rahat oldu. Əsas məsələ isə gediş və gəlişdə yox, bu gedişlə gəliş arasında olan zaman kəsiyində baş verənlərdə idi.

Qubaya çatdıq, jurnalistlər üçün yaxşı olmasa da, həmin an üçün sərin hava şəraitini nəzərə alsaq, normal press-zona təşkil edilmişdi. Yemək-içmək də öz yerində. Özünə qulluq elə, işini gör.

Açılış – daha doğrusu rəhbər şəxslərin çıxışı üşün münasib olmayan  yerə qurulan tribunadan ilk çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov oldu. Məhz hörmətli Məmmədovun çıxışı zamanı bəndəniz bildi ki, bu turnir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilibmiş. Elə bu yerdə deyək ki, turnirin keçirildiyi gün – iyunun 6-sı nə mərhum liderin doğum gününə təsadüf edirdi, nə də vəfat. Yəni  ümummilli liderin xatirəsinə həsr olunan bir turnirin zaman seçimi belə anormal idi.

Məmmədovun çıxışından sonra açılış oldu və adları it dəftərində belə olmayan iştirakçılar əllərinə “dəyənək” alaraq başladılar balaca qolf topların dərə aşağı, dərə yuxarı vurmağa. Nə var, nə var, axırda bu şaybanı aparıb salacaqlar o blaca deşiyə. Elə o zaman anladım ki, çox mənasız idman növü imiş.

Günorta çatmışdı, namaz vaxtıydı. Bunun üçün isə dəsdəmaz almaq gərəkirdi və təharətlə su lazım idi. Həmin an üçün ərazisində olduğumuz “Rixsos” otelin az qala hər metrində xüsusi geyimli mühafizəçilər dayanırdı. Dəsdamaz almaq üçün məndan başqa digər 3 həmkarımla bir neçə obyektə yaxınlaşsaq da, bizi tualetə buraxan olmadı. Hər cəhdimizdə bizi tualetə buraxmadılar. Dedilər, nazir oğlu burdadı, içəri  girmək olmaz. Həmin an, həmin qoruyucuları başa sala bilmədim ki, mənim nazir oğluyla heç bir işim yoxdu, işim ehtiyacımı yerinə yetirmək üçün tualetlədir. Ancaq danışığımdan ətrafdakı kor qızların gözü açıldı, lal balalar dil açıb danışdı, bu zırrama mühafizəçilər qanmadı ki, qanmadı. Otel ərazisin dolaşaraq bir balaca obyektdə - uşaqlar üçün olan restoranda təharət tapıb, dəsdamaz ala bildik. Buna da şükür deyib namazımızı nəhayət ki, qıldıq. Şükürlər olsun!

Ən maraqlısı isə o idi ki, o boyda “Rixsos” oteldə bizə namaz qılmaq üçün kiçik bir otaq da vermədilər.

Səbəb?: “Nazir oğlu burdadı”

Etiraz: “Ay qardaş, heç kim Allahdan üstün deyil”

Cavab: “Qardaş, bizə belə göstəriş verilib, vəssalam!”

Nə isə...

Dönürük press-zonaya. İçməyə su qurtarıb, təlabat var, su yoxdu. Qarşı tərəfdəki ofisantlara yaxınlaşırıq su və ya çay içməyə.

- Qardaş, ödənişlidir. Əvvəlcədən deyək, biləsiz.

- Çay neçəyədir?

- Bizim pulla 2 manat, dollarla 5 dollar.

- Bəs “Red bull”?

- 7 manat.

- Qaqa, biz burada otelin qonağı yox, tədbiri işıqlandırmaq üçün dəvət olunan jurnalistlərik. Yəqin ki, bizə ödənişli olmaz.

- Yox, bizə deyilib ki, filan adamlardan başqa hamıya ödənişlidir.

De qal susuz, sənə qolf lazımdır? De öl burda susuzluqdan...

“Möhtəşəm turnirin” bağlanış mərasimi saat 19:00-da oldu. Ən pisi isə o idi ki, saat 19:00-a qədər bizi qapı önündə gözlədib, başımıza gün döyməyin sey edən qoçular, düz saatın tamamında jurnalistləti içəri buraxdı. Və içməli sular (təbi ki spirtsiz içkilərdən söhbət gedir) yenə ödənişli idi.

Bəndəniz üçün ən maraqlı hadisə qalibin adı açıqlanan zaman oldu. Yanımda bir uzunsaç türkiyəli dayanmışdı. Bu kişini heç açılışd da görməmişdim. Qalibin adı elan olunanda yanımdakı kişi dik atıldı: “Vay anasın satıyım lan, şampion ben olmuşum”.

Özü belə inanmırdı...

Tədbirdən sonra isə Anar Məmmədov sosial şəbəkədə bu turnir barədə o qədər ağız dolusu yazıb ki... öldüm lap gülməkdən. Anar bəy, nəqliyyat qoçularının bənzərlərini biz turnirdə gördük. Müsəmançılıqların kənara qoyub sizin turniri işıqlandırmağa gələn jurnalistləri tualetə qoymayacaq qədər (özdə harda, “Rixsos” oteldə) gerizəkalıydı sizin adamlar. Başqa iradlarımı da yuxarıda az da olsa yazmışam.

Hörmətli nazir oğlu elə düşünür ki, başına 4-5 gülüş ustası yığmaqla adın ulu öndərin xatirəsinə həsr olunan turnir qoyub bir dambıltı keçirməklə özün dövlət başçısına reklam edəcək. Amma əmin olun ki, yuxarıda sadaladığım biabırçılıqlardan sonra bu turnir ulu öndərin xatirəsinə həsr olunmuş ən pis turnir kimi tarixə düşdü.  

Siz bundan sonra turnir keçirməmişdən əvvəl jurnalistlər üçün tualet məsələsin həll edin, sonra işə başlayın.

P.S. Fotolardan da görürsüz ki, qonaqlar arasında bir neçə tanınmış gülüş ustası var. Həqiqətən bu turnir elə onlar üçün idi. Gülməli turnir.

P.S.S. Yəqin aşağıdakı fotolarda iştirakçıların nə qədər cavan olduğunu da görürsüz!

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.11.2017

02:13  PSJ - “Seltik” - 7:1 VİDEO

22.11.2017

20:08  "Qarabağ" - "Çelsi" - HEYƏTLƏR

02:37  APOEL - “Real” - 0:6 VİDEO

21.11.2017

20.11.2017

16:11  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

13:42  Morata niyə belə edir? - FOTO

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 1 1 17:4 25  
2. Zirə 11 7 3 1 19-8 24  
3. Qəbələ 11 7 1 3 16:11 22  
4. Sumqayıt 11 5 1 5 14:15 16  
5. Neftçi 11 4 1 6 12-11 13  
6. Səbail 10 3 0 7 6-16 9  
7. Keşlə 11 2 2 7 8:17 8  
8. Kəpəz 11 2 1 8 7-17 7  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10Keşlə 0-2Qarabağ
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ