ƏLİŞƏ ATAM DEYİRDİN, BƏ NOOLDU ?

31.07.2014 | 9218 dəfə oxunub

Bu dəfə növbə “QIRMIZI ÖKÜZLƏR”in idi ki, “KÖHLƏN ATLAR” onu da tapdalayıb keçdilər. Hələ bir həftə bundan qabaq “Zalsburq”u əfsanə edib, futbolçularını demirəm, komandanın az qala masajçısını belə qəhrəmana döndərənlərin kefinə “Qarabağ” elə birinci dəqiqədə “soğan doğradı”. “Qarabağ” Tofiq Bəhramovda, “Bavariya”ya 3 qol vuran, nə bilim behmankəsə 5 qol vuran “Zalsburq”u əzib keçdi. Bundan sonra səfər oyununda hesabın necə olacağından fərqli olaraq “Qarabağ” “Zalsburq”un alnına möhür vurub yola saldı, həmçinin Azərbaycanın reytinqinə 0,250 xal gəldi. “Qarabağ” Azərbaycanın yeganə komandasıdır ki, stadionu dəfələrlə doldurub. Dünən “Tofiq Bəhramov”da iynə atmağa yer yox idi, hələ stadiondan kənarda qalan 5 minədək azarkeşi demirəm. “Qarabağ” bir daha sübut etdi ki, o, daha kiçik bir Azərbaycan komandası deyil, dünya komandaları sırasındadır. Ona görə ki, komandanın “sükanı” etibarlı əllərdədir. Komandanın arxasında sözün həqiqi mənasında “Qarabağ” uğrunda can qoyan, strateji gedişlər edən şəxs dayanıb. Komandanın prezidenti Abdulbari Gözəl bəy, “Qarabağ” təkcə Ağdama aid deyil” deyəndə bundan şou düzəldib reytinq yığanlar, niyə susur görəsən? Ay qardaşım, gəlin səmimi danışaq. Kişi yalan deyir? Ağdam “Qarabağ”ın doğulduğu yerdi, Amma bu komandanın vətəni Azərbaycandır axı. “Qarabağ” Azərbaycanın brendidir. Artıq “Qarabağ” keçib eeeee Biləcərini. Səni Şərqi, Qərbi Avropada tanıyırlar. Ev oyunları rəqib üçün kabusa, cəhənnəmə çevrilib. “Qarabağ” artıq bölgə komandası deyil. Bu bölgəçiliklə hara gedəsiyik? Azərbaycan vətəndaşı olmayan bir insan gəlib sənin ölkəndə komanda yaradıb, onu bütün dünyada məhşurlaşdırırsa, sponsorluq edib kifayət qədər maliyyə resursları yatırdırsa, onu necə qınamaq olar? Belə insanlara başqa dövlətlərdə heykəllər qoyurlar. Heykəl yox ha, heykəllər. Gəlin, düz düşünək. Bizə bir addım yaxın gələnə, bir addım da biz yaxın gələk. Danışanda əlimizi barı vicdanımızın üstünə qoyaq. Sonra bir-birimizin üzünə dik baxa bilək.

İLQAR QULUSOY



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail