Hanı bu yeddi ildə yetişdirdiklərin, Xaqani Məmmədov? - YAZI

28.08.2014 | 7171 dəfə oxunub

Anar Salmanov yeni təyinat alıb. FİFA referisi U-17-lər arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində senyabrın 24-dən oktyabrın 1-dək Latviyada keçiriləcək 5-ci qrupun oyunlarında meydana çıxacaq. Belə baxanda, bu, bir cümləlik xəbər mətnidi. Amma söhbət bir ildi cəzalı olan perspektivli, FİFA-nın 2-ci kateqoriyasına aid olan hakimdən gedir. Hansı ki bu mövsümdən etibarən premyer-liqa oyunlarına təyinat alacağı bildirilirdi.

Anar Salmanovda səbr var, Babək Quliyev olsaydı, çoxdan çıxıb Xaqani Məmmədovun abrını bükmüşdü ətəyinə. Babəkin ən çox işlətdiyi ifadə vardı: kompromat. Əslində Salmanovun kompromatı daha çoxdu, “en” qədərdi. Deyə bilər ki, ay Xəqiş, Ramil Diniyev necə bir il “yatıb çıxdı”sa, mən də “srok”umu çəkmişəm. Niyə premier liqaya qaytarmırsan? Sənin hansı FİFA referin məndən yaxşıdı? Rəhim Həsənov? Yan xətt hakimi Rəvan Həmzəzadənin penalti işarəsinə məhəl qoymayaraq “Araz Naxçıvan”ın qapısına “Qəbələ”nin halal “11 metr”ini (2-ci turun oyunu, 55-ci dəqiqə, Yazalde Pintonun epizodu) verməyən Rəhimlə mənim məlum səhvim arasında nə fərq var? Niyə o 4 turluq cəzalanır, mən qeyri-müəyyən müddətə? Yoxsa daydaylıq etdiyin və mənim yerimə hazırladığın, “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlını meydandan qovan Orxan Məmmədov məndən güclüdü? Top hücumçunun “kontrol”unda deyilsə, qaydanı pozan futbolçunu meydandan qovurlar? Axı Sadıqlı rəqibi aşkar qol vurmaq imkanından məhrum etməmişdi, ay sədr.          

Xaqani Məmmədov kələfin ucunu itirib. Ramin Musayev və Rövnəq Abdullayevin xofudu onu sədr kimi davranmamağa sövq edən. Axı öz əlində deyil səhv edən hakimləri bağışlayıb-bağışlamamaq. Yuxarıdakılara yaxın bir həkimin xahişiylə hansısa cəzalı hakim əfv olunursa, Məmmədov sadəcə, kreslo zəbt edir. Toplanışda olmayan hakimlərə təyinat verən, əksinə, Polşada qan-tər axıdan, zədələnən birinə qarşı haqsızlıq edən komitə sədri ədalət hissini itirib demək ki. Halbuki ədalət təmsilçiləri üçün bu dəyər çox vacibdi.

Sonra da durub deyir ki, lazım gəlsə, hansısa hakimi bir turda iki oyuna göndərə bilərik. Bu, dolayısı ilə hakim qıtlığını etiraf etməkdi. Hətta son turda üç oyun olmasına baxmayaraq, heç birində 6 hakim görmədik. Yəni bu, təsadüfi deyil. Ancaq adam çəkinmir bu sualı eşitməkdən: 7 ildi komitəyə rəhbərlik edirsən, hanı yetişdirdiklərin? Hər il bir hakim ortaya çıxarsaydın, indi 7-8 nəfərin ümidinə qalmazdın. Vüsal Əliyev, Fariz Yusifov, Anar Salmanov, Rauf Cabbarov, Ramil Diniyev, hətta arxasında dayandığın Orxan Məmmədov da sənin yetirmən deyil, qəbul edirsən də? Bu şərait nə Əli Hüseynova, nə Murad Məmmədova yaradılırdı. Bəs bu iradla necə, razısan?

Bir kiçik yazı üçün 10 sual işarəsi həddindən artıq və ritorik görünə bilər. Yaxşı olardı ki, bunlardan bir neçəsini Xaqani Məmmədovun özünə ünvanlayım, cavab alım. Açığı, bu yaxınlarda AFFA-ya yolumu salmışdım, hətta Hakimlər Komitəsinin otağının qarşısında da dayandım. Ancaq içəridən eşidilən nərd səsindən sədrin məşğul biri olduğunu anladım.

MİRAĞA, “Futbol +”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail