«Neftçi»nin Kikboks intizamı

03.06.2011 | 13940 dəfə oxunub

Tahir Süleymanov nə qədər desə ki, «Neftçi» «Dianmo»nu keçəcək... Yox bu sözlər artıq keçmişdə qalıb. Görün «Neftçi»ylə «Dinamo»nun oyunlarının üstündən neçə gün keçib? Həmin oyunlara yenidən qayıtmaq, köhnə yaraları təzələmək düzgün sayılmaz. Olan oldu, keçən keçdi.Amma bu oyunlar deyil, nəticəylə bağlı müəyyən məqamlara toxunmaq yerinə düşməlidir. «Neftçi»nin özündən qat-qat güclü olan «Dinamo»ya uduzması bir daha onu göstərdi ki, arxada qalar və çempionluqla nəticələnən mövsüm ərzində baş məşqçi Arif Əsədov komandada sadəcə formallıq yerinə yetirib. Adi bir məqam: DÇ-2014-ün püşkatması zamanı Xorvatiya millisi Avropanın ən güclülərinin yer aldığı birinci səbətdə idi (İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan). Biz isə dördüncü səbətdə idik (Ermənistan, Finlandiya, Estoniya, Kipr, Latviya, Moldova, Makedoniya, AZƏRBAYCAN, Farer adaları). İki ölkə futbolu arasındakı səviyyə fərqini gördüz? Amma bunlar «Neftçi» «Dinamo»ya məğlub oldu deyə Arif Əsədovu komandadan uzaqlaşdırdılar. Sanki Bakı klubu yoldan ötən erməni klubuna uduzubmuş kimi. Hələ Əsədov «Neftçi»yə gələndə yazmışdıq ki, Arif bəy ayağını yorğanın çox kənara çıxardı. Amma klub başbilənləri buna məhəl qoymurdu. Üstəlik, ünvanımıza «gözləri götürmür» də deyirdilər. Düzünə qalsa, doğru addım atdılar, çünki Əsədov hələ o səviyyəli məşqçi deyil ki, «Neftçi» kimi bir klubu idarə etsin və komandaya çempionluq qazandırsın. Necə ki, klub rəhbərliyi də son addımı ilə rəsmi şəkildə sübut etmiş oldular ki, çempionluğu «Neftçi»yə Arif Əsədov yox, rəhbərlik qazandırmışdı. Bu, «Neftçi»nin çempionluğu necə qazanmasını aşkar edən məqam idi. Qaldı komandanın hazırkı durumuna, burada da ürəkaçan vəziyyət yoxdu. Yeni baş məşqçi Böyükağa Hacıyevin oyununu, «Bakı» və «Standard»da oynatdığı futbolla müqayisə etsək görərəik ki, heyətdə bir çox oyunçular dəyişməlidir. Ümumiyyətlə, «Neftçi»yə bir çox oyunçular komandadan getməlidir. Emil Mpenza, Bahadır Nasimov, Slavko Georgiyevski, Rodriqinyo, Elman Baxşıyev, Elessandro kimi futbolçulao avropada qarşısına böyük məqsədlər qoyan komandaya heç bir xeyir verə bilməz. «Neftçi»li futbolçuları qalır zorla oynatmaq. «Dinamo» ilə istər səfər, istərsə də Bakıdakı oyunda dəqiqələri öldürməklə məşğul olan futbolçular indi qarşılarında Böyükağa Hacıyevi görəcəklər. Sərt intizamı ilə diqqət çəkən Hacıyev üçün hansısa futbolçunu komandadan qovmaq da çətin məsələ deyil. Üstəlik, komandaya Güloğlan Cabbarovu da gətiriblər. Güloğlan cavan oğlandı, idmançıdı. Kikboksçu olan Cabbarov üçün «Neftçi»də əzişdirilməyəcək futbolçu yoxdu. Onu da bura bş yerə gətirməyiblər ki, futbolçuların gözunu «qırmalı», onları «burcutmağa» qoymamalıdır. Maraqlıdı, görəsən Güloğlan Cabbarovun «Neftçi»də əzişdirdiyi futbolçu kim olacaq?

Elnur Qaracalı


  #4   Adınız: R A B O;   E-mail: ---

22.08.2011 00:34

gULOQLAN kimdir ki futbolcu sa ezisdirsin. Bu olkenin sahibi
hele olmeyibki her yoldan oten istediyi yerde at oynatsin

  #3   Adınız: Sadiq;   E-mail: ---

22.08.2011 00:33

Guloqlan yaxsi oqlandi. Edeb erkanina da soz ola bilmez.
Onunla isiniz olmasin!

  #2   Adınız: Gulu;   E-mail: ---

22.08.2011 00:33

Ä°nanin mene Gulu ilk olaraq Ele haciyevle dalasacaq

  #1   Adınız: Aqshin;   E-mail: [email protected]

06.08.2011 19:38

Gerek ele Guloglan Neftcide olan iki yaltagi Tahir Suleymanov ve Elnur Eshrefoglunu ezishdirsin

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail