Tərlan Əhmədov, molla lazımdı, molla!..

21.09.2014 | 6334 dəfə oxunub

Tərlan Əhmədovu tanıyırsız. Yəqin, millidəki çıxışıyla daha çox. Sayca tülkünün şələquyruğundakı tüklərin sayından azca az klubda oynayıb Əhmədov. O vxtlar Tərlan Əhmədov millidə öz qapımıza vurduğu qollarla üznü olmuşdu. Daha çoxda “avtoqol Tərlan” kimi. Rəqib komanda qapımıza qol vurmağa əziyyət çəkdiyin an, Tərlan ortaya çıxar, bir avtoqolla işi həll edərdi. Elə buna görə də, hələ də Əhmədova “avtoqol Tərlan” deyənlər az deyil.

Tərlan Əhmədov futbolçu kimi Azərbaycan futbolunda avtoqolu gətirdi. Məşqçi kimi isə mollalığı. Bir şey başa düşmədiz? Xırdalayım da sizing üçün…

“Avtoqol Tərlan” hələ “Olimpik Şüvəlan”da oynadığı zaman komandanı məhz onun hazırladığı, hazırlaşdırdığı bildirilirdi. Ona görə də, o vaxt bu komandanın baş məşqçisi Əskər Abdullayev olsa da, faktiki olaraq işi “Avtoqol Tərlan” görürdü. O zamanı xatırlayanların yadına yaxşı düşər. Qəzetlərdə də  yazılırdı. “Olimpik Şüvəlan”ın “Şəfa”da keçirdiyi hər ev oyununda, bir çox hallarda isə səfər qarşılaşmalarında da tribunada bir neçə molla əyləşirdi. Deyilənlərə görə, o vaxt bu mollalar cadu edir, “Olimpik Şüvəlan”ın qələbəsin “sıxırdılar”. O vaxt bum olla əmilərin stadiona məhz Əhmədovun istəyiylə gəldiyi söyləntiləri səngimirdi.

Nədənsə, Əhmədov “Neftçi”də məşqçi və ya baş məşqçi işləyəndə bu mollacanları stadionda görmədik. Yəqin, Hacı Sadıqın qorxusundan Əhmədov buna cürət etməyib. Hacı Sadıq din adamıdı, belə xürafata icazə verməzdi…

İndi Tərlan Əhmədov AZAL klubunda baş məşqçidir. Mətbuat yazır ki, klub daxilində Tərlanın “torbasın tikirlər”. Belə baxanda, orda tikilməli heç nə yoxdur. AZAL uğurlu çıxış etmir ki, məşqçini də gözlər götürməsin… Bu komanda 5 oyuna 7 xal yığıb ki, bu fiaskodur. Yol üstə olan adama da torba tikmək olar? Və ya bu hansı başdan bozuğin fikridir?

Bir tamaşda deyildiyi ki, işləri yamanca fırıxdı…

Tərlan müəllim, inan, düzəlməyəcək. Əhmədov, işlərin yaxşı getməsini, ən pis halda bu AZAL-ın keçmiş adı “Olimpik Şüvəlan”da olduğu kimi getməsini istəyirsizsə, üz tutun mollacanlara. Uğur istəyirsizsə, mollaya ehtiyac var. Molla lazımdı, Əhmədov, molla!..

XAQAN!

 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

17.01.2018

16.01.2018

15.01.2018

14.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ