AÇ-2016-a iddialı millimiz Xorvatiyada "dama-dama" oldu - YAZI

14.10.2014 | 8545 dəfə oxunub

Millimizin növbəti faciəsi Xorvatiyanın Osiek şəhərində yaşandı. Meydan sahiblərinə darmadağın olan yığmamız, bununla növbəti fiaskosuna imza atmış oldu.  Yəqin, bu biabırçılıqdan sonra Berti Foqts AÇ-2016-nın final mərhələsinə iddiasından əl çəkər. Hər halda, alman mütəxəssisin özü də yaxşı başa düşür ki, Azərbaycan seçməsinin Avropa Çempionatında iştirak etməsi sadəcə xəyaldı. Və Foqts onu da bilir ki, artıq bu xəyallar içində "boğulmaq" üzrədi.

Oyunboyu meydanda mübarizə aparmayan yığma komandamıza bu hesab da azdı. Hər halda, xorvatlar qapımıza 10 qol vursaydı təəccüblənməzdim. Sadəcə olaraq, meydan sahibləri buna ehtiyac duymadı. Təbii ki, millinin belə rüsvay olması, ilk növbədə heyətlə bağlıdı. Lazımsız futbolçuları yığmaya dəvət edəndə, nəticə də belə olmalıdı. Ya Foqts bizi ələ salır, ya da o, Premyer Liqamızda izlədiyi 1-2 oyunu gözü bağlı seyr edir. Bu gün milliyə hava su kimi lazım olan oyunçuların yığmada olmaması üzücüdü.

90 dəqiqə ərzində zəif çıxışıyla yadda qala Kamran Ağayevi tanımaq olmurdu. Sanki bu qapıçı təcrübəli yox, gəncdi. Görünən odur ki, Ağayev ideal formasından xeyli uzaqdı. Belə olan halda, nəyə görə onu milliyə cəlb edirlər, anlamıram.  Ümumiyyətlə, bu matçda müdafiə xəttimizin bərbad olması açıq-aşkar sezilirdi. Millimizin kapitanı Rəşad Sadıqova gəlincə, onsuzda Rəşad milli üçün əlindən gələni edib. Təbii ki, vaxtında. Ancaq indi onun elə yaşıdı ki, əvvəlki kimi oynaya bilməz. Mən belə düşünürəm ki, bu vaxtadək böyük hörmət qazanan Sadıqov millidən öz istəyiylə getsə, daha yaxşı olar.

"Qarabağ"ın heyətində Avroliqada adından söz etdirən İlqar Qurbanov, meydanda olduğu bütün oyunlara canını qoyan Əfran İsmayılov, cinahdan cərimə meydançasına etdiyi asmalarla təhlükə yaratmağı bacaran Mahir Şükürov, Rusiya ilə oyunlarda fərqlənən Vaqif Cavadov və sairə... Hardadı bu futbolçular? Nəyə görə Berti Foqts sözügedən oyunçuların xidmətindən yararlanmaq istəmir? Bu futbolçulardan hansı hazırda millidə yer alan oyunçulardan zəifdi? Təbii ki, heç biri. İlqar da, Əfran da, Mahir də, Vaqif də yığmada olsaydı, hər şey fərqli ola bilərdi. Çünki bu futbolçular meydanda əzmlə mübarizə aparırlar. Daha düşünmürlər ki, 90 dəqiqəni yola verək.

İnanıram ki, bu biabırçılıqdan sonra Berti Foqts istefa verəcək. Milli komandanı yerli məşqçi çalışdırsa, bəlkə nəticəmiz də olar. Elə götürək, Qurban Qurbanovu. "Qarabağ"a rəhbərlik etdiyi vaxtdan uğurlara imza atan, Ağdam klubunu 3-4 dəfə Avrokubokların "play-off"una çıxaran və nəhayət bu il Avroliqanın qrup mərhələsinə yüksələn yerli məşqçimizi yığmanın sükanı arxasında görsək heç də pis olmaz. Əksinə, Qurbanov  "Qarabağ"dakı uğurunu milli komandada da davam etdirə bilər. Hər halda gənc məşqçimiz istedadlıdı, öz üzərində çalışandı. AFFA ona şans versə, məncə, peşman olmaz. Ümid edirəm ki, o, millini çalışdırsa, zamanla uğurlu nəticələr əldə edərik.

ELVİN RÜSTƏMOV

  #1   Adınız: ləman;   E-mail: +994556742292

27.10.2014 10:45

offffff

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.07.2017

26.07.2017

10:25  "Sumqayıt" yenə uduzdu VİDEO

10:06  "Qarabağ" - "Şerif" FOTOLAR

25.07.2017

20:08  “Qarabağ” - "Şerif" - HEYƏTLƏR

24.07.2017

23:07  "İnter" - "Lion" - 1:0 VİDEO

12:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.07.2017

12:17  "Zenit" - "Rubin" - 2:1 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 28 19 5 4 46:14 62  
2. Qəbələ 28 14 10 4 48:21 52  
3. İnter 28 11 10 7 39:33 43  
4. Zirə 28 10 9 9 29-26 39  
5. Kəpəz 28 9 9 10 24-27 36  
6. Sumqayıt 28 9 8 11 28:35 35  
7. Neftçi 28 9 2 17 24-45 29  
8. AZAL 28 1 7 20 13-50 10  
29.04Kəpəz 1-0İnter
29.04Sumqayıt 2-1İnter
29.04AZAL 0-3Zirə
29.04Neftçi 1-2Qarabağ
01.01 -
01.01 -
09.04 -
09.04 -