Ölkənin ən köklü klubu deyilən "Neftçi": Bir quru addan, iki sınıq-salxaq avtobusdan ibarətdir - YAZI

24.10.2014 | 13756 dəfə oxunub

“Neftçi” klubunda vəziyyət pisə doğru gedir. Stadium.Az xəbər verir ki, bu məsələ nə komandanın çıxışı, nə idarə heyəti, nə də komandayla bağlıdır. Problem klubun bazasıyla bağlıdır. Aldığımız məlumata görə, “Neftçi” klubunun Bakı şəhəri Nobel Prospekti 64 ünvanında yerləşən bazası plana düşüb. Dövlətin istəyiylə Ağ Şəhərin daha yaxşı qurulması yönündə gedən işlər “Neftçi”dən də yan keçməyib. Belə ki, Nobel prospektində olan keçmiş tikililərin çoxu plana düşüb. Yəni o tikililər söküləcək, yerində yeniləri inşa ediləcək.

Aldığımız məlumata görə, artıq bu barədə “Neftçi” klubuna da məlumat verilib.

Onsuzda bu komanda hazırkı bazasından narazı idi. Daha doğrusu komanda daxilindəkilər. Hazırda komandanın bazası ətrafında tikinti işləri gedir. Az qala hər dəqiqə bazanın ətrafında ağır tonajlı yük maşınları dolaşır. Komanda məz burada məşq etdiyindən, futbolçular toz-torpaq içində məşq etməkdən narazıdırlar. Hətta öyrəndiyimizə görə, klubun bazasında qalan futbolçular yatacaq yerlərdən də narazıdır. Belə ki, legioner, hətta yerli oyunçular belə bazada qaldıqları yerlərdən rəhbərliyə şikayət ediblər. Onlar vəziyyətin pis olduğunu bildirərək, bazada qalmaq istəmirlər. Çünki yatacaqları yerdən və otaqlardan narazıdır. Orda qalmaq belə istəmirlər.

“Neftçi” üçün daha əvvəldən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda otel və baza tikilirdi. Ancaq bu tikili də yarımçıq dayandırılıb.

“Neftçi” klubuna sponsorluq edən SOCAR hazırda az qala dünyaya sponsorluq edir. Ancaq sahibi olduğu “Neftçi” maliyyə girdabında çabalıyır. Klubun bazası sökülür, yenisinin tikilməsi təxirə salınıb, daha doğrusu yarımçıq dayandırılıb. Komandaya normal olaraq maliyyə vəsaiti belə ayrılmır. Bu səbəbdən də "Neftçi" transfer bazarında olduqca passivdir. Ölkəyə səviyyəli futbolçular gətirməklə Avropa Liqasına vəsiqə qazanan “Neftçi”nin pulunun kəsilməsiylə, bu komandanın enişə qədəm qoyması bir oldu. Maraqlıdır ki, hazırda bu komandanın U-12 komandası yarışlara getməyə belə normal avtobus tapa bilmir. Klubun prezidenti hazırda əsas komandanı zorla narazı salır. Çünki SOCAR bu komandaya qarşı simiclik edir. Cəfasın isə "Neftçi" rəhbəri çəkir.

Ən maraqlısı isə odur ki, “Neftçi”nin balansında klub olaraq yalnız iki avtobus var. Ölkənin ən köklü klubu şəxsi olaraq 2 avtobusdan ibarətdirsə, həqiqətən bu ölkənin futbolunda olan inkişafdan danışmaq absurddur. “Neftçi”nin  sahibi olan SOCAR 1 milyar dollar xərcləyib stadion tikdirir, amma 1 milyon dollar xərcə düşüb bu komandaya normal məşq meydançası hazır etməyi özünə qəbahət bilir. Boş yerə inkişafdan danışmağa nə var ki...

“Neftçi”nin nə stadionu, nə bazası, nə məşq meydançası var. “Neftçi” bir quru addan, iki avtobusdan ibarətdir. Ölkə futboluna cavabdeh şəxs, AFFA prezidenti və “Neftçi”nin əsl sahibi Rövnəq Abdullayev görəsən, bu barədə düşünübmü? Rövnəq müəllim, vaxt olanda bu dəvəsi ölmüş ərəb olan “Neftçi”yə də gün ağlamaq barədə çox yox, 10-ca dəqiqə vaxt ayırın. Ölkənin ən köklü klubuna az da olsa infrastruktur yaradılması barədə də düşünün.  

Vüsal BƏBİRLİ



  #1   Adınız: neftci;   E-mail: ---

25.10.2014 09:21

rovneq komandayla arada maraqlan

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail