Tək-tək "Qarabağ"!..

24.10.2014 | 6553 dəfə oxunub

Azərbaycan futbolunun halı o qədər acınacaqlıdır ki, Avropada azarkeş qazanılan qələbəyə adi hal olduğu üçün sevinmədiyindən, biz bunu toy-bayram edirik. Necə deyərlər, kaş həmişə toy bayram olsun elə. Amma bizdə bu toy-bayramlar daimi olaraq şadlıq evində zağara-zurnayla olur. Futboldakı bayramlarımız izə tək-tək, ayda, ildə bir dəfə olur. Bu tək-tək qələbələr arasındakı müddət isə o qədər uzun olur ki, həsrətdən saçlarımız ağarır. Bu tək-tək qələbələrə göz sevinc yaşı axıtdığımızı unuduruq. İnsafsız futbol bu sevinci bizə tək-tək, ildən ilə yox, illərdən illərə yaşadır. Bu müddətdə qələbə həsrəti isə ürəyimizdə dərd olur. Bitməyən günlərdə isə qələbə həsrətiylə tək-tək, təkbətək qalırıq. Qələbələr uzandıqca azarkeşlərimiz də futbolumuzu tək-tək tərk edir.

Az qalsın... amma ötən gecə “Qarabağ” sonuncu könül quşalrımızın da ürəklərdən tək-tək uçmasına izn vermədi. “Qarabağ” dost qapılarını ötən gecə tək-tək döydü, onları sevindirdi.

“Qarabağ”ın bu il Avropa Liqasının qrup mərhələsinə düşməsinə hamı sevinirdi. Ancaq bu hissi ilk dəfə yaşamırdıq, ona görə də bəndəniz üçün böyük əlamətdarlıq deyildi. Ancaq Ukraynada – Kiyevdə “Dnepr”i udmağın ayrıca ləzəti, sevinci oldu. “Qarabağ” bizə bir ilki yaşatdı, bizi sevindirdi, bizi sevincə qərq etdi... o qədər yazmaq olar ki, bu sözlərdən. Nə qədər yazsaq da azdır. 90 milyon büdcəsi olan komanda üzərində səfərdə qazanılan bu qələbənin hər saniyəsi təmiz azarkeş üçün bir kilo qızıla bəraəbərdir desəm, heç də səhv etmiş olmaram. “Qarabağ” ötən gecə könül dünyamızı xoşhal etdi. Yaxşı ki, varsan “Qarabağ”, var ol “Qarabağ”, buna davam et “Qarabağ”. Amma bizi bu tək-təklərlə baş başa buraxma. Daha tək-tək ağardacaq saçlara zaman ayıracaq vaxtımız yoxdur.Bu qələbələri tək-tək elə, ama daimi et, zamanı illərə aylara dəyişmə. Tək-tək qələbələr ardıcıl olsun. Yaşa “Qarabağ”!

Vüsal GÖZƏLOV

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

22.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ