Elxan Məmmədov Ramin Musayev mübarizəsində PFL nokauta düşür!..

28.11.2014 | 12243 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki yox, Qurban Qurbanov olmalı idi. Təəssüf ki, biz bunu görə bilməyəcəyik. İşi buran isə AFFA-nın baş katibi Elxan Məmmədov oldu. Özü də I vitse-prezident Elşad Nəsirovun əliylə.

İş ondadır ki, Azərbaycan millisi səfərdə Xorvatiyaya 6 cavabsız qolla uduzandan sonra, AFFA prezidenti Rövnəq Abdullayev baş katibdən hesabat tələb edib.  Elxan Məmmədov isə biabırçılıqdan çox məharətlə yararlanıb. Daha doğrusu, bundan öz çıxarları üçün istifadə edib. 
Çox etibarlı mənbədən aldığımız xəbərə görə, baş katib prezidentə təqdim etdiyi hesabatda məğlubiyyətin əsas səbəbkarı kimi PFL prezidenti Ramin Musayevi göstərib. Bildirilib ki, millidə bəzi futbolçular var ki, onlar radikal dini qruplaşmanın üzvləridir və bilərəkdən məğlub olublar ki, Foqts yola salınsın, yerinə Qurban Qurbanov gətirilsin. Bu dairəyə isə PFL prezidenti Ramin Musayev başçılıq edir. Dolayı yolla, Elxan Məmmədov və  Ramin Musayevi məlum radikal dini qruplaşmanın Azərbaycan millisində olan futbolçu üzvlərinin havadarı kimi göstərib. Məmmədovun bu hesabatına Elşad Nəsirovla Rauf Əliyev də dəstək verincə, Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi olma müzakirəsi birdəfəlik bağlanıb. 
Baş katib Elxan Məmmədov görməyə gözü olmadığı Ramin Musayevə bu məsələdə böyük zərbə vurub. 2 qola bərabər zərbəylə hesabı öz xeyrinə dəyişib. Məmmədov elə bununla da Azərbaycan futboluna Ramin Musayevdən daha lazımlı olduğun AFFA prezidentinə isbatlayıb. Təbii ki, cənab prezident də bunu qəbul edib. Əks halda, AFFA-nın birbaşa nəzarəti altında yeni Klublar Komitəsinin yaradılmasına razılıq verməzdi. Bu komitənin yaradılması üçün AFFA başkanını razı salan Məmmədov, Musayevə ikinci zərbəni vurmuş oldu. Çünki Klublar Komitəsi birbaşa PFL-ə alternativ olaraq təşkil edilib. Əgər çempionatın təşkili PFL-ə aiddirsə, bu komitə nəyə lazım idi? Elxan Məmmədovun özünün yeni komitəsi üçün nizamnamə hazırlaması və buna AFFA prezidentinin razılıq verməsi, PFL-in uzun görünən ömrünün qısaldığından xəbər verir. Necə deyərlər, artıq Əzrail yola çıxıb. Yaxın zamanlarda PFL-in səlahiyyətləri yavaş-yavaş alınaraq Klublar Komitəsinə veriləcək. Bununla da yaşamaqda olan PFL şam kimi əriyəcək. Sonda heç bir səlahiyyəti qalmayan Ramin Musayev özü məcbur olub bu vəzifədən gedəcək. Hər halda, federasiyaya yaxın və bu işlərin içində olan mənbəmiz belə düşünür. Zatən hadisələrin axarıda elə bundan xəbər verir. Çünki klubların tabe olduğu bir qrum varsa, ikinciyə mheç bir ehtiyac olmamalıdır. Əgər ikincisi yaradılırsa, deməli,   bu addım birincinin vurulmasına hesablanır. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail