İnternatsional şüvənlik

21.08.2011 | 10089 dəfə oxunub

Dünən Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilən "İnter" - "Bakı" matçı qalmaqalla başa çatdı, amma oyun yox, məhz qalmaqalla.

Oyunun 90-cı dəqiqəsində «İnter»in qapıçı Georgi Lomaya «Bakı»nın hücumu zamanı rəqib komandanın üzvü Nurlan Novruzovu təpiklə vurdu. Referi isə qapıçıya qırmızı vərəqə göstərərək, bunu penalti kimi dəyərləndirdi. Bundan hiddətlənən «İnter» rəhbərliyi isə komandanı meydandan çıxardı. Bununla da oyun yarımçıq dayandırıldı. «İnter»li futbolçular, klub rəhbərliyi bunu çox çivil yolla da edə bilərdi. «Bankirlər» hakimin qərarına etiraz olaraq (həmin epizoda görə etiraz gülməli səslənsə də, bu onların haqqıdır), oyunu yarıçıq tərk edə bilərdilər. Amma «İnter»li futbolçular, xüsusən də Baçana Tsxadadze, Valeri Abramidze, Georgi Lomaya, baş məşqçi Kaxaber Tsxadadze rəqib komandaya, hakimə, stadionun asayişini qoruyan polis əməkdaşlarının ünvanına həddindən artıq nalayiq ifadələr işlədərək, onları təhqir etdilər.

Bu hadisə bir daha göstərdi ki, sahibi azərbaycanca normal danışa bilməyən, prezidenti bolqar olan, düşərgədə isə ümumiyyətlə, azərbaycanca danışılmayan «İnter»in bu ölkəyə və futboluna heç bir aidiyyatı yoxdur. Çünki onların az əvvəl meydanda etdikləri təkcə rəqib futbolçulara, hakimlərə, polislərə deyil, oyunu televiziyadan izləyən hər bir azərbaycanlı üçün təhqir idi. Onlar isə bunu etməkdən çəkinmədi, üstəlik, hər kəsə də hədə-qorxu gəlirdilər.

Mehdi


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail