“Kəpəz”: ağa ağ, qaraya qara

28.08.2011 | 10549 dəfə oxunub

"Bakı" ilə qarşılaşma mənə ötən əsrin 90-cı illərinin "Kəpəz"ini xatırlatdı. Meydana yalnız qələbə qazanmaq üçün çıxan komandanı. Əfsanəvi "Kəpəz"i. Hansı ki, həmin dönəmdə Mourinyo, Arsen Venger, yaxud Foqts bu məmləkətdə hansısa komandanı çalışdırsaydı belə, Gəncə təmsilçisini yenə bilməzdi.
"Bakı" qarşısındakı "Kəpəz" mənə uşaqlıq illərimi xatırlatdı. Hansı ki, o illərdə nə jurnalistikadan başım çıxırdı, nə sonradan ixtisas olaraq seçəcəyim tarix fənnindən, nə də futboldan. Futbola baxırdım, amma meydanda izlədiyimin yalnız oyun olduğunu dərk edirdim. Bundan artığından anlayışım yox idi.
"Bakı" qarşısındakı "Kəpəz" mənə Rza Məmmədovu xatırlatdı. Gəncə camaatının sevimli ağsaqqalını, şəhərin xeyirhaq sakinini. Allah ömür versin, kişi vaxt var idi Gəncə futbolundan qəpik əsirgəməzdi.
"Bakı" qarşısındakı "Kəpəz" mənə Xanlar Fətiyevi xatırlatmadı. Çünki gözümün önündə idi, matçı canlı seyr edirdi. Yaxın ətrafı ilə birlikdə vurulan hər qola ürəkdən sevinirdi. Baxmayaraq ki, gəncəli deyil, amma Gəncə futboluna çox şey qazandıran insan kimi günbəgün ona hörmətim artır.
"Bakı" qarşısındakı "Kəpəz" mənə əfsanəvi "Kəpəz"in baş məşqçisi, saç-saqqalına o zamanlar dən düşməyən Mehman Allahverdiyevi xatırlatdı. Fuad Musayev kimi insafsız şəxsin öhdəsindən gələn Allahverdiyevi. İndiki komandanın baş məşqçisi də Allahverdiyevlərdən böyüyünü. 
Məğlub komanda tənqid olunar, qalib komanda təriflənər. Baş məşqçi kimi Allahverdiyev də komandası məğlub olanda tənqid olunur, qalib gələndə isə təriflər qəbul etməyə başlayır. Bu təbiidi.
"Bakı"nı biabırçı şəkildə məğlub edən, özü də səfərdə məğlub edən komandanın baş məşqçisi təriflənməlidi. Azı ona görə ki, "Kəpəz" rəqibini məhz taktikada məğlub etdi. Starkovsun yaradılan şərait qarşısında verdiyi sözü tutmaması fonunda Mehman Allahverdiyevin ünvanına səsləndirilən tərifin "dozası"nı bir qədər də artırmaq lazımdı. Çünki Allahverdiyev məhz Latviya yığmasının baş məşqçisini zəka döyüşündə məğlub etdi.
Qələbəyə layiq idilər. Meydana qalib gəlmək üçün çıxdıqları üçün. "Bakı"nın psixoloji problemlərdən qurtula bilməməsi "Kəpəz"in işini xeyli yüngülləşdirdi. İlk 10 dəqiqə istisna olmaqla üstünlük məhz qonaq komandada idi. Elçin Məmmədovun qarşılaşmanın sonucuna təsir edəcək heç bir səhvə yol verməməsi azarkeşlərə əsl futbol izləmək şansı verdi. Penalti epizodlarına gəlincə, stadiondan qarşılaşmanı seyr edənlər bu haqda konkret fikir səsləndirə bilməz.
"Kəpəz"in zəfərində baş məşqçisi qədər futbolçularının və Xanlar Fətiyevin də rolu böyükdü. Komanda uğursuzluğa düçar qalınca, transferə yetərincə vəsait ayırmamaqda suçlanan Fətiyevin əslində uğurda rolu hamıdan böyük idi. Çünki "Kəpəz"i cibinə uyğun heç də pis maliyyələşdirmir. 50-60 minlik oyunçular alınmasına izin veribsə, o da böyük şeydi. Axı Gəncə təmsilçisinin məğlub etdiyi komandanın heyətindəki ən ucuz oyunçunun qiyməti "Kəpəz"in ən bahalı futbolçusununkundan təxminən 3 dəfə artıqdı. Bu isə o deməkdi ki, futbolda pul çox şeydi, amma hər şey demək deyil. Futbolçular haqda isə... Unutmaq lazım deyil ki, məğlub "Kəpəz"in də heyəti həmin futbolçulardan ibarət olur. Yəni, komanda qalib gələndə də, məğlub olanda da hər şeyə cavabdeh məhz məşqçilər korpusu və futbolçulardı.
"Bakı"ya gəlincə, sanki tilsimlənmiş olan "zolaqlılar" haqda danışmaq niyyətində deyiləm, çünki budəfəki yazı mövzusu məhz "Kəpəz"di. Ağa ağ, qaraya qara deyilməsinə ehtiyacı olan "Kəpəz".

P.S.Bir daha təkrar edirəm, Mehman Allahverdiyev dostumdu, amma əfsanə deyil. Əfsanə "Kəpəz"di.

RƏŞAD FƏRHADOĞLU


  #1   Adınız: Kerim Babayev;   E-mail: [email protected]

29.08.2011 10:03

Yazilarini oxuyanda mene ele gelir ki konkret sifarisle yazan
yazarlardansan. Inshallah men yaniliram. Fuad Musayeve insafsiz
demeyini anlamiram.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail