Tahir Süleymanovun Sadıq Sadıqovla «mırt» söhbəti

10.01.2011 | 14660 dəfə oxunub

Bir müddət əvvəl, qəzetləri bilmirəm, amma saytlar «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanovun üstünə yaman düşmüşdülər, türkün məsəli. Az qala hamısı Tahir bəydən yazırdı. Düzdü, sonradan bəzilərinin ağzına «reklam» atdı Tahir bəy, susdular, amma susmayanlar var hələ.

rn

Sözün qısası, qurunun oduna yaş da yanır bax burada baş verirdi. Süleymanova görə ara yerdə klubun prezidenti Sadıq Sadıqov da «vurulurdu». Tahir də uşaq deyil ki, böyük götür-qoydan sonra, özündə cəsarət tapır, dərindən nəfəs alıb, köks ötürəndən sonra daxil olur Sadıq müəllimin qəbinetinə. Şirin dilini salır işə (pis çıxmasın). Başlayır yağlı sözlərdən işlətməyə. Deyir Sadıq müəllim, mən istəmərəm mənə görə sizə də zərbə dəysin. Bütün bunların günahkarı mən deyiləm, rüşvətxor mətbuatdı (Tahir deyir a). Hamısı «Neftçi»dən pul (reklam pulu) istəyir, vermirik deyə əvvəl onu, sonra da klubu «vururlar».

rn

Sadıqov da bir kəlmə danışmadan Süleymanovu dinləyir!

rn

Tahir yenə öz işində, danışmağındadır: «Oho, oho, mən dəqiq bilirəm, hamısı İlkin Vaqifoğlunun işidi. Hamısını o öyrədir. Amma inanın ki, mən istəmərəm mənə görə sizə də kimsə nəysə yaxsın. Sizi heç vaxt pis vəziyyətdə qoymaq istəmərəm. Əgər günahkar mənəmsə, istəsəniz istefa verərəm də».

rn

Keçmiş hakim bunları söyləyəndə ümid edib ki, prezident deyəcək «yox qardaşım, getmə qal». Amma Sadıqov ağzını açıb bir kəlmə də danışmayıb. Tahir qalıb iki daş arasında. Ya sözünü yeməməli, istefa verməli, ya da sözünü yeyib qalmalıdır. Klublardan pulu necə almağın lazım olduğunu hakim olduğu zaman çox yaxşı öyərənən Süleymanov vəziyyətdən çıxış yolu tapır. Sadıqovun danışmadığını görən Tahir, sözünə belə davam edib: «eeeee (Sadıqovdan söz çıxmayınca (axı ürəyindəndir Tahir getsin komandadan) bilmir axı nənətəri danışsın) eeee Sadıq müəllim, bax mən istefa verib gedə də bilərəm. Amma sizi pis vəziyyətdə qoyub getmək isəmərəm. Ona görə də burada qalıb sonna kimi sizə dəstək olacam».

rn

Burdan beləsi şərhsiz...

Səttam Hüseynli


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail