Ofisant "Neftçi" rəhbəri

19.04.2015 | 10189 dəfə oxunub

Xalqın komandası hesab olunan “Neftçi” artıq şəxsi klub olub. Çünki AFFA-nın baş katibi Elxan Məmmədov bu komandanı xalqın əlindən alaraq “özəlləşdirib”. Əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbəri olduğu SOCAR tərəfindən maliyələşən “Neftçi” klubu yenə paranı eyni yerdən alır. Para həmin yerdən gəlsə də, “Neftçi”də hökmlər klubda verilmir. Konkret olaraq Elxan Məmmədov bu klubu əlinə alıb.

Rövnəq Abdullayevin simiçkasın oğurlayan Məmmədov, əvvəlcə vitse-prezident Tahir Süleymanovu ordan uzaqlaşdırmağa nail oldu. Yerinə isə öz adamı Elnur Məmmədovu gətirdi. Ardınca isə Müşahidə Şurasın ortaya soxaraq Sadıq Sadıqovu da “Neftçi”dən bir növ kənarlaşdırdı. Hazırda klubda əsas söz sahibi icraçı direktor Elnur Məmmədovdur.

Müşahidə Şurasının kukla prezidenti Çingiz Abdullayev isə hələlik populist çıxışlar etməkdə gündəmdədir.  Bu arada ortada maraqlı bir məqam var.  “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov barədə də bəzi məqamları diqqətinizə çatdıraq. Elnur daha əvvəl AFFA-da işləyirdi. O zaman onun əsas gördüyü iş oyunlar zamanı stadionda “sky boks”larda təşkilati işlər idi. Məmmədov oyunlardan əvvəl qonaqları qarşılayır və “sky boks”larda yerləşdirirdi. Hətta onların qarşısına düzülən təlamları, suları da məhz Məmmədov gətirirdi. Bir növ restorandakı xidmətçi işin yerinə yetirirdi.

İş ondadır ki, “Neftçi”nin taleyi Elnur Məmmədova tapşırılıb. O isə “Neftçi”nin məsul şəxsi olmasına baxmayaraq,  millinin son oyununda da qonaqlara xidmətçi işin yerinə yetirib. Vu azmış kimi, Klublar Komitəsinin iclaslarında da Məmmədov əsasən süfrə bəzəməklə məşğul olub. Görünür, bu “pul yuylan” sahəni diqqət mərkəzində saxlayan baş katib Elxan Məmmədov, “məsuliyyətli” işi öz adamından başqa heç kimə həvalə edə bilmir.

Xalqın komandasının icraçı direktoru “xalxın uşaqlarına” xidmət edir. Çay gətirir, su gətirir, banan, kivi, mandalin, apelsin, alma, armud...

Yəqin, mövsümü gələndə Elnur Məmmədov AFFA-nın qonaqlarına gilas də gətirəcək. Özü də səbətdə. Hələlik səbət ... gilas tökülmür, amma töküləcək. O zaman o səbətin cırıq yerin kim tikəcək? Nə isə...

Həqiqətən bu məqam futbolumuz üçün acınacaqlı məqamdır. “Neftçi”nin icraçı direktoru stadionlarda ofisantlıq edir. Hadi kolay gəlsin... Elnur bəy, kola yox ha, kolay gəlsin...

Pərviz MURADOV

  #4   Adınız: Riad;   E-mail: riadrefi@yahoo.com

20.04.2015 10:41

Ruslan, düz deyirsən qiyamət günü gəlib. Hardan çıxır belə
gədələr anlamıram? Son illərdə ən çox uğur qazanan Neftçi
idi onu da bu günə qoydular

  #3   Adınız: Dünyamalı;   E-mail: eliko@bk.ru

20.04.2015 10:37

Get çayını payla da ay Elnur. sənin Neftçidə nə işin var?
Gərək bildiyin bir işdən yapışasan da.. Zibil gününə
qoyacaqlar e komandamızı

  #2   Adınız: Ruslan;   E-mail: ruslan_84@mail.ru

20.04.2015 09:00

Dunyanin sonu geldi ofisiant Neftcinin rehberidi
axi buna nece goz yumasan....???

  #1   Adınız: Riad;   E-mail: riadrefi@yahoo.com

19.04.2015 20:08

Neftçı Sadıq Sadıqovun rehberliyi altında ən böyük uğurlarını
qazandı. 3 dəfə çempion, 2 dəfə ölkə kuboku yarışının qalibi və
bir dəfə Avropa Liqasının qrup mərhələsi. İnanmıram ki, bu
Məmmədovlar hansısa uğuru qazansınlar. Əksinə komandanı
Sumqayıt kimi bərbad günə qoyacaqlar. Bir azarkeş olaraq
etirazımı bildirirəm

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.05.2017

22.05.2017

21.05.2017

11:20  PSJ – “Kan” – 1:1 VİDEO

20.05.2017

19.05.2017

23:47  İslamiada: Azərbaycan Türkiyəni keçdi - MEDAL SIRALAMASI

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ