Muzeydəki qan izləri

29.04.2015 | 13879 dəfə oxunub

Çingiz Abdullayev yaman bərk gedir. “Neftçi"nin oyunçuları Xalq yazıçısının sürəti ilə ayaqlaşa bilsələr, bəlkə bu mövsüm medaldan-zaddan qazanalar. Dəyərli ziyalımız, dünyaca məşhur qələm adamı “Neftçi"nin Müşahidə Şurasına rəhbər seçiləndən xeyli iş görüb. “Neftçi"nin indiki rəhbəri əzəli rəqibi “Xəzər Lənkəran"ın bazasına da baş çəkib, klubun muzeyini də ziyarət edib, hətta fəxri qonaqlar üçün açılan xatirə kitabına ürək sözlərini yazmaqla da tarixə düşüb. Müasir salnaməçilər deyir ki, bu vaxta kimi “Neftçi"nin heç bir rəhbəri üçün muzeyin qapıları açılmayıb. Yəqin cənublular əzəli rəqibin muzeydəki eksponatlara göz vuracağından ehtiyat ediblər.

Çingiz Abdullayev də Lənkəran səfərindən dönən kimi elə ilk iclasdaca “Neftçi"də muzey yaradılması ilə bağlı göstəriş verib. Yəni o əjdahadan onlarda varsa, bizdə niyə yoxdu? Detektiv əsərləri bütün dünyanı dolaşan yazıçımızın bu təşəbbüsünü dəstəkləyirəm. “Neftçi" muzeylik klubdu, zarafatsız-filansız, vallah, tam ciddi sözümdü. Tarixi Stalin dövrünə gedib çıxır. Gözəlim məmləkətdə minlərlə insan “Neftçi"nin oyununa baxa-baxa böyüyüb, “Neftçi" qalib gələndə sevinib, məğlub olanda kədərə batıb. Elə mən özüm də uşaq olanda bu hissləri keçirmişəm. Özünə və qələminə həmişə hörmət bəslədiyim, qədim dostum, “Futbol+"un baş redaktoru Mahir Rüstəmli demişkən, “Neftçi" başqadu, Yavər...

Muzey işinin təşkili məsələləri barədə azca da olsa təsəvvürlərim var, muzeylərə getməyi də xoşlayıram. Burada və xaricdə belə imkan yarananda fürsəti əldən vermirəm. Ona görə də “Neftçi"yə aid muzeyin hazır olacağını həvəslə gözləyirəm. Nə zaman qapıları açılsa, məmnuniyyətlə ziyarət edərəm. Çingiz Abdullayev bu vacib layihənin üzərində ciddi dayansa, maraqlı bir iş ortaya çıxa bilər.

Qədim “Netçi"nin muzeyində Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Yaşar və Adil Babayevlər, Çingiz İsmayılov, Əhməd Ələsgərov, Ruslan Abdullayev, Sergey Kramarenko, Rəşid Özbəyov, Elbrus Abbasov, Asif Əliyev, Asim Xudiyev, Şakir Qəribov, Vaqif Sadıqov, Səməd Qurbanov, Maşallah Əhmədov, İqor Ponomaryov, İsgəndər Cavadov, Səmədağa Şıxlarov, Əbdülqəni Nurməmədov, Nazim Süleymanov, Yunis Hüseynov, Vidadi Rzayev, Tərlan Əhmədov, Arif Əsədov, Samir Ələkbərov, Qurban Qurbanov, Mahmud Qurbanov, Zaur Tağızadə, Samir Əliyev... kimi insanların klub üçün xidmətlərini əks etdirən eksponatlar olacaq yəqin. Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksələn “Neftçi"nin həmin yarışlardakı oyunları ilə bağlı sənədlərə kim baxmaq istəməz ki? Futbolumuzda iz qoyan Böyükağa Hacıyevin “Neftçi"dəki fəaliyyəti ilə bağlı eksponatlara da tamaşa etmək maraqlı olardı.

Klubun muzeyini yaratmağa məsul olanlar ehtiyac duysalar, onlara kömək əlimi də uzada bilər, məsləhətlərimi əsirgəmərəm. Yazının yuxarı hissəsində xatırlatdığım kimi, bu sahədən azca da olsa məlumatlıyam. Ziyarətçilər üçün daha maraqlı olsun deyə, bəzi addımlar atmaq olar. Şəxsən məndən olsa, muzeyin gözə dəyən bir yerində bu gün də müzakirə edilən “Turan" - “Neftçi" oyunu ilə bağlı eksponat asardım. Bu, həmin qalmaqallı oyunu sona qədər izləməyib Bakıya qayıdan “Neftçi"nin o zamankı rəhbərlərindən biri Tahir Süleymanovun avtomobilinin arxa nömrəsi də ola bilər, Tovuzdan paytaxta qədər yolboyu qulaq asdığı “Qaçaq gedək buralardan" mahnısının diski də.

Güloğlan Cabbarovun kubokun finalında rəqib klubun futbolçusunu döydüyü anı əks etdirən şəkillər muzeyə gələnlərdə böyük maraq oyada bilər. Həmin gün Güloğlan müəllimin geydiyi ayaqqabının sol tayının yerini mən indidən o muzeydə görürəm.

Araz Abdullayevin sürdüyü maşının təkərlərindən biri də muzeydə sərgilənməlidir. Sözsüz ki, bu mənim şərtim-filan deyil, sadəcə təklifimdir.

Xalq yazıçısı Çingiz Abdullayev xalqın bu təkliflərinə diqqətlə yanaşar yəqin. Digər təklifləri muzeyi gəzib-dolaşandan sonra da yaza bilərəm.

Etibar Cəbrayıloğlu, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail