Bu adı yadda saxlayın… - YAZI

02.07.2015 | 16082 dəfə oxunub

Keçmişdə olanları yada salmaqdan, «qurdalamaqdan» zövq alıram. Saatlarla olanlardan danışsam, danışanları dinləsəm, yorulmaram… 1994-ci ilin iyunun 1-də hələ də özümü bir parçası hesab etdiyim «Turan»dan ayrılıb Bakıya qayıtım. Məqsədim tələbə olmaq, ata-anamın ən böyük arzusunu həyata keçirmək idi. Təhsili futboldan üstün tutduğumdan bir müddət məşqlərə ara verməli, imtahana hazırlaşmalı idim. Tərs kimi həmin il qəbul imtahanları indiki kimi yay aylarında deyil, sentyabrda keçirildi. Bakı Dövlət Universitetinə qəbul oldum. Futbol həyatına davam etmək olardı. Çempionat başladığından tək ümid yerim məşqçim, rəhmətlik Hüseyn İsmayılov oldu. Mənə 15-16 yaşlı uşaqlardan yeni komanda təşkil etdiyini və bir müddət onlarla oynamağı məsləhət gördü. Həmin komanda 1-ci dəstədə mübarizə aparan «Naxçıvan» idi. İlk məşqdən sonra təəssüratlarımı bölüşməyə adam axtarırdım. Ertəsi gün tələbə yoldaşlarıma «bu adı yadda saxlayın - futbolçu Samir Əliyev. Vaxt gələcək bütün Azərbaycan bu adı tanıyacaq», dediyim yaxşı yadımdadır. Niyə məhz Samir Əliyev? Məgər «Naxçıvan»dan əvvəlki U-16, ya da «Turan»da istedadlı gənclər yox idi? Əlbəttə varıydı, ancaq Samir kimisi ilə rastlaşmamışdım... Vaxt gəldi, vədə yetişdi. Samiri bütün Azərbaycan tanıdı. Kimsə bu sözlərimə görə məndən inciməsin - Samir Azərbaycan futbolunun müstəqillik dövründə yetişdirdiyi ən istedadlı hücumçu olub. Samir sərgilədiyi futbolla azarkeşlərin, insanlığı ilə dost-tanışlarının qəlbini fəth etdi. Bu gün də Samir Əliyevi bütün Azərbaycan tanıyır. Veteran futbolçu kimi. Amma indi məşqçidir, özü də elə-belə yox, çoxlarının «flaqman» hesab etdiyi komandanın. İlklərə imza atmış komandanın. Son 2 ildə uğurlardan çox qalmaqallarla yadda qalmış komandanın. Nizam-intizam cəhətdən axsayan, heyət baxımından çətinlik yaşayan komandanın. Uşaqlıqda dəlicəsinə azarkeşlik etdiyim, bu gün aralı düşdüyüm komandanın. Qısası, hamınızın bildiyi kimi «Neftçi»nin. Samirin özünü oda atdığını bilirəm. Heç bir ağıllı məşqçi bu heyətlə Avroliqa oyununa komanda çıxarmağa razı olmazdı, amma Samir razılaşdı. Yox, Samiri ağılsız hesab etmirəm, tanıdığım ən ağıllı insanlardan biridir. Həm də qorxaq deyil, xarakterlidir, gücünə inanır. Sadaladığım amillər heç də bütün məşqçilərimizdə yoxdur. Hazır komanda ilə işləməyə nə var ki? Oğul istəyirəm, yarımcan komandanı ayağa qaldırsın. «Bu adı yadda saxlayın - futbolçu Samir Əliyev. Vaxt gələcək bütün Azərbaycan bu adı tanıyacaq!» Bu sözləri 21 il əvvəl tələbə yoldaşlarıma demişdim. Yanılmadım. Bu gün «Neftçi» onun rəhbərliyi altında zəif oyun sərgiləyə, «Mladost»a məğlub ola, mərhələ adlamaya da bilər. Amma… «Bu adı yadda saxlayın - məşqçi Samir Əliyev. Vaxt gələcək bütün Azərbaycan bu adı tanıyacaq!». Bu sözləri isə indi deyirəm. Yanılmıram. İnanmırsınız? Siz sağ, mən salamat…

İlqar TAĞIYEV «Het-trik news» qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail