Sizi aləm tanıyır...

11.09.2015 | 10603 dəfə oxunub

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev bir müddət idi gündəmdə yox idi. Harasa getmişdi, deyəsən. Lap darıxmışdıq onun üçün. Bəs bizləri kim güldürsün? Təkcə Böyükağa Hacıyevlə iş bitmir axı. Həmdə Hacıyev gülüş olsun deyə danışır. Ancaq Abdullayev bilmədən danışaraq özünü gülməli ab-havaya salır, ətrafdakılar da gülümsəmədən keçə bilmir.

Çingiz müəllim gəldi, yenə başladı. Sən demə, bu kişi olmasaymış “Qarabağ”la “Qəbələ” Avrokuboklardan uzaqlaşdırılacaqmış. Ölkə futbolunun lideri olan “Neftçi”ni “Sumqayıt” səviyyəsinə salan bir klub rəhbəri ancaq bu yolla özünü aldada bilər. Çünki “Qarabağ”la “Qəbələ”nin qazandığı uğur və qələbələrin fonunda Abdullayevin – ölkənin ən güclü klubundan da uğur tələb edir azarkeş. Nə desin, neyləsin? Bir yolla ona yönələn fikirlərdən qaçmalıdır axı. Ya da fikir yayındırmalıdır.

Məzən olsun, Çingiz müəllim. Deyib ki, o olmasa imiş, sən demə, “Qəbələ”ylə qovacaqmış. Bu iki klub rəhbərliyi, qanınızın arasına Çingüz müəllim girmiş, haberiniz yokmuş!.. )))))

Bizim də həmkarlarımız eləmədi tənbəllik, yazdılar Beynəlxalq Pen-Kluba. Oranın da rəhbərliyi deyib ki, əşşi siz nə danışırsız, nə Çina, nə Çingiz, belə adam tanımırıq. Kstati, Abdullayevin yalan danışması gecə ildırım çaxması kimi hər kəsə göründü. Sonra da durub deyir ki, b məsələni araşdıran jurnalistlər xaindir.

Atalar yaxşı deyib ha, utanmasan, oynamağa nə var ki?! Oynayın, oynayın...

Abdullayev bu dəfə də Sadıq Sadıqovsuz keçinməyib. Çingiz müəllim deyib ki, S.S “Neftçi” üçün çox iş görüb, amma düzünü deməlidir ki, o,  komandaya gələndə “Neftçi”nin 3 milyon dollara yaxın borcu var imiş. Abdullayev düzgünlük xatirinə danışdığın bildirsə də, əslində yalan danışır. Çünki onun dediyi o məbləğdə borc Sadıq Sadıqovun yox, “Neftçi”nin sponsoru olan SOCAR-ın borcu idi. Aylıq xərclərini döblət neft şirkətindən alan Bakı klubu 3 ay idi para üzünə həsrət idi. Bu səbəbdən də komandada böhran yaranmışdı. Məhz aylarla pul almayan futbolçuların meydanda can yadırmamağı nəticəsində “Neftçi” ötən mövsümü titulsuz başa vurdu. Çingiz müəllim, bəlkə komandaya ayrılan pulu Sadıq Sadıqov cibinə qoyun aparıbmış? Düzgün danışırsızsa, bunu da deyin də. Deyin ki, sponsor 3 ay pul verməyib və komandanın borcu yaranıb. Sponsor həmin pulu verdi və borclar da aradan qaldırıldı. Yoxsa komandanın 3 aylıq borcun siz öz cibinizdən vermisiz?

Sizin kimi dünya şöhrətli bir adam da belə yalanlar danışar? Axı sizi aləm tanıyır, məhşur adam, Çingiz müəllim.

Bu kişinin dərdi odu S.S-di. Çingiz müəllim, siz dünya şöhrətli yazıçısız. Gedin, kitabınızı yazın. Dronqo da artıq sizdən küsüb. Qısqanır sizi, deyir, futbola sarılmısız, ona vaxt ayırmırsız. Heç bilirsiz qəlb qırmağın cəzası nədir? Gedin Dronqonun yanına. S.S hara, siz hara?!

Yeri gəlmişkən, sizin kuruqun futboldan uzaq saxlamaq istədiyi Sadıq Sadıqov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti təyin edildi. Bu, dövlətin S.S-ə olan güvəni idi. Ölkədə batmaqda olan cüdonun dirildilməsini məhz inanılan Sadıq Sadıqova tapşırdılar. Sizə isə ölkənin ən güclü klubunu həvalə ediblər. İndi o klubu günün günorta çağı samanlıqda fənərlə axtarırlar, “gördüm deyən” yoxdur.

P.S. Salam, Çingiz müəllim, necəsiz? Yəqin bilirsiz, xain adam həmişə elə zənn edir ki, hər kəs xaindir!..

Ümid BABA, Stadium.Az saytı üçün



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

24.03.2020

23.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ