MƏN DƏ SƏNİN KİMİ EDƏRDİM, BANYA

24.02.2016 | 4428 dəfə oxunub

Son bir neçə ildə Qurban Qurbanov`un "Qarabağ"ının həm ölkədə, həm də avropadakı uğurlu çıxışından sonra Azərbaycan "azarkeşlər"i arasında baş verənlərdən belə görünür ki, bir müddət sonra "Qarabağ" klubunu da "Real" və ya "Barsa"ya çevirəcəklər. Azərbaycanın "Real"ı və ya "Barsa"sı, amma yaxşı mənada yox.

Çünki, son 3-4 ildə bəzən 16-17 yaşında uşaqlar "Real"dan elə bəhs edirlər, sanki, Di Stefanonun ötürmələrini, Puşkaşın qollarını, Xentonun cinah keçidlərini, Kamaçonun kapitanlığını və ya Santyaqo Bernabeunun prezidentliyini görüblər.

Onların "Barsa"lı həmyaşıdları isə Kroyfla Neeskensi birlikdə zolaqlı forma ilə meydanda görmüş kimi, "General" Rinus Mihelsin "Ayaks"dan "Barsa"ya transfer olduğu yayı yaxşı xatırlayırmış kimi, kapitan Migelinin son matçı zamanı necə üzüldüyünün şahidi olubmuş kimi davranırlar. Halbuki bir kütlə stajlı və ya sadiq azarkeşləri çıxmaq şərtilə əksəriyyət El Klasikodan-El Klasikoya futbola baxan, Messimi? Ronaldomu? adlı saqqızı çeynəyib bitirə bilməyən, ucuz dövrün ucuz azarkeşləridirlər.

Yəni, sözüm ondadır ki, bu günlərdə, bir il öncə "Qarabağ" adlı klubun varlığından xəbərsiz olanlardan, "Mən beşikdən Qarabağ azakeşiyəm" cümləsini eşidirəm. Deməli, onlara bu cür azarkeşlik etmək nuş olur. Amma əslində azarkeşliyin ruhu tam başqa şeyləri diqtə edir. Dəblə yox, ürəklə hərəkət etməkdir azarkeşlik. Bir neçə ilə Azerbaycanda "Qarabağ"a azarkeşlik etmək də "Real"a "Barsa"ya azarkeşlik etmək kimi dəb halını alacaq. Buna görə yalnız əsl "Qarabağ" azarkeşlərinə yazığım gəlir.

Avrokuboklarda oynayarkən bütün klublarımız bizimdir. Sevincləri sevincimiz, kədərləri kədərimizdir. Buna söz yox. Amma nə qədər ki, ölkənin yarısı "Qarabağ" "azakeşi" olub, mən "futbol" sözünü deməyi öyrəndiyimdən bəri "Neftçi"yə azarkeşlik etdiyimi və bunun, qəliz adım kimi heç vaxt dəyişməyəcəyini qeyd edim ki, bilinsin.

P.S. Şəkildə gördüyünüz əbədiyaşar, həmişəcavan oğlanı isə 60-cı illərdə nəinki Sovet İttifaqının, həm də bütün avropanın böyük klubları istəyirdi, və sıralarına dəvət edirdi. Amma o həmişə deyərdi : "Mən Bakılıyam. Bakıya və "Neftçi"yə aidəm".

Elzamin Hacıyev

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.02.2017

24.02.2017

23.02.2017

22.02.2017

   
  O Q H M T-f X
1. Qarabağ 19 13 3 3 33:10 42  
2. Qəbələ 19 12 6 1 38:10 42  
3. İnter 19 8 9 2 32:19 33  
4. Sumqayıt 19 6 7 6 20:23 25  
5. Zirə 19 6 5 8 17-21 23  
6. Neftçi 19 5 2 12 14-33 17  
7. Kəpəz 19 3 7 10 12-22 16  
8. AZAL 19 1 5 13 7-33 8  
19.02Sumqayıt 1-0AZAL
19.02Qəbələ 2-0Qarabağ
18.02Neftçi 0-0Kəpəz
18.02İnter 1-1Zirə
01.01 -
01.01 -
29.10AZAL -Qarabağ
29.10Qəbələ -Neftçi