"Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...

07.10.2016 | 5282 dəfə oxunub

Bizi həmişə şair xalq kimi tanıyıblar. Heç görmədim kimsə desin ki, Azərbaycan xalqı futbol oynayan xalqdı. Yəqin heç sizin rastınıza çıxmayıb. Hətta Kamran Ağayevin Portuqaliya çempionatında penalti qaytarması da çətin ki, dünyanın bizə qarşı fikrini dəyişə.

O qədər şair xalqıq ki, tək günlər bəstəkar, cüt günlər müğənni olan Elza Seyidcahan da şeir yazır.

Bir əlim qabağımda,

Bir əlim dalımda...

Ötən gün Elza xanımın bu yeni şedevri ilə tanış olanda öskürmək məni necə tutdusa, az qaldılar üstüməTəcili yardım" briqadası çağıralar. Şair xalqın yetirməsi kimi ömür sürməyin belə çətinlikləri olmaya da... Yoxsa bir para adamlar başlayıblarxalq komandası", bilim, daha nələr... Ramil DiniyevinBeloçka"dan qiymətli fitinə and olsun, adam tanıyıram ki, oğlu əmək təlimindən “4" alan gün axşam restoranda 70 nəfərlik qonaqlıq təşkil edir, məclisdə 84 nəfər bəs deyincə yeyib-içir. Amma necə olur ki, “Xalq komandası" futbol oynayanda stadionda 14 tamaşaçı gözə dəyir?

Cəmi 8 klubun top qovduğu çempionatdaNeftçi"nin işləri heç yaxşı getmir, komanda turnir cədvəlinin zirzəmisindən çıxmağa çalışır. Zirzəmidən aşağıda isə lap dərin zirzəmi - 1-ci divizion var. AFFA PFLNeftçi"nin həmin dərin zirzəmiyə düşməsini istəmirlər. Ağlınıza dərhal başqa fikir gəlməsin, “Neftçi" üçün ürəkləri yanmır e, sadəcə... 1-ci divizion dediyimiz yarışda SOCAR-ın o qədər komandası var ki, növbəti mövsümdənNeftçi" onlara qarışsa, basırıq olacaq. Lap aşağı divizion nöyüt iyi verəcək. Üstəlik, əvvəlki illərdən fərqli olaraq, indi hakimlərə açıq-gizli tapşırıq verə bilmirlər. Zəmanə yaman xarab olub, hakimə bir şey pıçıldayan, göz-qaş atan kimi mətbuat aləmi qatır, referiləri bir həftə tənqid edirlər. Sonda olur? Heç , onda da Hakimlər Komitəsinə başçılıq edən Xaqani Məmmədovun işçiləri nöyüt iyi verir.

Ona görə futbolumuzun başbilənləri gecə-gündüz, şənbə-bazar bilmədən baş sındırılar, “Neftçi"ni bu durumdan xilas etmək üçün yollar arayırlar. Klubun idarəçiləri isə baş sındıra bilmirlər, çünki mövsümün siftəsindən başları ağrıyır. Müşahidə Şurasının hörmətli sədri Çingiz Abdullayev doğma ana dilimizdə tərtəmiz deyir ki, druzya, mən yazıçıyam, işim-peşəm mövzu axtarmaq, cümlə qurmaqdı. Baş məşqçi, futbolçu axtarmaq, problemlərdən çıxış yolu tapmaq mənlik deyil. Müşahidə Şurasının digər rəsmiləri deyirlər ki, günah oyunçuların özlərindədi, əvvəllər yenə maşınla piyada vururdular, “Neftçi"nin adını belə hadisələrdə reklam edirdilər. İndi qol vura bilirlər, adam...

Kəpəz"i məğlub edəndən sonra görəsən klubda işlər qaydasında gedəcəkmi? Bu sualın cavabını tapmaq ölkə kubokuna sponsor tapmaq kimi xeyli çətin məsələdi. Çempionatda yaranan fasilədən sonra klub düzəlsə yaxşı, düzəlməsə... Düzəlməsə, “Neftçi" öz əzəli rəqibinə çatacaq, “Xəzər Lənkəran" kimi dağılıb gedəcək. Klubun 14 azarkeşi meyxana fikirləşməyə, şeir yazmağa məcbur olacaq.

Xalq komandasının" tərəfdarları qoşulacaqlar şair xalqın sıralarına... 

Etibar CƏBRAYILOĞLU

«Het-trik news» qəzeti

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.09.2017

25.09.2017

24.09.2017

17:23  "Qəbələ" - "Neftçi" - HEYƏTLƏR

23.09.2017

19:16  "Zirə" - "İnter" - HEYƏTLƏR

17:45  "Səbail" - "Kəpəz" - HEYƏTLƏR

11:18  "Lill" - "Monako" 0:4 VİDEO

22.09.2017

   
  O Q H M T-f X
1. Qarabağ 5 5 0 0 12:3 15  
2. Zirə 6 4 2 0 12-5 14  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 6 2 2 2 7:7 8  
5. Sumqayıt 6 2 1 3 6:10 7  
6. Səbail 5 2 0 3 4-6 6  
7. Kəpəz 6 0 1 5 3-11 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
24.10Qəbələ ---Neftçi
23.10Zirə 1-1İnter
23.10Səbail 1-0Kəpəz
22.10Qarabağ 4-1Sumqayıt
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi