Habil Əliyev, Mirça Rednik, Tahir Süleymanov və başqaları...

09.11.2016 | 16137 dəfə oxunub

Habil Əliyev, Mirça Rednik, Tahir Süleymanov və başqaları...

Bu adların üçü də sizə nəsə deyir. Amma onlardan yalnız birinin futbolla bağlılığı yoxdur. Rəhmətlik Habil Əliyev də yəqin ömründə stadiona ayaq basıb, lakin top qovmağa yox, öz sehirli kamanını dilləndirməyə, yaşıl meydanda konsertinə gələnləri ovsunlamağa.

Habil Kaman barədə bir az sonra... Mirça Rednik haqqında da yazının növbəti hissəsində... Elə Tahir Süleymanov barəsində də...

İndi qoy Katalin Tiradan yazım, “Neftçi"dən qovulan Tiradan. Rumıniyalı futbolçu əməlli-başlı kitab-dəftər oxuyurmuş, yazı-pozudan anlayışı varmış. Heyf ondan...

Ötən dəfəki köşə yazımda 80 illik təcrübəsi olan “Neftçi" klubunda top qovan futbolçulara məsləhət vermişdim. Qos-qocaman klubun adını məşhurlaşdırmaq üçün heç olmasa maşınla adam vurmağı, kimisə sillə-təpiyə qonaq etməyi məsləhət görmüşdüm. Sağ olsun, rumın Katalin, yazımın mürəkkəbini qurumağa qoymadı, “Qarabağ"la oyunda öz klubunun fanatını elə meydandaca yumruğa qonaq elədi. Hələ bu azmış kimi qızıl-qırmızı dedi ki, elə bilmişəm “Qarabağ"ın fanatıdı.

Yazının bu yerində Habil Əliyevlə bağlı məsələni xatırlatmağın əsl zamandı. Yəqin ki, yadınıza düşər, 5-10 il öncə bir səs-küylü əhvalat olmuşdu, bu gün Xalq artisti titulunu daşıyan müğənninin seks kasetinin yayıldığı deyilirdi. Həmin vaxtlar hələ Əməkdar artist olan həmin müğənnini guya öz həmcinsi... Kasetə baxan Habil Əliyev də deyibmiş ki, kasetdəki cavan oğIan Əməkdar artistin başına nə oyun açır, gör onun əlinə Xalq artisti düşsə nə edər...

Qol vurmaq əvəzinə azarkeşin üzərinə şığıyan Katalinin qarşısına “Neftçi"nin yox, “Qarabağ"ın fanatı düşsəydi, meydanda baş verənləri təsəvvür edirsiniz yəqin...

Sizi bilmirəm, amma mən Tiranın bu hərəkətlərinə görə Mirça Rednikdən yaman şübhələnirəm. Bir-iki aydan sonra bir də görəcəksiniz ki, bu işin arxasından rumın məşqçinin gülərüz obrazı göründü. Mənə elə gəlir ki, “Xəzər Lənkəran"ın sabiq baş məşqçisi əzəli rəqibə zərbə vurmaq, “Neftçi"ni bütün dünyada qınaq obyektinə çevirmək üçün həmyerlisi Katalinə nəsə pıçıldayıb.

Artıq, “Netçi"dən qovulan Katalin Tira Rumıniyadakı yurd-yuvasına dönməkdə olsun, sizə kimdən deyim, kimdən danışım, Tahir Süleymanovdan. İndi də “Neftçi"nin keçmiş yüksək çinli əməkdaşından bəhs etməyin vaxtıdı. “Ağ-qara"ların qara günləri başlayandan Tahir müəllim ağ günə çıxıb, hər gün mətbuat onun dəyərli fikirlərinə geninə-boluna yer verir. Tahir Süleymanov “Tira olayı"na da biganə qalmayıb. Meydana daxil olan azarkeşə qarşı aqressiv davranan və bunun da bədəlini ağır ödəyən rumın futbolçuya Süleymanov utanmadan hələ yol da göstərib. Adama deyərlər ki, adam, heç olmasa sən danışma. “Neftçi"də adam döyməyin ənənəsi sənin zamanında qoyulmayıbmı? İndi bədbəxt günə qalan “Neftçi"də bu gün futbolçu azarkeşin üzərinə hücum çəkib, amma sən bu klubdan un kisəsi ilə maaş daşıyanda “Neftçi"nin rəhbərlərindən biri rəqib futbolçunu al qanına bulaşdırırdı, bərk gedən futbolçun bərk gedib maşınla adam vurub öldürürdü. Əlləriniz məhkəmə və futbol hakimlərinin cibindən çıxmırdı. Sənin hələ bu mövzuda danışmağa üzündə var?

Nə isə, biz burda öz-özümüzü boşuna yoruruq, Katalin Tira isə Rumıniyada yerlisi Mirça Redniklə langet yeyir... 

Etibar Cəbrayıloğlu
“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.11.2019

02:07  Fransa - Moldova - 2:1 VİDEO

14.11.2019

13.11.2019

12.11.2019

11.11.2019

10.11.2019

18:24  “Qarabağ” – “Zirə” - HEYƏTLƏR

15:46  “Sabah” – “Sumqayıt” - HEYƏTLƏR

11:58  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:49  "Barselona" - "Selta" 4:1 VİDEO

00:25  "Brest" - PSJ - 1:2 VİDEO

00:12  "İnter" - "Verona" - 2:1 VİDEO

09.11.2019

23:43  "Eybar" - "Real" - 0:4 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə