Arxalı köpək(lər) qurd basar - QƏBƏLƏDƏ

21.11.2011 | 12618 dəfə oxunub

"Arxalı köpək(lər) qurd basar"

rnrn

Bu deyim "Qəbələ" - "Neftçi" oyunundan sonra baş verənlərin video görüntüsünə baxan an yadıma düşdü. Lap yerində deyilən deyimdir. Həqiqətən də, bir neçə köpək toplam halında qurdu qatıb qabaqlarına qova bilirlər. Bunu tək köpək də edə bilər, amma bütün köpəklər rəhmətlik Nuhu əmimin boz köpəyindən (adı Bozdar idi, səhv etmirəmsə, padar itlərinin cinsindən idi) ola bilməz. Bozdar iki Canavarı meyid etmişdi. Amma bunlar istisna hallardır. Həqiqətən, arxalı köpək qurd(a) basır.

rnrn

El arasında deyildiyi kimi, həqiqətən (buna dünən tam əmin oldum) Qəbələdə  Muxtar Respublika yaradılıbmış. Xeyirxah insan olduğu deyilən bu muxtariyyətin sahibinə güvənənlər dünən hakim Ramil Diniyevin anasından əmdiyi südü burnundan gətirdilər. Kişinin oğlunu sillə-təpiyə basan qəbələli azarkeşlərin özlərini harada hiss etdiklərini söyləyə bilmərəm. Amma bunlar insanlığa yaraşan hərəkət deyildi. Hər kəs əsəblərini cilovlamağı bacarmalıdır. Bacarmırsa, gedib başını vursun divara.

rnrn

Düzdü, məhz hakim Ramil Diniyevin azarkeşləri özündən çıxardığı söylənilir. Amma bu heç kimə əsas vermir ki, referini minlərlə insan qarşısında alçaltsınlar. Muradov bilərəkdən və ya bilməyərəkdən səhv edə bilər. Amma bu, heç kəsə əsas vermir ki, onu eşşək balası kimi döysünlər.

rnrn

Digər tərəfdən, oyun boyu "Neftçi" əleyhinə danışan "Lider TV"nin şərhçisi nə üçün matçdan sonra baş verənlərin efirə verilməsinə şərait yaratmadı?

rnrn

Daha bir sual isə PFL-in prezidenti Ramin Musayevə. Qarşılaşmadan sonra "  heçrnkim hakimə əl qaldırmayıb" sözlərinə dilə gətirən yoldaş Musayev, heç olmaya görüntülərə baxdızmı? Gördüzmü hakimi neçə döyürlər?

rnrn

AFFA rəhbərliyi "Qəbələ" barəsində ciddi ölçülər götürməsə, Qəbələdə hələ çox hakim, futbolçu döyüləcək. Burnhələrnharasıdı... 

Pərviz Muradov


  #3   Adınız: ilqar;   E-mail: [email protected]

05.12.2011 05:49

ne danisdigini hec bilmirsen sende yeqin nefci azarkesisen get isini gor sene dexili deyil kim doyuler doyulmez casma bir acisini cekersen

  #2   Adınız: Stadium.az;   E-mail: ---

21.11.2011 20:36

Çox sağolun Elvin bəy. Pərvizin texniki səhvini düzəltdik.

  #1   Adınız: Elvin;   E-mail: [email protected]

21.11.2011 12:32

Aloooo....alo....ay qardas, Muradov kimdi??? Oyunun bas hakimi
Diniyev Ramil idi!!!!!!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail