Son tura "Stadium" baxışı!

"Xəzər Lənkəran" "ruçnoy"u bərk çəkib!..

28.11.2011 | 10676 dəfə oxunub

Premyer Liqa adlanan Azərbaycan çempionatında daha bir tur arxada qaldı. Tur daha çox liderin bir yox, zirvəyə iki "müştərinin" sahib çıxması ilə əlamətdar oldu.

rnrn

"SİMURQ" - "XƏZƏR LƏNKƏRAN"

rnrn

Bu oyunda meydan sahiblərinin rəqibə başağrısı olacağını gözləmək mümkün idi. Amma "Xəzər Lənkəran"ın iki top önə keçərək, daza sonra bunu qoruya bilməməsi bu komandanın nə qədər zəifləməsindən xəbər verir. "Neftçi" ilə oyundan (5:0) - məğlubiyyətdən hələ də özünə gələ bilməyən Lənkəran klubu, Zaqatalada iki xalı əldən verərək liderlmyə də şərik çıxmasına özü şərait yaratdı.

rnrn

"Simurq" da daxil olmaqla son 3 oyunda Mirça Rednik "Xəzər Lənkəran"ın əlində aciz qalmış kimi görünür. Çünki Rumın məşqçi artıq oyunun gedişini "oxuya" bilmir. Matçın gedişinə heç nə ilə müdaxilə edə bilməməsinin nəticəsidir ki, cənublular son 3 oyunda 7 xal itirib. Əslində bir komandanın xal itirməsi futbolda normal haldır. Amma məsələ bundadır ki, hər də xal itkisini futbolçularının üzərinə atan Rednik, bununla da onlar üzərindəki "yükü" ağırlaşdırır. Komandanın da elə bu "yükü" çiyinlərindən ata bilməmələri səbəbindən 3 oyunda 7 xal itirməsi ortada açıq-aşkar görünür.

rnrn

Bəndənizin fikrini soruşsaz, psixoloji problem futbolçularda yox, baş məşqçi Mirça Rednikdədir. Əgər Mirça bu problemi üzərindən ata bilsə, futbolçuları günahlandırmaqdan əl çəksə, "Xəzər Lənkəran"da işlər yoluna düşər və komanda çempionluq yoluna davam edər. Əks halda "altılıq" başlamadan Lənkəran təmsilçisi zirvə yarışından qopar.

rnrn

"Simurq"un oyununa gəlincə. Baş məşqçi Yuranın qurduğu komandanın hər oyundan oyuna artırdığı göz önündədir. "Simurq" bu tempi saxlaya bilsə və sürəti bi qədər də artırsa, hazırkı duruma görə "altılıq"da yer ala bilər.

rnrn

"QARABAĞ" -"NEFTÇİ"

rnrn

"Neftçi"nin "Xəzər Lənkəran"ın xal itkisindən maksimum yararlandığını söyləmək artıq mənasızdır. Çünki Böyükağa Hacıyevin komandası bunu çox gözəl bacardı. Quzanlıda  "Qarabağ"a heç vaxt qalib gələ bilməyən "Neftçi" bunu bu dəfə halal zəhməti ilə əldə etdi. Bununla da, "Neftçi" Böyükağa Hacıyevin başçılığı altında şərikli də olsa, ilk dəfə zirvəyə yüksələ bildi.

rnrn

Hacıyevdən söz düşmüşkən, o, artıq "Neftçi"ni düzgün yolla irəlilətməyi başa düşməkdədir. Hacıyev hücum xəttini də gücləndirə bilsə, komandası çempionluğun əsas namizədi olaraq irəliləyəcək.

rnrn

Hazırkı duruma görə isə eyni sözləri "Qarabağ"a aid etmək olmaz. Sanki bir sürü problem məngənəsindən çıxa bilməyən "Qarabağ" "qara günlərini" azarkeşlərinə unutdura bilmir. Bunun nə qədər uzun zaman davam edəcəyini söyləmək isə...

rnrn

Bu oyunda diqqət çəkən başqa bir məqam vardı. Məsələ ondaydı ki, 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılan Flavinyo 88-ci dəqiqədə qırmızı vərəqə almalıdı idi. Qol vurduqdan dərhal sonra. Çünki bir sarı vərəqə olan braziliyalı futbolçu, qoldan sonra formasını boyunundan çıxardığı üçün ikinci sarı vərəqə alaraq meydandan qovulmalı idi. Amma baş hakim Anar Salmanov buna göz yumdu

rnrn

"İNTER" - AZAL

rnrn

Qələbə zanacağı təqdirdə zirvənin üçüncü şərikli lideri "İnter" olacaqdı. Görünür  "bankirlər" bu psixoloji gərginliyi üzərlərindən ata bilmədi. Kaxaber Tsxadadzenin taktiki gedişləri isə bu dəfə yalnız məğlubiyyətdən qaçmağa kömək oldu.

rnrn

"İnter"dən daha çox, AZAL-ın yüksəlişini qiymətləndirmək lazımdı. Baş məşqçi dəyişikliyindən sonra uğurlu yol cızan "təyyarəçilər" bunun sayəsində hər tur yuxarılara qalxmaqdadır.

rnrn

"İnter"lə oyun da bir daha sübet etdi ki, AZAL-ın problemi yalnız baş məşqçi Elxan Abdullayev olub.

rnrn

"SUMQAYIT ŞƏHƏR" - "RƏVAN"

rnrn

Sumqayıt klubu barədə nəysə demək gərəksizdir. Gənclərdən təşkil olunan bu komanda aşkar autsayder olduğunu bir daha göstərmiş oldu.

rnrn

"Rəvan"a lazım olan isə oyundan 3 xalla çıxmaq idi ki, bunu da bacardı.

rnrn

"KƏPƏZ" - "TURAN"

rnrn

Batmaqda olan "Turan" yeni baş məşqçi ilə ilk oyununa çıxan "Kəpəz" səfərində gənclərlə sınaqdan keçməli idi. Məncə baş məşqçi Əsgər Abdullayev bu oyunda Premyer Liqada ilk matçına çıxan Mirbağır İsayevin hələ təcrübəsiz olduğunu göstərmiş oldu. Təcrübəli oyunçülarla "Turan"lı uşaqların öhdəsindən gələ bilməyən "Kəpəz"də heyət baxımından ciddi dəyişikliklərin baş verməsi zəruridir.

rnrn

"BAKI" - "QƏBƏLƏ"

rnrn

"Bakı"nın baş məşqçi Aleksandr Starkovun başçılığı altında istənilən oyunu nümayiş etdirməyə başladığını söyləmək olar. Rəhbərliyin komandadan gözlədiyi oyunun "ip ucları" artıq görünməkdədir. "Qəbələ" ilə oyuna gəlincə. "Bakı"nın oyun boyu üstünlüyü ilə keçən görüşü baş məşqçinin ayağına yazmaq daha doğru olar. Çünki Starkovun taktiki gedişləri önündə "Qəbələ"nin baş məqnçisi Fatih Kavlak aciz qaldı. Üstəlik, Qəbələ klubunun fərqləndiyi penalti də "Bakı"nın qapısına təyin olunmamalı idi. Ötən tur "Neftçi" ilə oyunda qapılarına haqsız penaltinin təyin olunduğunu az qala bütün dünyaya car çəkən "Qəbələ", bu dəfə olmayan penaltidən qol vurdu. Maraqlıdı,rnniyə səsləri çıxmadı?!

Ümid BABA


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail