Berti Foqtsun atı

Və ya futbolumuzun «ağ atlı oğlan»ı

18.11.2010 | 6511 dəfə oxunub

Berti Foqts Azərbaycan futbolunun «ağ atlı oğlan»ıdı. Bəs «ağ atlı oğlan» kimdi? Təbii ki, AFFA!..

rn

 Gəlin bu atı hissələrə ayıraq, ayıraq. Bu zaman özümə də maraqlı gələn bir çox suallar çıxır ortaya. Məsələn, bu atın arxa ayaqları kimdi, ön ayaqları kimdi, başqa bir ayağı da var, o kimdi, başı kimdi, qulağı kimdi, gözləri kimdi? Bunları müəyyənləşdirməyi sizin üzərinizə buraxıram.

rn

 Foqtsun başçılıq etdiyi milli komandamızın evdə xoruz, çöldə fərə olduğunu bir daha gördük. Çernoqoriya millisinin ikinci heyətinə yenildilər. Alman məşqçi oyundan sonra utanmadan Vaqif Cavadovu ittiham edir. Heç söhbətə aidiyyatı yoxdu. Belə çıxır ki, Vaqif olmasa bunun komandası yoxdu. Foqts belə düşünürsə, bu onun zəif yeridi. Çünki bir məşqçi bu düşüncəyə sahib olmamalıdı. Məncə Foqts nəinki düşüncə qabiliyyətli insandı, ümumiyyətlə, onun futbol anlayışı yoxdu. Milli komandaya gələndən bəri nə dəyişib? Hansı uğur qazanıb? Lixtenşteyni udmaq, Rusiyayla heç-heçə etmək, Türkiyəni Allah-Allahla yenmək uğurdumu? Elədisə tüpürələr bu uğurun ortasına...

rn

 

rn

Balığın başdan iylənməsini boş yerə söyləməyiblər. Hamıya məlumdur ki, Foqts yerli KİV nümayəndələrinə hörmət etmir. Edir e, AFFA-nın baş katibi Elxan Məmməjovun ona tapşırdığı özəl «jurnalistlərə». Onları da özününkü bildiyindən.

rn

Ölkə prezidenti cənab İlham Əliyev Respublikanın bütün neftini tapşırıb Rövnəq Abdullayevə. Deməli, onun ağlı var ki, bu işlər ona tapşırılıb. Bəs bu ağılın sahibi görmür ki,  Berti Foqtsun rəhbərlik etdiyi millidən heç bir potensial görünmür? Məsncə görür, sadəcə görməməzliyə vurur. Məsələ mənə öz aləmimdə aydındır. Ölkə prezidenti cənab İlham Əliyev Abdullayevə tapşırıb ki, futbol inkişaf etməlidi. Abdullayev də Foqtsu o məqsədlə hələ də bu vəzifədə saxlayır ki, sabah ondan «hanı inkişaf» deyə soruşulanda «mən neyləyim axı, Almaniyanı avropa çempionu edən kişini gətirmişəm, o da bacarmadı» kimi sözləri deməyə əlində əsas olsun.

rn

 Mən Berti Foqtsun tərəfindəyəm. Qoy atını çapmaqda olsun! Cənab Foqts, əgər görsəz ki, at yaxşı getmir, onda qamçılayın... ƏLİNİZ AĞRIMASIN!

rn

 

rn

 

berti foqtsÇU


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail