Ramin Musayevin mötəbərsiz mənbəsi -KÖŞƏ

24.01.2012 | 10271 dəfə oxunub

Yanvarın 17-də İcraiyyə Komitəsinin iclası keçirilmədi. AFFA-nın rəsmi saytı qəflətən xəbər verdi ki, İK-in iclası qeyri-müəyyən müddətə təxirə salınıb. Niyəsi barədə isə rəsmi sayt nəinki qəflətən, heç üstündən bir həftə keçəndən sonra da məlumat vermir. “Rekord.az” isə yazdı ki, İcraiyyə Komitəsinin iclasının təxirə salınmasına qruplararası mübarizə səbəb olub. Bilirsiz ki, İK-in iclasında legioner limitinin dəyişdirilməsi məsələsinə baxılacaqdı. Limitin dəyişdirilməsi tələbi millinin baş məşqçisi Berti Foqtsdan gəlib. AFFA-da belədi də, qurum baş məşqçinin yox, o qurumun qarşısında tələb qoyur, əcnəbi olduğuna görə.

Hə, Azərbaycan futbolunda da bir qrup var ki, Foqts-zad hərləmir. Onların öz maraqları var. Bu maraqlara görə də legioner limitini dəyişdirmək olmaz. Özü də bu qrup İcraiyyə Komitəsində təmsil olunur. Özü də çoxluq təşkil edir. Yazıq Elxan Məmmədov da qalıb çar-naçar. Ayrı vaxt İK üzvlərinin fikirlərini telefonla öyrənən baş katib nə illah edibsə, bu məsələdə onları yola gətirə bilməyib. Bizimkilər şəxsi maraq zəminində heç vaxt güzəştə getməzlər. Foqtsla müqavilənin uzadılması məsələsinə baxmayın, orda Azərbaycanın maraqları tapdalanırdı.

Legioner limitinin dəyişdirilməsi bu qrupun qazancını bir balaca azalda bilər. Elə ona görə də məsələyə qol qoymayacaqlarını bildiriblər. Beləcə görüş təxirə salınıb. Qeyri-müəyyən müddətə. Yəni tərəflərin razılığa gələcəyi günə qədər. “Rekord.az” belə xəbər vermişdi.

Amma “İK-in mətbuat xidmətinin rəhbəri” Ramin Musayev bildirib ki, iclasın təxirə salınmasına Rövnəq Abdullayevin zəhmətkeşlərlə görüşü mane olub. Nöşün ki, AFFA ilə yanaşı həm də ARDNŞ-in prezidenti olan Abdullayev bir-iki həftə əvvəl elə o zəhmətkeşlərin evlərini başına uçurtmaq istəyirmiş. Zəhmətkeşlər də buna etiraz edərək, yolu kəsiblər. Ölkə prezidenti də Rövnəq Abdullayevə deyib ki, get zəhmətkeşləri necə narazı salıbsansa, eləcə də razı sal. Bu məlumatı Ramin Musayev verib, “İK-in mətbuat xidmətinin (bağışlayın, Ramin Musayevi İK-ə başqa yolla pərçim edə bilmirəm) rəhbəri”. Bununla da guya rekord.az-ın xəbərini etibarsız hesab edib. 
Ramin Musayevin məlumat aldığı mənbənin mötəbərliynə şübhə edirəm. Bu yerdə məni oxucular yox, Ramin Musayev bağışlasın. Ay müəllim, iclası zəhmətkeşlərlə görüşdən sonra keçirtmək olmazdı? Olmazdısa, bir gün, iki gün, bir həftə sonra keçirərdilər də. Daha qeyri-müəyyən müddət nəyə lazım? 
Elə ona görə də deyirəm ki, sizin mənbə mötəbər deyil. Sizə yanlış məlumat veriblər, Ramin müəllim.

Bizim məlumat aldığımız mənbə sizin mənbədən qat-qat mötəbərdi. Həm tutduğu vəzifəyə, həm də məlumatın doğruluğuna görə.

Bilirəm, indi pis durumdasız. Mətbuat xidmətinin rəhbərinin belə naqolay vəziyyətə düşməsi heç yaxşı hal deyil. Özünüzə mötəbər mənbə axtarın, Ramin müəllim. 

Natiq MUXTARLI


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail