Futbolun xilası - "dəmir yumruqdur"!

02.02.2021 | 16598 dəfə oxunub

Futbolda bütün sözlər çoxdan deyilib. Azərbaycan futbolunun açarı, köklü dönüş yaradılması bir şəxsin əlindədir. Futboldakı dağıdıcı, məhvedici durumu, futbolla maraqlanmayanlar da bilirlər artıq. Futbolda "qırmızı xətt" çoxdan keçilib...

Növbəti Hesabat Konfransı da baş tutdu. Xərclənən pullar bölündü, yayındırıldı, növbəti illərə futbol "strategiyasının" cizgiləri cızıldı, klub "ənənələrindən" danışıldı. Düşmən millisinin qrup qalibi fonunda pandemiyaya dualar da oxundu. Bir molla çatışmırdı... 

Detallara varıb Elxan Məmmədovun açıqlamalarının incələnməsi, illərdi aparılan analizlərin təkrarlanması olar. Bu barədə mətbuatda, sosial media/şəbəkələrdə kifayət qədər dolğun münasibətlər bildirilib, bildirilir...

Futbol ictimaiyyətinin, azarkeşlərin 90%-nin fikri birmənalıdır, neqativdir. Elə vaxtilə baş katibin dediyi kimi, hamısı artan trayektoriya ilə vəzifələrinə "göz tikirlər". Xalqın "şagirdə" verdiyi qiymət önəmli deyil, əsas, dəstək verən "müəllimləridir"...

Futbolu ürəkdən sevənlərdən, viranə qoyulmuş futbola acıyanlardan, jurnalistlərdən başqa sözünü deyən yoxdur. Tək-tək futbolu bilən futbol adamlarının haqlı fikirləri cəmiyyət tərəfindən qəbul edilsə də, futbolda "düşmənə" çevriliblər...

Hamı gözləyir... İş verilib "sındırılanlar" kim, başını ağrıtmaq istəməyənlər kim, bir parça çörəyə əyilənlər kim, futbolda dövran sürüb gözləyənlər kim, pusquda durub fürsətçillər kim... Və bütün bunlar Vətən uğrunda canından, qanından keçən mərd oğullarımızın igidliyi  fonunda baş verir. 

Gec-tez futbolda da dəyişiklər baş verəcək. Nə qədər havadarlıq edilsə də, hər bir haqsızlığın, düşmənçiliyin bir sonu olur. Doğma Qarabağda olduğu kimi... Və onda futbol xarabalıqları, Ağdam, Füzuli, Cəbrayıl, yüzlərlə kəndlərimiz kimi üzə çıxacaq, çılpaqlığı ilə görünəcək...

AFFA-dakılar da aradan çıxacaq. Çörəyi  verən Allahdır! Onların gözündə çörək verdiklərinin  "təpiklərini", yeni gələnlərə yaltaqlıqlarını da görəcəklər. Özləri heç nə itirməyəcəklər. Biri havadarlarının hesabına başqa vəzifə alacaq, bəxti gətirməyənlər xımır-xımır mənimsədiklərini yeyəcəklər. İtirən futbol olacaq...

Bu, ümidsizlik deyil, indiki futbol durumunun acı reallığıdır. Neçə-neçə futbolçu nəsli məhv edilib, köklü klublar dağıdılıb. Bölgələrdə inşa edilmiş müasir stadion-bazalar böyük futbolsuz qalıb. Hesabat Konfransında isə hesab-dəftər oyunu oynanılır...

Futbolun xilası - "dəmir yumruqdur"!

Futbolda dönüşün tək yolu, qəti əks-hücum əməliyyatı ilə hücuma keçib Cıdır düzündəki kimi Nobel prospektində paxlavalı çay içməkdən keçir...

Hələ ki, futboldakıların futbolsuz futbol nağılları aləmində futbolun acı çayını içmək qalır...


Tahir Süleymanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail