Kim “Xəzər Lənkəran”ı işğal etmək niyyətindədi?

24.03.2012 | 16032 dəfə oxunub

Son 4 ildə Azərbaycan futbolundakı mərkəzləşmiş güc tərəfindən nəzarətə alınmayan tək komanda “Xəzər Lənkəran”dı. Ötən müddət ərzində dəfələrlə “işğal” cəhdləri olsa da, cənub təmsilçisinə tam olaraq nəzarət etmək mümkün olmayıb. İşğalın baş tutmamasında həm azarkeş amilinin, həm də klub rəhbərliyinin böyük rolu olub.

PFL təsis olunandan sonra onun başına gətirilən Ramin Musayevin Azərbaycan futbolunun başına gətirmədiyi hoqqa qalmayıb. Demək olar ki, bütün klublara təsir imkanı var Musayevin. “Bakı” ilə “Neftçi”nin daxili işlərinə qarışması birbaşa mümkün olmasa da, dolayı yollarla bunu bacarır. Elə “Xəzər Lənkəran”la bağlı durum da fərqli deyil. PFL prezidenti “Xəzər Lənkəran”ı təsiri altına alaraq, transfer siyasətini ələ keçirmək, beləcə pulunun üstünə pul qoymaq istəyir. Buna nail olmaq isə olduqca çətindi. Belə ki…

Səmimidi, qeyri-səmimidi, ağıllıdı, ağılsızdı, peşəkardı, qeyri-peşəkardı, sadiqdi, yaxud qeyri-sadiqdi, bunun məsələyə aidiyyatı yoxdu. Amma ortada bir fakt var ki, vitse-prezident Tuyqun Nadirov kənar qüvvələrin “Xəzər Lənkəran”a təzyiqini minimuma endirən şəxsdi. Klub rəhbərliyi, ələxsus Mais Mənsimovda fikir formalaşdırmağı bacaran, onun dostlarla düşmənləri müəyyənləşdirməsində böyük rol oynayan şəxsdi Nadirov. Bir sözlə, Tuyqun bəy həm də Ramin Musayevin “Xəzər Lənkəran”a burun soxmasını önləyən insandı. Məhz bu səbəbdən də PFL prezidenti Lənkəran təmsilçisinə hakim olmaq üçün Nadirovun ordan uzaqlaşdırılmasını şərt bilir və son vaxtlar bütün planlarını buna uyğun qurub.

Gah mətbuat üzərindən, gah da Lənkəran əhlinə yaxın bəzi insanlar vasitəsiylə ictimai fikir formalaşdırmağa çalışır. “Xəzər Lənkəran”dakı bütün problemlərin məhz Nadirovun orda olmasından qaynaqlandığını car cəkdirir. Həqiqət isə tam fərqlidi. Məsələn, Musayev “Xəzər Lənkəran”ın ən yaxın dostu olarsa belə, bu komandanın heç vaxt güclənməməsinə çalışacaq. Ona “yeyib-dağıdar”, amma güclənməsinə imkan verməz. Problem ondadı ki, PFL prezidentinin bugün fikirləşdiyini, Nadirov ondan əvvəl beynindən keçirir və həmin addıma qarşı tədbirlər görülməsinə nail olur.

İstisna etmirəm ki, Nadirov işinin öhdəsindən gələ bilmir, yaxud klub rəhbərliyinə sadiq deyil. Hətta belə olsa da, onun “Xəzər Lənkəran”dan uzaqlaşdırılmasında Ramin Musayevin xidmətinin olması heç də xoş olmazdı. Yəni, Nadirovu kluba gətirən şəxs, həm də onu komandadan uzaqlaşdıran insan olmalıdı. Konkretləşdirsək, Mübariz və Mais Mənsimovların komandasının kənar güclərin təsiri ilə hansısa addım atması arzulanan deyil. Hər halda Tuyqun Nadirovu Ramin Musayev kimisinin ayağına vermək doğru olmaz. Unudulmamalıdı ki, Musayev tez-tez “Rövnəq müəllim məni Mübariz kimisinin 100 il keçsə də ayağına verməz” deyir.

Rəşad Fərhadoğlu


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail