"Kral Klub"u Sevilyada xoşagəlməz olayla üzləşdi

08.05.2011 | 5397 dəfə oxunub

Madridin “Real” klubu yenə xoşagəlməz olayla üzləşib. Stadium.az xəbər verir ki, dünən keçirilən “Sevilla” ilə oyundan sonra geri qayıdarkən komandanın avtobusu “San-Pablo” aeroportu yaxınlığında sevilyalı tərəfdarlar tərəfindən daş-qalaq edilib.

Azarkeşlər qonaq komandanı daşa basıb ki, bu zaman hətta avtobusun şüşələri də sındırılıb. Lakin xoşbəxtlikdən ciddi zərər çəkən olmayıb.

Qeyd edək ki, Madrid klubu bu mövsüm artıq neçənci dəfədi belə olaylarla üzləşir. Elə bu yaxınlarda “Barcelona” ilə səfər oyunu zamanı rəqib komandanın azarkeşləri bu komandanı daşa basmışdı. Fevralda “Deportivo” fanatları da “Real”a məhz oxşar şəkildə “xoş gəldin” etmişdi. Lakin onlar bir qədər yüngül artilleriyadan – yumurtadan yararlanmışdılar.

Sonda onu da xatırladaq ki, “Real” “Sevilla” ilə səfər matçında 6:2 hesablı qələbəyə sevinmişdi.

Elmar ƏLİZADƏ 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail