İspaniya çempionatı: Çempionun adı-"BARSELONA"-YENİLƏNİB

12.05.2011 | 6197 dəfə oxunub

İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib. Stadium.az xəbər verir ki, həftəiçinə təsadüf edən hesabat turunun ilk oyun günündə 4 qarşılaşma baş tutub.
 
Lider “Barselona”nın əsas izləyicisi “Real” doğma meydanda “Xetafe”yə divan tutub. Madrid şəhərini digər təmsilçisi “Atletiko” isə səfərdə “Rasinq”lə oyunda ilk qolu vurmasına peşman olub. Elə günün digər oyunlarında da meydan sahibləri qonaqları məğlub yola salıblar.
 
İkinci oyun günündə isə bütün diqqətlər lider "Barselona"nın "Levante" ilə oyununa yönəlmişdi. Çünki Kataloniya təmsilçisi ən azı bir xal qazanacağı halda çempionluğunu rəsmiləşdirmiş olacaqdı. Gözlənildiyi kimi, bu, baş verdi. Qvardiolanın komandası elə minimum vəzifənin öhdəsindən gəlməklə çempion titulunu qorumuş oldu. Günün digər oyunlarına gəlincə, "Valensiya" və "Vilyareal"ın çətin səfər matçlarında xal itkisi ilə üzləşməsi də diqqətçəkən olub. Gecənin ən dramatik görüşü isə "Osasuna" ilə "Sevilya" arasında olub. Səfərdə keçirilən qarşılaşmanın birinci yarısında iki dəqiqəyə 2 qol vuran "Sevilya" fasilədən sonra nəinki bu üstünlüyünü qoruya bilməyib, hətta evə xalsız dönüb.
 
İspaniya La Liqası
36-cı tur
10 may
 
Deportivo – Atletik – 2:1
Qollar: Adrian, 22, Kastilyo, 71-öz qapısına – Toquero, 3.
 
Malaqa – Sportinq – 2:0
Qollar: Baptista, 9, Eliseu, 68.
 
Rasinq – Atletiko – 2:1
Qollar: K.Bakırcıoğlu, 38, Rosenberq, 48 – Suares, 11.
 
Real – Xetafe – 4:0
Qollar: Ronaldo, 24; 58; 90-pen, Benzema, 77.
 
11 may
 
Almeyra - Vilyareal - 0:0
 
Levante - Barselona - 1:1
Qollar: Kaysedo, 41 - Keyta, 28.
 
Real Sosyedad - Zaraqoza - 2:1
Qollar: Tamudo, 24, Aranburu, 88 - Fernandes, 53.
 
Espanyol - Valensiya - 2:2
Qollar: Osvaldo, 19, Qalan, 76 - Soldado, 9, Mata, 25.
 
Erkules - Malyorka - 2:2
Qollar: Sendoa, 12; 41 - Viktor, 76, Vebo, 79.
 
Osasuna - Sevilya - 3:2
Qollar: Sola, 46; 87, Lekiç, 90 - Neqredo, 26; 28.
 
1Barselona36295292-2092
2Real Madrid36275491-3186
3Valensiya36207962-4467
4Vilyareal361881053-4062
5Atletik361731656-5354
6Sevilya361571456-5852
7Atletiko 361571456-4952
8Espanyol361541744-5149
9Santander3612101439-5246
10Malaqa361361752-6445
11Malyorka361281637-4944
12Levante361281640-5044
13Real Sosyedad361422047-6244
14Osasuna361281644-4444
15Gijon3610131333-4143
16Deportivo3610121431-4542
17Xetafe361171846-5940
18Zaraqoza361091737-5239
19Erkules36972035-5834
20Almeyra365121932-6127

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail