Quardiola: "Mançester Yunayted"ə heyranam"

"Barselona"nın baş məşqçisi Pep Quardiola Çempionlar Liqasının finalındakı rəqibləri "Mançester Yunayted" haqqında fikirlərini bildirib

21.05.2011 | 6354 dəfə oxunub

Stadium.az xəbər verir ki, kataloniya təmsilçisinin 40 yaşlı çalışdırıcısı "Qırmızı şeytanlar"ın möhtəşəm bir klub olduğunu vurğulayıb. Quardiolanı dinləyək: “Mançester Yunayted kimi bir klubun qarşısında heç bir rəqib favorit ola bilməz. Bu komandaya heyranam. Ronaldo kimi bir ulduzu satmalarına baxmayaraq, güclərini qoruyub saxlaya biliblər. İşimizin çox çətin olacağını bilirik. 2009-da onları məğlub etməyimiz, onların revanş almaqları üçün bir şans olacaq. Buna görə də, çox diqqətli olmalıyıq”.

Müsahibəsində "Mançester Yunayted"in təcrübəli yarımmüdafiəçisi Paul Skoulz haqqında da danışan Quardiola  “Skoulz öz mövqeyində oynayan ən yaxşı oyunçudur. MY oyunçuları arasında ən çox bəyəndiyim futbolçudur. Onunla birlikdə oynamağı çox istərdim” deyə bildirib.

Xatırladaq ki, bu iki komanda may ayının 28-də Uemblidə Çempionlar Liqasının finalında qarşı-qarşıya gələcəklər.

Elmar ƏLİZADƏ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail