Premyer Liqanın "Ən Yaxşı"ları

Premyer Liqanın sponsorları bu mövsümün ən yaxşı baş məşqçisi və ən yaxşı oyunçusunu mükafatlandırdılar.

21.05.2011 | 5486 dəfə oxunub

Bir mövsümü daha geridə qoyan İngiltərə Premyer liqasında bu mövsümün ən yaxşıları seçildi.  Bu il Premyer Liqada möhtəşəm bir mövsüm keçirərək çempion olan "Mançester Yunayted"in baç məşqçisi Ser Aleks Ferqyuson “ilin məşqçisi”, "qırmızı şeytanlar"ın təcrübəli müdafiəçisi və kapitanı olan Nemanya Vidiçi isə “ilin oyunçusu” seçildilər.

"Old Traffort"da 12 dəfə çempionluq yaşayan qocaman baş məşqçi bu mükafata 9-cu dəfə layiq görüldüyü halda, 2006-cı ildə Mançesterə transfer olunan Vidiç isə ikinci dəfə bu titula sahib oldu.

Çox yaxşı bir mövsümü geridə qoyan serbiyalı futbolçu klubunun fevral ayına qədər məğlubiyyəsizlik seriyasının davam etməsində böyük rol oynayıb. Xatırladaq ki, bugünə qədər mövsüm ərzində keçirdiyi 37 liqa matçında qapısında 35 qol görən qırmızı şeytanlarda təcrüəbli müdafiəçi rəqib qapılarından 5 qol keçirə bilib. Xüsusilə də, Vidiçin  "Çelsi" ilə oynanılan və çempionluq yarışında həlledici bir qarşılaşmada vurduğu qol xüsusi əhəmiyyətə malik idi.

Şotlandiyalı baş məşqçi isə mövsüm ərzində o qədər də böyük olan transferlər etməsə də və mövsümün əvvəllərində bir neçə əsas oyunçularının xidmətlərindən məhrum olsa da, çempion olaraq nə qədər təcrübəli bir baş məşqçi olduğunu bir daha sübut etmiş oldu.

Elmar ƏLİZADƏ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail